Fəsil 8: "Pijama Partisi"

13 6 0
                                    

Nina’nın gecə partisi üçün hazırlanırdım. Qara, uzun pijamamı və digər əşyalarımı böyük çantama dolduran da otağa anam girdi.

“Tez bir vaxtda yaxşı dostlar qazanmağına çox sevindim.” dedi.

Belini qapıya yaslamış, qollarını bir-birinə sarmış və başı yana əyri bir şəkildə gülümsəyərək mənə baxırdı. Mən də gülümsədim. Danışmağa davam etdi:

-Səncə, “pijama partisi”-nə biraz erkən getmirsən? Hava hələ qaralmayıb.

“Tez gəlməmi istədilər.” dedim. Səbəbini bilirdim.

Vampirlər..

Amma David’ə kimsəyə bundan söyləməyəcəyimə dair söz vermişdim. Buna görə də anama heç bir şey demədim. Amma özümü çox pis hiss edirdim. Nə də olsa, valideynlərim də təhlükədə ola bilərdi.

Nina’nın evi biraz kimsəsiz bir yerdəydi. Onların evinin yaxınında demək olar ki, heç ev yox idi. Ən yaxın ev belə olduqca uzaqdaydı. Səbəbinin isə ailəsinin belə yerləri sevdiyindən olduğunu söyləmişdi.

Səssiz və sakit yerləri, yəni.

Nina’gilə getdiyimdə Mandy də oradaydı. İkisini də qucaqladım. Evdə sadəcə biz var idik.

Musiqi açıq ikən rəqs etməyə başladıq. Yorulub oturduq. Yemək yedik. Bir çox şey var idi. Gün həqiqətəndə çox gözəl keçirdi. Birdən Nina’nın ağlına bir fikir gəldi:

-Hey! Qızlar! Bilirəm bu gecə üçümüz olacağıq. Onsuzda bizdə qalacaqsınız. Amma ,sizcə, sevgililərimizi də çağıraq? Doğruluq yoxsa cəsarət kimi oyunlar oynayarıq. Nə deyirsiz?

“Qulağa pis səslənmir. Nə qədər çox olsaq, o qədər də yaxşı olacaq, elə deyilmi?” dedi, Mandy.

Planlar anidən dəyişmişdi. Yenə Nina’larda yatmağa qalacaqdıq, amma sevgililərimizlə də elə-belə oturub əylənmək üçün onları da çağırdıq. Mən də öz fikrimi bildirməli idim:

-Hə, məncə də əyləncəli olar.

Doğrudan da əyləncəli ola bilərdi. Gerçək bir dostluq mühiti..

David və James qəbul etmişdi. Mən də Michael’a zəng vurdum. Gəlib-gəlməyəcəyini öyrənmək üçün.

“Sən varsansa, təbii ki, gələrəm.” dedi.

Gülümsədim. Əlbəttə, güldüyümü görə bilmirdi, amma eybi yoxdur. Məni sevindirirdi. Adresi verdim və telefonu qapatdım.

Çox keçmədi ki, qapı döyüldü. James və David artıq gəlmişdilər. Onların gəlişindən bir-iki dəqiqə sonra Michael gəldi. Hamımız birlikdə qonaq otağında oturduq.

İki nəfərlik iki dənə və tək nəfərlik də iki dənə kreslo var idi. İkili kreslodan birinə mən və Michael, digərinə isə Mandy və James oturdu. David və Nina da tək nəfərlik kreslolarda oturdular. Biraz havadan-sudan danışmağa başladıq.

Nina bu vaxt ayağa qalxdı və şkafdan bir içki gətirdi. İçkini görəndə dedim:

-Mən içki içmirəm.

“Ee..Yaxşı da! Biz də onsuz hər gün içmirik ki. Sadəcə bu günlük içsən?” dedi, Nina.

James’lə olan söhbətini yarımçıq qoyan Mandy “İç, iç. Biz də içirik. Bir şey olmaz.” dedi.

“Yaxşı.” dedim.

Niyə bu həyatın dadını çıxartmağa çalışmayım ki?! Bu gün bizim günümüzdür, nə də olsa.

Nina hərəyə bir bakal içki töküb dedi:

-Doğruluq yoxsa cəsarət oynamağa nə deyirsiz?

“Olar.” dedik.

“Oyuna görə incimək yoxdu, yaxşı? Cəsarət deyəndə də asan şeylər deyil, etməyi daha çox çətin olan şeyləri söyləyin.” dedi, Mandy.

Bu qızın bu cür planlı və əmr verirmiş kimi danışmağına heyran olurdum.
Nina bir su butulkasını yerdəki ipək xalçanın üstünə qoyub çevirdi. Butulka David və Michael’a gəlmişdi. Sual vermə şansı isə David də idi.

“Hmm. Michael, doğruluqmu, cəsarətmi?” deyə soruşdu, David.

-Doğruluq!

-Gizlətdiyin böyük bir sirr varmı?

Michael çaşa qaldı. Sonra udqunub birtəhər cavab verdi:

-Hə, var.

David təəccüblə soruşdu:

-Yaxşı, bəs nədir o?!

Hamımıza onun gizlətdiyi sirr çox maraqlı gəlirdi.

“Bildiyimə görə sual verənin tək bir sual vermə haqqı var.” dedi, Michael.

Əslində haqlı idi. Amma hamımızın marağını içimizdə qoymuşdu. Üstəlik David çox sinirli kimi görünürdü.
Nina ortalıqdakı gərginliyi yumşaltmaq üçün “Ah..Necə də yadımdan çıxırdı. Gözləyin. Tort almışam. Davam etməmişdən qabaq tort kəsək.” dedi.

“Mən tortu kəsərəm. Siz digər şeyləri hazırlayın.” dedim.

Əslində ağlımda bir şeyi etmək var idi. Qorxurdum, amma öyrənməyimə ehtiyacım var idi.

Ətrafa baxdım. Hər kəs bir işlə məşğul idi. Bıçağı əlimə aldım. Bıçağı torta yaxınlaşdırdım, amma...

“Ahh!” deyə bir səs çıxarmışdım.

Çünki bıçaqla əlimi bilərəkdən kəsmişdim. Qan hər tərəfə yayılırdı. Deyəsən, istəməyərək çox dərin kəsmişdim.

Arxamı döndüm. Hamı donub qalmışdı. Mandy qışqıraraq "Vay-vay-vay! Çox üzür istəyirəm, Jenna. Qan məni tutur.” dedi və qaçaraq yuxarı çıxdı.

Girdiyi otağın qapısını da açarla bağladı. James də bunu görən kimi ildırım sürətilə çölə çıxdı. David isə çox pis görünürdü. Özünə əngəl olmaq üçün özünü güclə saxlayırdı. Amma...

Allahım! Michael! İlahi!

O qədər qorxunc görünürdü ki. Vampir dişlərini çıxarmışdı. Gözü qırmızılaşmışdı. Sürətlə üstümə doğru gələrkən..

Allahım!

David bir anda onu var gücüylə qırağa itələdi. Michael arxa tərəfə doğru az qalırdı uçsun. Tez ayağa qalxdı. Ağzını açıb qanlı, vampir dişlərini göstərdi. Özündə deyildi. David’ə doğru sürətlə gəlirdi ki, yavaşladı və yerə yıxıldı. Gözləri əvvəlki halını yavaş-yavaş almağa başlamışdı. Vampir dişləri də artıq yox olmuşdu.

“Mən..Mən çox üzür istəyirəm.” dedi və inanılmaz bir çevikliklə gözdən itdi.

David təlaşla Nina’ya tərəf baxdı:

-Nina..?!

-David, sən James’in yanına get. Mən Jenna’nın yanında qalaram.

Məni yerdən qaldırdı və əlimi sarımağa başladı.

-Deməli, sən vampir deyilsən, hə?!

-Əslində mən də vampirəm. Amma sən bu vampir mövzusunu hardan bilirsən ki?!

-Axır-əvvəl öyrəndim. Yaxşı bəs sən niyə qan görəndə digərləri kimi qaçıb getmədin?

“Bu axmaqlardan daha dayanıqlıyam o qədər.” dedi və gülməyə başladı.

Mən də gülümsədim, amma hələ də Michael’ı düşünürdüm. Mənə saldırmışdı və o bi..bir vampir idi. Amma istəyərək saldırmadığına çox əmin idim. Artıq hər şeyi öyrənmək vaxtım gəlmişdi.

-Nina, yəni az öncə bu otaqda olan hərkəs vampirmi idi?

-Hə..Hərkəs vampir idi.

-Michael’ın vampir olduğunu qabaqcadan bilirdiniz, bəs?

-Yox. Məncə, David də bunu öyrənməyə çalışırdı.

Allahım! Vampirlərlə dolu olan otaqdakı tək insan mən idim.

David, James də çıxıb getmişdilər. Sadəcə mən, Nina və Mandy qalmışdıq. Hamımız eyni otaqda idik. Çantama qoyduğum uzun, qara pijamamı geyinmişdim.

Hərkəs yatırdı. Bu gün olanlar çox qarmaqarışıq idi. Gözümə yuxu girmirdi. Üstəlik susamışdım. Su içmək üçün mətbəxə getdim.

Birisi orada olduğunu bəlli etmək istərcəsinə boğazını təmizlədi. Qorxaraq arxamı döndüm.

David idi.

“Sənin burada nə işin var? Üç qızın olduğu bir evə gizlincə girmək heç xoş deyil.” dedim lovğalanaraq. Başını aşağı əyərək gülümsədi:

-Səninlə danışmaq istəmişdim.

-Yaxşı.

-Çölə çıxaq? Yelləncəkdə oturub biraz danışaq.

“Olar.” dedim.

Görəsən danışdıqlarımızı eşitməsinlər deyə məni çölə çıxarmaq istəyirdi?

Çölə çıxdıq və mən yelləncəyə oturdum. Amma indidən ayaqlarım üşümüşdü. Ayaqlarımı altıma aldım. Bu sırada David bir adyalla yanıma gəldi. Adyalı üstümə atdı və yanıma oturdu. Əslində bu vaxt özümü çox özəl hiss etmişdim.

“Niyə əlini kəsdin?” anidən dedi.

-Necə, yəni niyə?

-Yaxşı da..Bilərək kəsdiyini bilirəm.

Qəzayla olduğunu düşünəcəyini hesab etmişdim, amma inandıra bilmədim.

-Şey..Kimin ya da kimlərin vampir olduğunu öyrənməyə ehtiyacım vardı.

-Sən ağlınımı qaçırdın? Bu cürmü öyrənirsən, yəni? Michael da bir vampir imiş. Və qanın o qədər gözəl qoxurdu ki,..Özünü itirdi və sənə saldırmağa çalışdı. Bəs o kişi mən olsaydım? Əgər Michael sənə saldırmasaydı, mənim də özümü itirməyim an məsələsi idi.

Masmavi gözləri ilə mənə baxırdı. David məni qorumuşdu. Nə deyəcəyimi bilməmişdim. Çünki həqiqətən dəli kimi bir şey etmişdim.

“Düz deyirsən.” deyə bildim, sadəcə.

-Deyəsən, artıq getsəm yaxşı olar. Şirin yuxular.

“Sənə də şirin yuxular.” dedim.

Böyük bir sürətlə ortadan yoxa çıxdı...

Əsrarəngiz Şəhər (12+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin