Bölüm 5

20 5 0
                                    

Reni'nin dediklərinə inanmaq istəmirdim. Necə yəni qiyaməti başladacaq qız mənəm. Heç nə anlamırdım. Lila rənginə çalan suya gözlərimi çevirib izləməyə başladım. iki-üç qız qrupu yaxınlaşdı.
Qızlar: tanrımız istədiklərinizi gətirdik. Xanım Dubeyə aid olan paltarları ve sizədə göldən çıxdığınız üçün taxdığınız aksəsuarları gətirdik.
Reni'nin başını qaldıraraq qızların getməyi üçün gözləri ilə qapını işarələdi. Qızlar getdikdən sonra Reni gülərək çıxartığı aksəsuarları yenidən taxırdı.
Reni: Ahh ! Elira nə düşündüğünü dilə gətirmək istərdim amma yerində qulağı var. Məni qısqanmağı dərhal kəs.
Elira: Nə əlaqə sən bir tanrısan mənsə niyə soyadım Dubeydi onu belə bilmirəm.
Reni: Mən bilirəm.
Elira: Deyə bilərsən ? Nə olar ? Hətta -üzüyünü göstərərək- bunu mənə kim verib onuda deyə bilərsən ?
Reni: Bu suallarına cavab verəcəm lakin indi vaxtı deyil. Səni bu dünyadan çıxıb öz dünyana qayıtmalısan
Elira: Mən burda qalmaq istəyirəm olmaz ki ?
Reni: Qalmaq istəyirsən ?
Elira: Bəli burda qalmaq istəyirəm bura çox gözəldi.
Reni: Mən səni məcbur edə bilmərəm ama unutma keçmişdə nə ediblərsə sən iki nəfərlə nişanlısan. Mən bunu araşdıracam. Daha sonra kiminlə qalmaq istəyirsənsə qərar verərsən. İndi -əlini uzadır- tut əlimi səni öz dünyana göndərim burda yaşamaq üçün hələ tezdi.
Reni'nin əlindən tutanda sanki  bədənimə istilik yayıldı. Gözlərimi yumub özümü ona yaxınlaşdırdım. Sərin hava isti, nəfəs kəsici hava ilə dəyişdi. Gözlərimi açanda Reni'yi başımın üstündə gördüm.
Reni: Mən gedirəm və unutma ki sənin nişanlı olduğun adamlardan biri qatildi.
Reni arxa-arxaya gedərək otağımda kı divarın içindən keçərək getdi. Etrafa baxanda müvəqqəti yaşayacağım ailənin evində olduğumu gördüm ayağa qalxıb paltarımı dəyişib aşağı salona endim. Heç kəsi görməyəndə başa düşdüm ki evdə təkəm.

Keçmişin izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin