Fəsil 3: "Məktəbin Ən Populyar Uşağı"

33 12 14
                                    

Bu gün məktəbə getmişdim. Hər şeydən sonra nədə olsa, yaram artıq yox idi. Sirli şəkildə yox olmuşdu. Ninanı gördüm. "Salam" dedi. Mən də "Salam" dedim.


Əslində Nina'yla danışmağa çox utanırdım. Çünki dünən David'lə normaldan daha yaxın idik. Amma o sadəcə məni yaxşı hiss etdirmək üçün məni qucaqlamışdı. Burda pis bir şey yoxdu ki?! Mən çox böyüdürdüm.


Birdən "David dünən sənin evinə gəlibmiş." dedi, Nina. Deməli, David bunu saxlama gərəyi görməmişdi. Allahım! Niyə gizlətsin ki?! Sanki aramızda bir şey olmuşdu da...


"Hə" dedim.


Nina sözünə davam etdi:


-Hamımız sənə görə çox narahat olduq. Hələ ilk həftədən məktəbə gəlməyəndə pis bir şey olduğunu düşündük.


Ninanın dedikləri özümü daha çox pis hiss etdirdi. Bunu ona edə bilməzdim. Bundan sonra David'ə olan hislərimə qarşı çıxacaqdım. Onsuzda ilk görüşdə olan bir məhəbbət deyildimi hiss etdiklərim?!


Evə getmək üçün yola çıxanda hava qaranlıq idi. Çünki məktəb tapşırıqlarımı etmək üçün məktəbdə qalmışdım. Qorxurdum. "Görəsən qaçaraq getsəm..." deyərkən birinin məni izlədiyini hiss etdim. Dar bir küçəyə girdim. O da arxamca gəlməyə başladı. Allahım! Həqiqətən məni təqib edirdi. Qaçmağa başladım. O da arxamdaydı.


-Hey! Mənəm. Sakit ol.


Səs tanıdıq gəlirdi.


-Monica! Dəlisən sən?! Niyə məni izləyirsən?! Ürəyimi çıxardın!


-Ee, səndəki, amma çox əyləncəli idi.


"Nə istəyirsən?" biraz daha alçaq səslə dedim.


-Şey...Başına gələnləri eşitdim də. Yaralanmağı və yaranın anidən yox olmasını. Buna gör...


-Bir dəqiqə gözlə. Sən hardan bilirsən ki?!


"David dedi. Sadəcə tezliklə sağalarsan demək istəmişdim. Gecən xeyrə!" dedi və sürətlə uzaqlaşdı. İçimdən "iyrənc oğlan" dedim. Olub-bitənləri hamıya bu cür anladırdı? Sinirlərim pozulmuşdu. Bunun yanında başqa bir şey məni daha da təəccübləndirmişdi. Monica niyə anidən bu qədər yaxşı biri olmuşdu ki? Başım qarışmışdı. İti addımlarla evə getməyə davam etdim. Artıq bayırda qalmaq istəmirdim.


Sonrakı gün David'lə danışmamağa qərar vermişdim. Həm Nina'ya qarşı özümü pis hiss etdirdiyindən həmdə yara mövzusunu Monica'ya söylədiyindən.


Yeməkxanada tək başıma otururdum. Nina və Mandy hələ gəlməmişdilər. Elə bu vaxt bir səs eşitdim:


-Otura bilərəm?


Başımı qaldırdığımda qəhvəyi, yumşaq və dik saçları və fındıq kimi gözləri olan birini gördüm.


-Hə...Əl..Əlbəttə! Sizi mən tanıyıram?


Qəhqəhə atdı.


-Rəsmi danışmağa gərək yoxdu. Mən Michael. Michael Brown. Eyni sinifdəyik.


Gülümsədim. O da gülümsədi və oturdu.


-Sən şəhərə yeni gəldin, hə?


-Hə, artıq beş gün olur.


"Çox gözəlsən." dedi anidən. Bu kompliment də nə idi ki indi?


"Təşəkkür edirəm." dedim biraz utanaraq. Bu sırada zəng çalındı. Mənə baxıb dedi:


-Sinifə gedək.


Və birlikdə sinifə girdik. Hərkəs bizə baxırdı. David'də orda idi. Ortadan ən arxadakı sıraya keçdim.


"Səninlə oturmağımda bir problem varmı?" dedi. Güldüm və sağa tərəf biraz yaylandım. Yanımda oturdu. Nina və Mandy də mənə baxırdı. Niyə hərkəs mənə baxırdı ki? Sinifə riyaziyyat müəllimimiz Mr.Smith girdi. Bütün sinif ancaq o zaman bizə baxmağı kəsdi. Sinir olmuşdum. Nə var idi ki, birlikdə otururduqsa?!


Michael dərs sırasında arada bir mənə baxırdı. Bunu hiss edə bilirdim. Amma hər hansı bir reaksiya vermədim.


Zəng vurulanda çölə çıxaraq skamyaların yanına, Nina və Mandy'nin yanına getdim. David və James də orda idi.


"O sinifdəki elədikləriniz də nə idi?!" dedim sinirlə. Dördü də heyrətlə mənə baxdı. Mandy maraqlı baxışlarla:


-Nə demək istəyirsən?


-Niyə Michael ilə sinifə girdiyimizdə hərkəs bizə baxırdı? Qəribə olan nə idi ki?


James mənim sinirli olduğumu görüb danışmaq istədi:


-Michael məktəbin ən populyar uşağıdır. Bütün qızlar onun ətrafındadı, amma heç kimə pas vermir. Şübhəsiz ki, səninlə sinifə girəndə də hərkəs təəccübləndi.


Şok olmuşdum və anidən xoşbəxt olmuşdum. Deməli, tək pas verdiyi qız mən idim. Michael həqiqətən yaraşıqlı idi və çox yaxşı birisinə bənzəyirdi. David'lə birlikdə ola bilməzdim. Üstəlik Monica hadisəsinə görə ona çox sinirli idim. Michael da çox xoş birisiydi. Ən azından o cür görünürdü. Elə bu vaxt David danışmağa başladı:


-Məncə, onunla birlikdə olmamalısan.


Hərkəs təəccüblü nəzərlərlə ona baxdı.


Soyuq münasibətlə "Niyə?" dedim.


-Sadəcə olmamalısan da.


Bu sırada Michael bizim yanımıza gəldi. Gülümsəyərək:


-Xoş gördük.


"Xoş gördük biz də." deyə qarşılıq verdim. O zaman fərqinə varmışdım ki, çöldə də hamı ona baxırdı. Amma o bunu çoxda dərd etmirdi. Mənə baxdı və dedi:


-Biraz gəzmək istəyirsən?


Mandy və Nina qaş-göz hərəkətləri edərək "Yenə yaxşısan." deyirdilər. Gülümsədim və "Olar." dedim. Gəzməyə başladıq. Danışmağa başladı:


-Məni səhv anlamağını istəmirəm. Mən heç vaxt zahiri görünüşə baxıb qərar verənlərdən olmadım, lakin sən mənə həqiqətən çox təsir edirsən. Daha öncə heç bu cür olmamışdım. Mənə bu qədər təsir edən qızı öyrənmək çox istədim.


Sevgili olaq demirdi, daha çox vaxt keçirək deyirdi. Məni tanımaq istəyirdi. Nə deyəcəyimi bilmədim. Gülümsədim. Ən sonunda "Yaxşı, olar." dedim. Gülümsədi. Zəng vurulan kimi mənə baxdı və "İçəri keçək." dedi. Biz də sinifə getdik.


Məktəb bitmişdi. Hava biraz qaranlıq idi, çünki bu gün əlavə dərslər var idi. Elə bizimkilərin yanına getmişdim ki, Michael gəldi və dedi:


-Sənin üçün də problem deyilsə, evə birlikdə gedək?


Digərlərini hələ görməmişdim ki, Mandy üstümə hoppandı.


-Təbii ki, siz birlikdə gedin. Onsuz biz başqa yerə gedəcəkdik.


Michael gülümsədi və digərləri bilərəkdən başqa yolla getdilər. Amma David başqa cür davranır kimiydi. Qəribə idi.


Evə çatanda nə deyəcəyimi və ya necə sağollaşacağımı bilməmişdim. Michael gülümsəyəndə mən də gülümsəyirdim. Mehribanlıq olsun deyə onu evə çağırmalı idim? Ağlımdakı hələ də cavabını tapa bilmədiyim sualları kənara qoyub cəsarətimi yığıb soruşdum:


-İçəri gəlmək istəyirsən?


-Ailən rahatsız olarlar?


-Evdə yoxdurlar.


"Ee. Yaxşı onda. Biraz dayana bilərəm." dedi və içəri girdi.


Michael'i evimə almışdım...


Əsrarəngiz Şəhər (12+)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin