Heç maskanıda taxa bilmirsən

17 1 1
                                    

Ahh!!.Lənət olsun!.Bu internetdən çəkdiyimiz nədir Allahım?İkidə bir gedib,gəlir.Son zamanlar diyəsən sigortalarda problem var.Şuan isti və internet yığıb boğaza.Damnn.Yenə salam vermədən kobudca girdim hə🤦‍♂️??Sorry.Holaaaa.İndidən qoyun üzrxahlığa başlayım😅.Keçən səfərdə ən maraqlı yerində kəsdim getdim.Bilirəm,uje klişe qorxu filminə dönür.Ümid edirəm,söymürsüz😂.Əslində mən bölüm yazanda ağlım başqa yerdə olur:Çalışdığım qədər sizi yormamağa və detallı və maraqlı anlatmağa çalışıram.Və birdə xəbər tuturam uje 1000-1200 kelimelerdeyem və bu barmaqlarımı çox göynədir.Amma zırıldamayın,hər günə 1 bölüm yazıram.(sadəcə başlıq üçün 8 saat düşünnəm😁).Bu.bölümdə baya baya yeni adamlar,söhbətlər var.Biraz uzun olacaq ona görə deyirəm indidən gedin 1 stəkan çay süzün(çayı sevirsən,get özüvə çay süz!).Nəysə yenə ''Bu nə danışır ala''- dedizdirəcək tərzdən bir başlanğıçla girişimizi etdik.Bu bölüm bu hekayənin başlama səbəbidir(Hələ səbəbi 3 bölümdə çatırıq,klassik türk dizisi nəm qızın ailəsi razı olmur zad😅🤦‍♂️).Axşam saat 11 də başımı tavana tikib,düşünürdüm.Ancaq bu bölümdə olacağları.Qaranlıq otağ,otağ tək səs vintilyatorun vızıltısı və digər otağdaki televizorun səsi idi.Hə bidə Anarın xorultuları pozurdu aranı.''Remembrance'' dinləmək baya ilham verdi axşam.Nəysəəə.Qayıdaq Hekayəyə.2 il əvvələ...
21 ci ilin oktyabrı...Hə ,hə oktyabrı.Hava uje soyumağa başlayır,Ən sevdiyim vaxt,vetrovka zamanı gəlir.Bir gün dediyim kimi(keçən bölümdə spoileri var idi) fizika hazırlığına getdim.Müəllim çox dərs vermişdi və 3 səhifəmi, 2 mi olduğun bilmirdim(Bu arada bəbə şey idük,bizə 3 səhifə çox idi).Uje biraz ətraf yaratsamda tam hamını tanımırdım.Qızlardan qətiyyən heç kimi.Oğlanların yarısın.Tapşırığın yerin heç Elşadda dəqiq bilmirdi.Belə çöpçatan işlərə o həll elirdi həmişə.Müəllimin gəlməyinə hələ 10 dəqiqə var idi.Başımı qaldırdım və gördüm ki, hərə yanımdakıyla qırğın söhbətədədi.Kimə baxsam ağzı qızışmışdı söhbətə.Həsən mal idi,(zarafat edirəm) ,Tağı da hələ gəlməmişdi.Biz otağın düz ortasında otururduq,(otaq tərs Г formasında idi),yəni qabağımızdan sola bir masa daha varidi.Ama biz sadəcə ən sağda oturanı görə bilərdik.Tərlədim ee ,bu otağın formasın izah edənəcən,Memar zadam mən?Byy.Nəysə,əsəbləşmirəm.Qabağımda iki qız oturmuşdu.Birini haylayıb belə dedim:
+Salam , bağışlayın narahat edirəm Müəllim haracan vermişdi?
-Səhifə 12'cən,nisbi sürətə qədər.(Dünən kimi xatırlayıram😊)
+Həə,Öyrənmişəm əla!.Birdənə söz soruşmaq olar?
-Hə,olar
+Sənin adın nədir?
Sakit və aramla bir səs tonuyla dedi:Nəzrin
+Həə,mənimdə adım İbrahim
(Və tanış olduğumuza şad olduq dedim🤦‍♂️)Oda məndə dedi.Onunla ilk dəfə danışanda sanki 7 ci sinif Azərbaycan dili kitabındaymış kimi dialoq qururdum.
Sözün düzü adını dedi,və məndə dedim ,bilmədən səbəbsizcə biraz baxıb başımı aşağı saldım.İçimdə belə dedim:
Əşş, bu nə sıxıcı addı.
O düz mənim qarşımda solda otururdu,O zamanlar tam hələ açki taxmırdı.Qısasaç, balacaboy(tamam day sənsəndə o qədər də yox), arığ bir qız idi.İlk dəfə kənardan bir qızla tanış olmuşdum.Bu mənə ilk başta heç bir etki etmedi,çünki o zamanlar dünyanı belə vecimə almır,sadəcə insanları ciddiyə almırdım.Həmin o dərs qəşəng cavab vermiştim, o gündən sonra uje düzen dəyişirdi...
O məşğələ evə getdim,evimə yolum 2 dəq belə deyildi,Həsənlə gedirdim.Həsən Ondan danışdı.Dedim ki ''Onu tanıyırsan?''.Dedi, sinif yoldaşımdı.Bunu soruşanın mən olmadığına ama əmin idim.Sonra ardından Həsənlə xiaominin təzə çıxan telefonundan danışmağa başladıq😅.
Ondan sonraki Məşğələyə gedəndə uje ona salam verdim.(İlk dəfə bir qıza).Məndən halımı soruşdu.İlk başta davar kimi baxdım,sonra yavaşca gülüb:Yaxşıyam ,sən Necəsən? Dedim.Sonra başladı ağlamağa😂(dərsin çətinliyin nəzərdə tuturam).Qayıtdım dedim ki, orda nə var ki sadə bir şeydi.Və qayıdıb dedi: ''Hamı səni kimi bi dahi deyil gerizekalı.''Nə yalan deyim, bütün dərs köpek kimi o sözə sırıtmışdım.Məşğələdə ruçkam bitdi,ruçkanın ibnəliyu tutmuşdu(qatığ evdə yazmaya başladı ee).Yavaşca dedim:''kimdə ruçka var?''
O dedi: Verrəm,Verrəm bu dəqiqə.Üzümdə qəşəng bir təbəssüm var idi,amma niyəsin bilmirdim.Düzdü verdiyi ruçka 2ci Dünya Müharibəsindən çıxmış Alman əsgərinə oxşayırdı,amma yenədə etdiyi hərəkətə düşmüşdüm.Sonra (Uje saat 18 də hava qaralırdı) Müəlim dedi ,yığışın.Hamı kitabların yığışdırdı falann sunkaya atdılar,və geyinirdik.O mənim qarşım da lövhənin yanında idi.Vetrofkamı geyinəndə özümdən aslı olmayan bir hərəkət elədim.Fikrim ona baxa-baxa qaldı,çox uzun baxdım.O ilk başta fikir vermədi ,amma sonra oda mənə baxdıı vəə əsəbi Hanımefendi dinlləndi:
-Nolub?Nə baxırsan?(ama 0 əsəb və ya gərgin tonla dedi,yavaşca dedi,pərt etmədi yəni məni orda)
Mən də paniklədim.Mal kimi dayanıb üzünə baxmıştım,və o da narahat olmuşdu.O sualı eşidəndə ,yer yarılsaydıda içinə girsəydim dedim içimdən,çünki utanmışdım.Və cavabım ÇOXX MƏNTİQLİ İDİ
+Heç,baxıramda,
-Nəsə demək istəyirsən?
+Y-Yox.Sağ ol,
-Sən də sağ ol.
İçimdən mi dedim yoxsa Allah mı dedizdirdi bilməm ama, beynimin içindən belə bir cümlə keçdi.
Baxmaqdan xoşum gəlir
Sonra çölə çıxduq,dağuluşduq.(Həsən uje çıxıb getmişdi).Bütün yol boyu elə deməyinə görə utanırdım.Fantastik və hər şeyin ilk öncə pisini fikirləşən birisiyəm,çünki ilk baştan özümü ən pisinə psikolojik olaraq hazırlamaq ən məntiqlisi idi.Yolda öz-özümə deyirdim:
-Əşşi,bidənə qız tanudun,onada elə gic-gic baxdun
Sonra səhəri gün dərsə durdum getməyə.9 ci sinifdə həftədə demək olar hər gün dərsə gedərdik.Məktəbə getmə səbəbim Müəllimlərim idi.Onlar mənə bir müəllimdən çox-çox ötə idilər.Dostum kimi idilər.Məncə əsl müəllim-şagird münasibəti belə olmalı idi.Hər dərdimi danışa biləcəyim insan idi.Başlarına da az oyun açmırdım😂.Dərsə 45 dəq dayanmadan danışdığımı bilirəm.Nə yalan deyim,söhbətimdə onlara marağ eləyirdi.Riyaziyyat,fizika,biologiya və Tarix bu 4 fənni dəli kimi oxuyurdum o zamanlar.9 cu sinif məktəb illərimin ən qəşəngi idi.
Deməli Fizika məşğələsinin səhəri dərsə getmişəm.Riyaziyyat dərsi idi.Mənim dünyalar qədər çox istədiyim bir müəllimə var idi(bəziləri hətta fanatıdı😁) Əminə hoca.Ondan aldığım həyat dərsləri mənim indiki mən olmağımda böyük çox böyük etkisi var.Əsl oğlu kimi görürdü,riyaziyyatdan əlavə həyatda ola biləcək çox şeyi başa salırdı.Nəysə ümid edirəm yorulmursuz.Əminə hoca kursda uşaqların otuzdurulma qaydasından danışırdı.Oğlanlar ayrı qrupta ,qızlar ayrı.Mən sual verdim ki, bəss niyə bu düzen belədi.Dedi ki,oğlanlar dərsə mal kimi qızlara baxıb,fikirləri uçmasınlar deyə.Köpek kimi utandım.Əminə hoca sanki mənə nə isə demək istəyirdi(Söhbətdən xəbəri yox idi).Sakitcə pəncərə qırağında oturub, həyətə baxa baxa düşünməyə başladım.Və birdən Nəzrin Ağlıma gəldi.Qəribə idi.Onunla çox söhbət etmək şansım olmamışdı heç.Çünki mən evim yaxın idi deyə gec gəlirdim.Və özümə dedimki gələn səfər tez gedəcəm ,söhbət edəcəm.(Ama o ürək yox idi məndə).Birdə ayıldım ki , hoca məni çağırır:
-İboooo,fikrin haralardadı ağıllı balam?
+H-Heç müəllimə dalmışam
-Nəsə olub balam?
+Yo ,yo həmişəki İboduda.

Əminə hoca hiss etmişdi mənə nəsə olub,çünki dilim başqa gözlərim başqa şey deyirdi.Həmişə dərsdə gülən,dayanmadam danışam uşağın bu hali bir qəribə idi.
Yenə fizika məşğələsinə getdim.25 dəq tez getmişdim, O da gəlmişdi.Girən kimi ona keçən səfər etdiyim hərəkətim xətrinə dəyib,dəymədiyini soruşdum.Hanımefendi heç önəmsəməyibmiş sən demə sadəcə dediki, ''Donub otağın ortasında qalmuşdun,qəribə gəldi''.At kimi gülüb yerimə keçdim.O zamanlar maska taxırdıq.Mən uje təzə açkiyə başlamışdım.Maska ilə açkı taxmaq bir xəstəlik idi.Nəfəs alan kimi buxar və ağzın şeh olurdu.LƏNƏT OLSUN!!!.Buxarlı tren kimi hiss edirdim özümü.O da açkı və maska taxırdı,ama bu hal ona təsir etmirdi.Ona dedim ki , bəs bunu necə edirsən,süperman zadsan?Tekniki başa saldı, mal kimi baxdım.Dedim ki, ''alındıra bilmirəm dəə yenə buxarlanır''.
Hanımefendi ayağa durdu ,gəldi yanıma dedi gözlə.Əliylə maskamı düzəltdi.Yerimdə donub qalmışdımki, ilk dəfə bir qız mənə belə jest edir.Vəə dedi:
-Heç maskanıda taxa bilmirsən gerizekalı😂
Baya güldük.Sonra nə etmişdisə maskaya ,tax buxarlanmadı.Sonra yerimizə keçəndə bir şey diqqətimi çəkdi.Yanındaki qızla mutfilmlərdən danışırdı.Dedim söhbətüzə qoşulmaq olar?Dedi həəə,Dedim sən mutfilmləri bilirsən ki?
+Həəə, Teen&Titans Go, Gumball,Cartoon Network zad
-Uydaaa,hamsına baxmısan?
+Hə hə, hər gün baxıram(dedi və güldü,güləndə gözləri qısılırdı).
Bəli,bəli.Mutfilm xəstəsi birini 12dən vurmuştu.Və ilk dəfə tək bildiyi mutfilm ''HelloKitty'' olmayan bir qızla tanış olmuşdum.O gün o 10 dəqiqədə mutfilmlərdən,kinolardan falan danışmışdım.Baya zevklerimiz oxşar idi.Nə yalan deyim düşmüşdüm, ama özüm hələ bilmirdim.Sonra məşğələdə məndən sual soruşurdu, biryerdə məsələ həll edəndə bu dünyadan qopurdum sanki.Dəftərinə baxanda Nə qədər incə xətti olduğun gördüm.Özüdə zərif bir qız idi zatən.Nəyəsə bozulduğumu görüb o saat gönül almayı bilən biri idi.Bəli, idi...Sonra evə gedirdik.Ayaqqabılarımızı geyinəndə dedimki ona:
-Mən pis ollam ee həmişə.bir gedirsiz ,mən tək.Bidəfə gözləmirsiz heç
+Aaaa ,bunu bilmirdim.Gələn səfər bizlə gələrsən onda
-Məni gözləyərsən bir gedərik?
+Niyə gözləməyim gerizekalı?
Gözləri parıldayırdı, və mənə baxırdı.Qəşəng karinçi gözləri vardı.Evə gedəndə tullana-tullana gedirdim.Sevinçtən ağlamaq deyərlər ee bax o doğru imiş.O mənə çox şeyin sadəcə kinolarda və kitablarda olmadığın başa saldı.Hətta o qədər xoşbəxt idim ki, evə gəlib mahnı oxuyurdum.Yenidən o qədər dərsin içində mutfilmə baxırdım.Ona vurulmuşdum,ama özüm hələ bilmirdim.O maska hərəkətinə mi yoxsa kafa yapısına mı bilməm ama o qəşəng qız idi.Nə bilim ,uje Mən o mən olmağdan çıxırdım.Artığ biris üçün düşənə bilirsiz darıxa bilirdim,onu görməyə can atırdım.Hələ məndə velet idim.Onun da içində bir velet var idi.Oktyabr ayında bir trajedik hadisə daha yaşadım(bu fizika hazırlığında deyildi) onu gələn bölümə saxlamışam.Gələn Bölümdə çox güman belə uzun olacaq.Lənət Olsun!Artıq ağlımda gəzirdi.Bir dəfə dərsdə oturmuşdum, diyəsən çevrə idi dərs.Yada funksiya.Yağışlı bir hava idi onu bilirəm,pəncərə açığ,sinif sakit,müəllim dərs izah eləyir,məndə pəncərə qırağında sakit oturmuşam pəncərədən çölə baxıram.Yenə ağlıma gəldi,onu düşünəndə səbəbsiz təbəssüm üzüm buraxmırdı.Və öz-özümə sual verdim(bu hekayənin ən böyük suallarından biridi).
Mən niyə bu qızı tez-tez düşünürəm?
Suala cavab tapa bilmədim,və intizarla qaldım.Çox da sualı fikirləşmədim sonra tənəffüs oldu çıxduq çölə.Əminə Hoca sanki hiss edirdi mən o mən deyiləm.Onunla danışdığım gündə də Yağış yağırdı.Yağışı sevirdi.İçində bir çılğın yatırdı ,və bu nənəm demişkən öz tayımı tapdığımı deyirdi.Yəni,siz yağışda su gölməçələrində tullana-tullana yamyaş saçla qaçarsız?Yolda michael jackson mahnısı oxuyarsız?Yes,sir o edərdi.Ona dost olmağı təklif etmişdim,qəbul etmişdi.Yes sir,həyatım zirvədə idi,düzdü milyoner deyildim,və ya hər gün yatımda yuxudan ayılmırdım ama xoşbəxt idim.Üzünüzdə təbəssüm yarandı hə??Artıq barmaqlarımm ağrıdır,çox yaza bilmirəm.Gələn bölümdə daha qəşəng hadisələr,yeni adamlar,yeni şeylər olacaq.Bu bölümü Sabahattin Alinin bir sözüylə bitirirəm:
Kafamın içinde ona söylenecek uçsuz, bucaksız şeyler bulunduğunu hissediyorum. Senelerce söylense bitmeyecek şeyler...🐢🇯🇵

Noyabr AyıHikayelerin yaşadığı yer. Şimdi keşfedin