Fəsil 9: "Alt mərtəbədəki qaranlıq"

10 3 7
                                    

Nina’nın “pijama partisi” dediyi gecənin üstündən bir həftə keçmişdi. O gündən bəri Michael’ı görməmişdim. Hardaydı bu uşaq? Onun anidən ortalıqdan yoxa çıxması məni çox maraqlandırırdı. Nina, David, Mandy, James və mən məktəbin skamyasında otururduq.

“Michael’ı hələ də görən yoxdu?” deyə onlardan soruşdum.

Hərkəs başını iki yana salladı. Evini bilirdim, amma getməyə cəsarət edə bilməmişdim. Telefonu da qapalı idi. Onunla heç bir şəkildə əlaqə saxlaya bilmirdim.

Məktəbdən sonra evə gəlmişdim.

Otağımın balkonuna çıxmışdım, amma artıq onu daha çox gözləyə bilməzdim. Həqiqətən çox darıxmışdım. Narahat və ekstremal dərəcədə əsəbi idim.

Hava qaranlıq idi, amma buna heç əhəmiyyət vermirdim. Pencəyimi alın bayıra çıxdım. Bəlkə də məktəbə gəlməməsinin səbəbi mən idim, amma artıq evinə gedib gerçəyi öyrənməliydim.

İti addımlarla gedirdim. O anda bir əl məni özünə çəkdi. Qorxuyla arxamı döndüm.

David idi.

“Ee..Jenna! Yaxşı da! Bütün bu vampir mövzusunu öyrəndikdən sonra belə hələ də qaranlıqda necə çölə çıxa bilərsən?!” dedi.

“Niyə çıxmayım ki?! Sənin kimilər qanımı içəcək deyə qorxmağımmı lazımdı?” bütün hirsimi ona tökürmüş kimi üstünə qışqırdım.

Lənət olsun! Nə demişdim axı mən?!

-David..Üzür istəyirəm. Həqiqətən bu aralar əsəblərim pozulub. İstəyərək demədim.

Mənə baxdı və gülümsədi:

-Problem deyil, çünki haqlısan.

Gəzməyə başladım. Amma o da yanımdan gəlirdi. Məni tək buraxmayacaqdı. Michael’ın evinin qabağına qədər gəldi, fəqət sonra dayandı. Evin həyətinə belə girmədi. Evdə işıqlar açıq idi. Mənə baxdı:

-Siz rahat danışın. Sabah görüşərik.

Mən hələ bir şey deyə bilmədən ortadan yoxa çıxmışdı.

Qapının zənginə basdım. Qapını Michael açdı. Bir neçə dəqiqə üzümə baxdı. Təəccüblənmiş kimiydi. Onun üçün çox darıxmışdım.

“O qədər olanlardan sonra hələ də buraya necə gələ bilərsən? Sənə saldırmağıma rəğmən..” dedi.

Gülümsədim və onu sıxı-sıxı qucaqladım. O da məni qucaqladı. Sonra geriyə çəkilib dedi:

-İçəriyə gəlmək istəyirsən?

“Təbii ki.” dedim və biz içəri girdik.

Yataq otağına çıxdıq və oturduq.

“Sən evdə təkbətək qalırsan?” deyə soruşdum.

Köksünü ötürərək cavab verdi:

-Hə, tək yaşayıram..Jenna..

Gözündə toplaşmış göz yaşlarını silərək sözünə davam etdi:

-Jenna..Bax mən həqiqətən üzür istəyirəm. Bir an özümü idarə edə bilmədim. Çünki..çünki qanın o qədər gözəl qoxurdu ki..Çox üzür istəyirəm.

Həqiqətən də çox məyus görünürdü. Gülümsədim.

“Vacib deyil, üzr istəməyin. Anlayıram səni.” dedim. Bir anlıq gözünü dərs masasından ayırıb mənə baxdı. Gülümsədi. Sonra qolunu qaldırdı və mən də başımı onun bədəninə yasladım.

Bədəni isti idi. Ürəyinin sürətlə döyündüyünü hiss edə bilirdim. Qoluyla məni qucaqladı. Heç danışmırdıq. Biraz vaxt keçəndən sonra geri çəkildim:

-Deyəsən, artıq mən getsəm yaxşı olacaq. Sabah görüşərik, elə deyil mi?

“Təbii ki. Gəl səni evinə mən buraxım.” dedi və biz evdən çıxdıq. Michael məni evimə qədər ötürüb məni birdə qucaqlayıb vampir sürətiylə uzaqlaşdı.

Ertəsi gün Michael məktəbə gəlmişdi. Demək ki, məktəbə gəlməməsinin səbəbi, doğurdan da, mən idim. Mənim onu görmək istəməyəcəyimi fikirləşmişdi. Elə sıralara oturmuşduq ki, Monica gəldi. Hər kəsə bir-bir kart payladı.

“Bu həftənin şənbə günü mənim ad günümdür və böyük miqyaslı bir parti olacaq. Hamınız dəvətlisiniz, canlarım. Gözəl və bahalı hədiyyə almağı unutmayın.” dedi və saçlarını geriyə ataraq özündən razı halda sıraya oturdu.

Əsrarəngiz Şəhər (12+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin