Səndə Rüstəmov var?

18 2 0
                                    

Holaaa Millət.Yaşlı İspan şairi qayıtdı.Saat 23:55 və biraz yorğunam biraz yuxuluyam.Nə telefonu kənara atıb yatacaq qədər yuxuluyam nə də riyaziyyat işləyəəcək qədər enerjik.Nəzrin xanıma yazmışdım,yəqin 1 -2 saaata gələr bu arada dedim 5 bölümü yazım.Çox güman yazıb başımı atıb yatacam və ya hanımefendinin günlük maceraların dinləyəcəm.4 cü gün məşqdə qanteli çox ağır götürmüşdüm, ona görə sol qolum dəhşət ağrayırdı.İndi isə kəsib.Anar yoxdu,otağ sam-sakitdi.Sadəcə vintilyatorun səsi və nəfəs səslərim eşidirəm.4 cü bölümdə yadımdan çıxan 1-2 kiçik detay olub.Altın vurmadan burda doldurmağa çalışacam(bəzi tülkülər bilməsə).Sözün düzü 2 bölüm yazıb tay yaza bilməyəcəyimi düşünürdüm,amma uje 5 sabah 6 nı yazacam.Dolu,dolu anlar yaşatdığına görə Hanımefendiye təşəkkürlər.Nice daha qəşəng anlara🤍.İndi isə qayıdaq 2021'in noyabrına 😊
Noyabr ayı.O il noyabr sərt idi,ümumiyyətlə qış sərt idi.Qışı kim sevməzki?Havalar çox soyuq idi və axşam hazırlığdan çıxanda çöl qap-qaranlıq olurdu.Pramoy asfalta çıxdığından maşınların işıqlarından yolu görmək olurdu.Hamının hazdan çıxanda tək dərdi bir an öncə isti evə çatıb,yeməklə tıxınmaq idi.
Mən uje riyaziyyata artıq 4 gün gedirdim.11lərlə ayrı 9larla ayrı.Yorurdu mu?Hə.Sadəcə düstur əzbərləmək əsəbimi pozurdu.İçimdən bir səs nəyinsə səhv olduğunu deyirdi.Çöldə və evdə nə qədər qan qaraldıcı şey olsada bunların hamsın unutturan bir insan var idi.Abartmıram eeee.Məsələn; Biz riyaziyyatda düstur danışanda bir mənfini və ya müsbəti səhv deyəndə müəllim yun çubuğuyla uladırdı bizi,və ya üstümüzə qışqırırdı.Pis olurdum ,həqiqətən,çünki əllərində böyüdüyüm adamlar məni belimə ,əlimə çubuq vuraraq,pərt edərək dərs öyrətməmişdilər.İlk başlarda pis olurdum,amma sonra öz-özümə deyirdim Mən xiyar zadam?Max, sabah hazda Nəzrini görüb danışacam,ona sadəcə 5 dəqiqə lazım olacaq kefimi açmaqçun,Və hər şeyi yadımdan çıxaracam.Bu mənə qəşəng psixoloji kömək edirdi.(Haa bu arada hər şeyi qulaq ardına vurmurdum sadəcə dərd eləmirdim).Məktəbdə gəlib,atapleninin yanına söykənib dərsə qulaq asırdım.6 cı gün çox uşaq olmurdu,Birinci saat riyaziyyat olurdu.Və hocamla doyunca söhbət edirdik,gülürdük.Bəzən dərsdə ağlım dalanda deyirdi nolub,riyaziyyatı bəhanə atırdım😁.Gəlsək Nəzrinə.Aramız son dərəcə mükəmməl idi.Ən yaxın dostum olmuşdu.(demək olarki dostum yox deniləcək qədər az idi çox çox az).Onla daha çok söhbət etmək istəyirdim və buna yol axtarırdım.Bir dəfə yolda ondan telefon nömrəsin soruşdun o isə öz telefonu olmadığın dedi.Şok oldum,böyle birinin telefon işlətməməsi qəribə idi.
-Sən necə yəni heç işlədmirsən?
+Yox , e mamanın telefonun lazım olanda götürürəm
-Haaa onda öz nömrən yoxdu?
+Yox
-Bə ha vaxt öz telefonun olacaq?
+Universitetə girəndə alacaqlarda zatən, yəni dərd eləmirəm
Pfff,nömrəsi olmaması içimə qoymuşdu.Uje həftədə 2 gün bəs eləmirdi onu görmək üçün.
Noyabr ayının 2 ci həftəsid idi...Hə ,hə .Hazda çıxanda hamı bir-birinə qarışmışdı.Söhbət edən kim,kutkasım geyinən kim,müəllimə aylığ verən kim,suala baxan kim.O qabağımda kutkasın götürməyi gözləyirdi ayağ üstə(biz otağda şkafa asurduq kutkaları, uşaqlar kutkaların sırayla götürürdülər).Bir xasiyyəti var idi ki, sweatını balaca əllərinin ovcunun içinə qədər çəkərdi.Gəlib yanında dayanmışdım.Mənən riyaziyyatdan danışmağa başladı.Qəflətən üzümə baxıb dedi:
-Mən Xəyal Müəllimə gedirəm,amma təkcə sənə deyirəm nolar heç kimə demə
+Tamam ee,onda Ülviyyədən çıxdın?
-Yoxx,sadəcə ikinci müəllim kimi gedirəm
+Sən Allah ikinci müəllim nəyə gərəkdi?
-Yuxarı sinif keçir elə bil orda ona görə
+Xəyal hara?Sən hara?
+Elə bil dayımın çox yaxın dostudur ordan demişdilər
+Haa,başa düşdüm
(Xəyal Müəllimi ilk dəfə ondan eşitmişdim).Mənə güvənməyi dəhşət xoşbəxt edirdi.
Hələdə ,hələdə uje 2 il olur niyə dediyimi bilmədiyim,sanki içimdəki səsin mənə dedizdirdiyu bir söz soruşdum ondan:
-Səndə Rüstəmov kitabı var?Qara ,qalın kitab var ee fizika.Mənə lazımdı
+Haa,evdə baxaram.Tapsam, söz gətirərəm
-Çox sağ ol, Uşaqlardan eşitdim sadəcə içinə baxmaq istədim.
O aralar Xanım Müəllimə gedən uşaqların çoxu,Fizikadan Günel M'ə gedirdiləər.Adın təzə -təzə və çox eşitdiyim bir müəllim idi.Onun şagirdləri Rüstəmovdan biz isə Səbinə hocanın öz kitabından keçirdik.Öz kitabı çox qəşəng idi,amma Rüstəmov marağ etmişdiki bəs niyə hamı bu kitaba axışıb.Niyə Nəzrinə dediyimidə bilmirəm Vallah🤦‍♂️
Sonra Yolda yeriyəndə mənə dayılarından danışmağa başladı.Əslində söhbət şey idi çox müəllim yanına getmək garanti yüksək bal vermir ordan dayıların misal çəkdi mənə.O sevdiyi insanlardan danışanda gözlərinin İçi ''Yıldızlı Gece'' tablosu kimi parıldayırdı.
Noyabr ayının bilmirəm tay 11 i ya 14 ü idi.Məktəbdə dərsdə idik.Bizdə hər mərtəbədə bir zavuç otururdu.Bizim sinif 2 ci mərtəbədə idi və oranın zavuçu Leyla Müəllimə idi.Sempatik,savadlı,dünyagörüşlü bir müəllimə idi.Məni də çox istirdi.Məktəbdə demək olar tanıdığım bütün müəllimləri görən kimi salam verib, hal-əhvalların soruşurdum.(1-2sin çıxsaq) bütün müəllimlər məni sevirdi.Nəysə çox uzaqlaşmayaq.Kimya dərsi idi ,bir uşaq qapını döydü və dediko ''Leyla Müəllimə İbrahim kimdisə onu çağırır''.Mən icazə aldım və çıxdım getdim yanına.Mən və məndən başqa 4 uşağı Gənclər Evinə göndərmək istəyirdi.1'ci qrup idim,amma Tarixi su kimi bilirdim.Müəlliməm dəhşət sevdirmişdi.Sual-cavab idi tarixə də adi suallar verirdilər ,Müəllim demişdi başı əladıı onuda aparun.4 cü saat idi, uje 5 ci saat çıxmalı idiq.Gəldim sinifə Elşada dedim ki bəs gedirəm dedi hara, dedim bəs belə belə də. ''Bekarsanki bekar'' dedi😂.Elşada dedim evə deyərsən yəni gec gələəcəm.Həmin Gündə biz çıxanda uje yağış atmağa başlamışdı.Çölə baxduqki biz ora piyada gedə bilmərik.Leyla Müəllimə dediki,sizə yol pulu verirəm bəs rafla gedin.Okey getdik elə.İlk dəfə idi elə bir yarışmaya gedirdim.Nəm qəşəng cavablarım,tapdığım suallar olmuşdu.Kafa dağıtmaq üçün yaxşı idi.Çölə çıxandaa dəhşət yağış yağırdı.Ama yağış deyirəm də sizə.Mən dedim belə getsəm evə çatanda islanmış ördək balasına dönəəcəm.Birdə başımı sola çevirdim ki, nə görəyim?Babamın qara maşını .Nətər qaçdım eee.Dedim ki bəs nə əcəb gəldin,dedi bu havada evə gələ bilməzdin.Mırta dedim ki bəs bidəmə kitab var pul verə bilərsən alım?Sürdü pramoy kitabxanaya.15 manat verdi dedi get al.Kitabı tay özüm almışdım uje (Ümumiyyətlə başqasının malın işlədə bilmirəm).Evə gəldim,çöldə gözləyəndə uje nəyi var islanmışdım.Qurulandım,yemək yedim, evə gəldim uzandım.O zamanlar Telegramı təzə yükləmişşdim.Bir 15 dəqiqə ekranda gördüyüm şeyə mal kimi baxdım.Nəzrin adlı birisi mənə yazmışdı.Sözün düzü mənim Nəzrin adlı bir sinif yoldaşım da var idi, pramoy dedim zatən odu.(Çünki hanımefendinin öz telefonu yox idi).Sadəcə onun soyadı bayromava idi, bu yazan adamın isə quliyeva. BEYİN ERROR!Yazılanlar bunlar idi
Salam İbo.Necəsən?
Mənəm Nəzrin.Rüstəmovun kitabın istəmişdin pdfin tapdım buyur.
Yazdımki bəs sinifdən Nəzrin?Cavab verəcəyin heç sanmırdım,amma o qədər sevincli idim ki mesajın 11 dəfə oxumuşdum.Axşam 21 idi yazdı ki ,hazırlığdan bəs.
-Sənin nə qədər Tanıdığın Nəzrin var?ksks
Ona dedim ki bəs dedin öz telefonum yox dedin.Və dedi
-Yox dedim ,amma telefon işlətmədiyimi demədim
+Burda yaza bilərəm?
-Həəə olar,amma ancaq mən sənə yazanda yaz
+Hə tamammm
Uje söhbəti havada tutmuşdum.Həmin gün yox sabahı gün axşam.Özü yazdı yenə.Siz heç bilirsiz mən göyün neçənci qatındaydım?Vallah sevinçtən ağlamaq istirdim.Çünki hoşlandığım qız mənə dəyər verib,mənən özü danışırdı.İlk dəfə biri özü yazırdı.Aaa sorry. Dəyər verirdi...
Saat 21:30 iradələri idi,başladıq danışmağa.Dindən ,təhsildən ,ailədən,uşaqlıqdan,mutfilmlərdən.Ona dedim ki:
-Xəbərin var mı bilmirəm.Sənən söhbət edəndə full uşaqlaşıram
+Həəəə,məndə məndə.Qəşəng zarafatların var.
Söhbət saat 2cən uzanmışdı,sonda dedi tay əl çək yatım.
Gülə-gülə yatmaq deyə bir şey var.Bilirsiniz nə dərəcədə gözəl bir şeydi.
Noyabr ayın özəl edən bu idi.Çox az-az adam özü yazıb ,hal -əhval soruşub,söhbət edər.Çox az bir qismi insanların.Bu qız o qisimdən idi. Hər gün və ya 2 gündən bir ya o mənə ,mən ona yazardım.Uje zarafatları,favori sözləri,sevdiyi mahnıların,sevdiyi çox şeyi əzbərə bilirdim.İnsanlarla söhbətlər iki yerə bölünür:
1.Sanki röjörtaj alır kimi bir tərəf sual verər,maraqlanar soruşar,ikinci tərəf sadəcə cavab verər.Bir dəfə elə qarşısındakinin nə düşündüyün umursamaz
2.Sən ona o sənə sual verər.Bir-birinizi tanıyarsız.
Bax bizimkisi 2'dən idi.
Yav he he
Muhteşembl
Aşk olsun
En mathematik sen
Qırıl
Və s. Sözləri...
Musiqi zövqümüz eyni deyildi ,amma belə izah edim.Çox musiqi dinləyən birisiyəm, və çox mahnı bilirəm buda insanlarla bu temada dil tapmağa kömək edir.Qulaq asdığı mahnını bilirəm deyəndə sevinirdi:).Bir sözlə həyat tam anlamında mükemmel idi.Əslində öz özümə deyirdimki, daha nə istəyə bilərəm ki həyatdan?Bir şeyi yaddan çıxarmışdım.Bu şeyin davam etməsin...

Noyabr AyıHikayelerin yaşadığı yer. Şimdi keşfedin