Fəsil 2: "Yataqdakı Qan"

43 15 8
                                    


Hər şey qarmaqarışıq gəlirdi. David'dən xoşlandığımı hiss edirdim. Amma o və Nina sevgili idilər. Bəlkə də tamamilə cəfəngiyat uydururdum. Hələ bir gün gördüyüm birini necə sevə bilərdim ki?

Bu günümün daha gözəl keçməsini arzuladım.

Əynimə ağ bir köynək geyindim. Altıma da dünən geyindiyim qara şalvarımı. Düz saçlarım var idi, amma yenə də yaxşıca düzləşdirib saçlarımı açdım. Üstümə də qara dəri pencək geyindim və təzə aldığım ətirimdən vurdum. Sadə gündəlik makiyajımı elədim. Səhər yeməyini yedim və çıxmağa artıq hazır idim.

Məktəbə çatanda yeməkxanaya getdim. Birinin adımı səsləndiyini eşidən kimi arxamı döndüm.

Mandy idi.

Nina'yla birlikdə otururdular. Mənə əl salladı və yanlarına gəlməmi anlatan bir işarə göstərdi. Gülümsədim və yanlarına getdim.

Klassik salamlaşmalardan sonra daha xüsusi mövzulardan söhbət etməyə başlamışdıq. Mandy'nin məndən öyrənmək istədiyi bir çox mövzu var idi. Dilləndi:

-Niyə bu şəhərə köçdünüz?

-Ailəm həmişə belə yerlərdə çalışmaq istəyirdi.

-Belə bir yer deyərkən...?

-Belə kiçik və səssiz bir şəhərdə.

Biz bu cür danışarkən qapqara saçları və qəhvəyi rəngli gözləri olan bir qız bizə doğru yaxınlaşırdı. Yanında iki qız daha var idi. Onlardan biri dünən yanındakı boş oturacağı olan qız idi. Çox möhtəşəm və dəbdəbəli birilərinə oxşayırdılar. Üzlərində özlərini bəyənmiş bir ifadə var idi. Yanımıza gəlib:

-Sizi yaxşı qızlar! Deməli, yeni gələnləri də aranıza qatıb olan səviyyənizi də düşürməyə çalışırsınız!

Üzüm qızarmışdı. Mandy acıqlı bir səslə:

-Rədd ol burdan, Monica!

Qız da səssizcə Mandy'ə baxıb güldü və yanındakı qızlara "gedək" işarəti göstərdi.

Nina'da çox əsəbləşmişdi. Üzünü mənə tərəf tutub dedi:

-Monica Benson! Özünü bir şey hesab edən axmağın birisidir! Sən onu dərd etmə.

-Bəs yanındakılar kimdir?

-Kate və Mary. Monica'nın yaltaqlıqları.

Gülümsəmişdim. Onları həqiqətən çox sevirdim. İlk gündən dost olunmağı bacarmasam da daha dünəndən başa düşmüşdüm ki, onlarla yaxşı anlaşacaqdım.

Dərsimiz fəlsəfə idi. Bu səfər Mandy ilə otururdum. David isə Nina ilə otururdu. Birlikdə bir şey danışıb gülüşürdülər. Allahım! Belə olmaması lazımdı. Qısqanmamalıydım, amma çox qısqanırdım. Özümü dərsə adaptasiya etməyə çalışırdım. Müəllim sinifə bir sual verdi:

-Sevgi nədir?

Mənə baxaraq "Sən yeni gəldin?" deyə soruşdu:

-Bəli, dünən başladım.

-Onda sözü sənə verək. Səncə sevgi nədir?

Ayağa qalxdım. Nə deyəcəyimi bilmirdim. Fəqət David'də mənə baxırdı. Danışmalı idim. Hal-hazırda içində olduğum vəziyyət sevgi mi idi? Cavab verməli idim.

"Sevgi bir hisdir." dedim.

Bəzi gülüşmələri eşitdim. Əlbəttə sevgi bir hiss idi, amma nə?!

Əsrarəngiz Şəhər (12+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin