Telefon zənginə cavab vermədim mesaj buraxmalarını bildirdim. Ətrafıma baxanda gördüm ki həkimlər və polislər ətrafı incələyir kimisi bir-birinə kömək edərək ölən insanların cəsədlərini çıxardırırdı. Mənə uzanan əli gördüm başımı qaldıranda gördüm ki Reni idi. Əlimi ona vərərək məni ayağa qaldırdı və qucaqladı. İnan ki ən son istəyəcəyim kiminləsə qucaqlaşmaq idi. Reni məni ordan çıxartdı. Dərin nəfəs aldım amma burnuma qan qoxusundan başqa heç nə gəlmirdi. Reni məni kənara çəkdi.
Reni: Elira səndən bir şey istəyəcəm zəhmət olmasa gözlərini yum və məni sıxıca qucaqla.
Danışmağa taqətim olmadığı üçün dediklərinə əməl ettim. Havanın daha sərin olduğunu hiss etdikdə anladım ki Ruhlar diyarındaydıq. Gözlərimi açdıqda Reni qarşımda oturmuşdu. Əlində nəsə var idi. Gözlərimi açdığımı görəndə gülümsəyib başımı qucağına qoymağı işarətlədi. İstədiyi kimi ettim. Əlində tutduğu qabdan nəsə çıxartdı. Digər əli ilə gözlərimi yumub əlində olanı gözlərimə çəkdi.
Elira: Nə edirsən Reni ?
Reni: Gözlərin çox şişib özəl masqamdan gözlərinə çekirəm.
Elira: Reni ?
Reni: Hm ?
Elira: Mənim göz rənglərim duyğularıma görə dəyişir bilirsən bunu ?
Reni: Bilirəm məncə bu yaxşı bir şeydi her kəsdən fərqli görsənirsən.
Elira: Sakit olanda göz rəngim mavi olur, əsəbi olanda qırmızı, qorxanda yaşıl, cəsarətli olanda narıncı. Bu gün amma fərqi bir rəng oldu.
Reni əlini saçımda gəzdirməyə başlayanda gözlərim ağrımağa başladı.
Reni: Bu gün nə oldu ?
Elira: Göz rəngim fərqili rəng oldu.
Reni: Gözlərinin rəngi dəyişən zaman ağrılarım olacaq oda əksər hallarda ağrıyacaq yəni hər dəfə olmuyacaq bu arada hansı rəng oldu gözlərin ?
Elira: Boz rəngində oldu bu nə demək olur ?
Reni: Məğlub olmaq fikirlərinə hisslərinə uduzmaq deməkdi, və bu gündə iş yoldaşlarını itimisən və duyğuların pis olub.
Elira: Məndən onlara nə etmək istədiyimi soruşdular niyə ?
Reni: Lider,kapitan və krimolog öldüyünə görə o qrupdan yaşayan tək sən olduğun üçün səndən fikir aldılar.
Elira: Mən hansınızla nişanlıyam ?
Reni: Sən mənimlə nişanlısan. Həmin vaxtı o ritueli edəndə Erminin anası işə qarışdı, və nəticədə ikimizlədə nişanlısan, qısaca sən mənimlə nişanlısan amma bunu öyrənməyimiz lazımdı.
Elira: Nə edəcəksən ?
Reni: Hər hansısa yerində doğum ləkəsi var ?
Elira: Var bunun nişanlanmaynan nə dəxli var ?
Reni: Hansı tərəfindədi ?
Gözümə çəkdiyi masqanı silərək ona baxdım.
Elira: Niyə soruşursan ?
Reni: səbrimi zorlama son dəfə təkrar edirəm doğum ləkən hardadı ?
Elira: Qəlbimin üstündə.
Reni'nin üz quruluşu birdən-birə ciddiləşəndə qorxmağa başladım.

ŞİMDİ OKUDUĞUN
Keçmişin izləri
Mystery / ThrillerXeyal edin uşaq vaxtı size bir üzük hediyye edilib . Kimin verdiyini bilmirsiz. İş adıynan Hindistana gelib üzüyün sahibini araşdırırsız