Fəsil 5: "Gözlənilməz Yoxa Çıxış"

23 11 9
                                    

David başımı qarışdırmağı bacarmışdı. Michael'ın evində də qalmaq onsuzda doğru gəlmirdi. Telefonumu əlimə aldım və Michael'a mesaj yazdım:

"Salam..Ailəm evə erkən döndü. Buna görə də sizdə qala bilmərəm, amma hələ də kinoya gedə bilərik.."

Əslində yalan demişdim. Ailəm hələ gəlməmişdi, amma başqa nə edə biləcəyimi bilməmişdim. Cavab gəldi:

"Yaxşı, onda. Sabah məktəb qurtarandan sonra çıxışda görüşüb birlikdə gedərik." yazmışdı. Yalan danışdığım üçün özümü pis hiss etmişdim. Mən də özümü bu gün olanları düşünməməyə və yatmağa zorladım.

Sabahkı gün David yox idi. Niyə gəlməmişdi ki? Mən bunu fikirləşəndə Nina və Mandy yanıma gəlmişdilər. Nina birdən danışmağa başladı:

-Bu olanların hamısı çox mənasızdır. Təkrar əvvəlki kimi davransaq olmazmı?
Gülümsədim. Təəccüblənmiş, amma xoşbəxt olmuşdum.

"İkinizdən də üzür istəyirəm. Çox dəlicə hərəkətlər etdim." dedim və ikisini də qucaqladım.

Barışmışdıq. Birlikdə sinifə doğru getməyə başladıq.

Sinifə girəndə Michael ordaydı. Mənə gülümsəyib əl salladı. Mən də qarşılıq verdim. Amma David burada da yox idi.
Məktəb bitəndə Michael'la kinoya getdik. Biraz romantik, biraz da macəra tipindən olan bir film seçmişdik. Film sırasında bəzi səhnələrdə əlimi tutmuşdu. Amma qəribə olan bir şey var idi. Kinoya getdiyimizdən bəri hərkəs bizə baxırdı. Səbəbini anlaya bilməmişdim. Film bitəndən sonra bunu Michael'la dedim:

-Burada da mı populyarsan yoxsa?

Gülməyə başladı. Gülərək dedi:

-Yox, niyə dedin ki?

"İçəriyə girdiyimdən bəri hərkəs mənə baxırdı?" dedim sual verirmişəm kimi. Amma sonra təkrar gülümsəməyə başladı.

"Demək ki, gözəl bir qız görəndə belə reaksiya verirlər." dedi. Utanmışdım. Heç bir şey söyləmədim, amma məncə səbəbi bu deyildi.

Hava qaralmışdı. Michael maşınla məni evimə buraxdı. Amma hələ maşından düşməmişdim. İkimiz də maşının içində elə-belə otururduq. Sonra mənə baxdı.
"Görüşərik." dedi və dodağımdan yavaşca öpdü. Gülümsədim.

"Yenə görüşərik." dedim və maşından düşdüm. Evə girdim. Duşa girib çıxdım və yatağıma uzandım. Gözümü qırpıb olanları düşünməyə başladım. Görünənə görə Michael və mən artıq sevgili idik. İçimdə qəribə bir hiss var idi. Bu vaxt qapı döyüldü. Aşağı düşdüm. Hava qaraldığından qapının deşiyindən heç nə görünmürdü. Yüksək səslə dilləndim:

-Kimdir?

-Mənəm, Nina.

Səsi çox narahat gəlirdi. Tez qapını açdım. İçəri girdi.

"Yaxşısan? Noldu?" deyə soruşdum.
Təngənəfəs olmuşdu. Olub bitənləri danışmağa başladı:

-David bu gün məktəbə gəlmədiyi üçün ona zəng etdim. Dərsə niyə gəlmədiyini soruşacaqdım. Amma açmadı. Sonra evinə getdim. Amma evdə də yoxuydu. Mandy və James də bilmir. Bir yerə də getsə, mənə niyə xəbər eləməsin ki?! Sən onu görmüsən?

-Yox, görməmişəm.

Mən də maraqlanmağa başlamışdım. Nina'yla qonaq otağına keçərək ikili kresloda oturduq. Çox danışmırdı. Bu sırada Nina'nın telefonuna bir mesaj gəldi. Mesaj David'dən idi.

"Xəbər vermədiyim üçün qəmginəm. Bir qohumumuz qəza keçirib. İndi şəhər kənarındayam." yazırdı. Nina'nın üzünə rahatlama ifadəsi gəldi və:

"Yaxşı, canım. Səni sevirəm." yazdı.

Cavab gəldi:

"Mən də səni sevirəm."

Gülümsəyərək "Gördün mü? Narahat olunacaq bir şey yoxdur." dedim. Nina da gülümsədi. Təxminən yarım saat daha bizdə qaldıqdan sonra getmişdi.

Ertəsi gün məktəbdə David'də vardı. Amma hələ mənimlə heç danışmamışdı.
Michael sinifə gələndə yanımda oturdu və yanağımdan öpdü. Mən və Michael ortadan ən arxadakı sıranın qabağındakı partada otururduq. David və Nina'da düz bizim arxamızda idilər. Zəng çalındığında mən, Nina və Mandy çölə çıxdıq və bir skamyada oturduq. Nina qəmgin görünürdü. Mandy söhbət başlatdı:

-Nə oldu? Səni bu qədər kədərləndirən şey də nədir?

"Anlamadım." dedi, Nina.

-Yaxşı da! Dünəndən bəri qəmginsən.
Nina içində saxladığı o narahat hissini bizə danışmaq istədi:

-Şey..David çox qəribə davranır.

Söhbətə daxil oldum:

-Necə yəni qəribə davranır?

-Elə bil həmişəki kimi deyilik axır vaxtlar. Mənə çox soyuq davranır.
"Dünən sənə "səni sevirəm!" deyə mesaj atdı axı." dedim.

-Bilirəm, amma..Yolunda getməyən bir şeylər var. Hiss edə bilirəm.

Özümü yenə qəribə hiss etməyə başlamışdım, amma yenidən dilləndim:

-Neçə vaxtdı birlikdəsiniz?

-Səkkiz ay olar.

Bir-birilərini həqiqətən sevir olmalıydılar. Çünki səkkiz ay heç də az bir vaxt deyil.

Bu sırada zəng səsinin çalması ilə skamyadan qalxaraq sinifə doğru getməyə başladıq.

Evə gedən kimi duşa girdim. Su məni rahatladırdı. Duşdan çıxıb üstümü geyindim. Birdən bir səs eşitdim. Biri..Biri qapını açmağa çalışırdı. Allahım! Əlimə bir bıçaq aldım və yavaş-yavaş qapıya tərəf yaxınlaşdım.
Qapı açıldı. Qorxudan az qalsın bıçaqlayım.

Amma..

Gələn anam və atam idi. Qorxuyla bağırmağa başladım:

-Ürəyimi çıxartdınız!

Gülməyə başladılar. Atam gülə-gülə dedi:

-İşimiz tez bitdi. Biz də tez gəldik.

Anam isə lovğalanaraq dedi:

-Əlində bıçaqla elə durub üzümüzə baxacaqsan ya bizi qucaqlayacaqsan?

Bıçağı buraxdım və ikisini də sıx-sıx qucaqlamağa başladım.

Artıq ailəm geri dönmüşdü. Tək başıma deyildim...

Əsrarəngiz Şəhər (12+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin