Sabah səhər evdən gələn gözəl yeməyin qoxusuna yuxudan oyandım. Qəribə idi ki, otaq yoldaşlarım bu qədər gözəl yemək bişirə bilmirdilər. Böyük ehtimal yemək sifariş vermişdilər deyə düşündüm. Gözlərimi açdıqda evdə olduğumu gördüm. Öz evimdə, ailəmlə yaşadığım evdə. Paxmel halımla yatağımdan yavaşca qalxmağa başladım. Əlim siqaret axtarırdı. Birdən evdə olduğum ağlıma gəldi. Nə siqareti?! Öldürərdilər məni. Hələ də şokda idim. Bu yuxu ola bilməzdi, həddindən artıq real idi hərşey. Üstümü geyinib qapıya doğru irəlilədim. Kompüterimin yanında duran köhnə, buruşmuş kağıza ilişdi gözüm: "saat 11-də Riyaziyyat, saat 5-də Kimya". Bu gerçək ola bilməzdi. Kimya məşğələsinə 11-ci sinifdə gedirdim axı. Bundan daha önəmli olan mən necə burda idim? Kim gətirmişdi məni?
Mətbəxə doğru gedəndə anamın səhər yeməyi hazırlayıb, servis ettiyini gördüm. Duruxdum biraz. Anam daha cavan görünürdü. Üzündəki qırışlar azalmışdı elə bil.
- Estetik etdirmisən mama? Gözəlləşmisən - Deyərək yanına getdim.
Gülümsəyərək "sabahın xeyir gözəl oğlum. Otur yemək ye" - dedi.
- Kim gətirib məni bura?
- Kim nəyi gətirib? Özün gəldin də.
- Məni kirayə qaldığım evdən kim gətirdi bura? Axşam orda yatdım axı. Necə xəbərsiz gətirmisiz? Çox içmişdim, bəlkədə hiss etməmişəm. Hə?!
- Ayrıca evdə? İçmək? Deyəsən başın itib a sənin - gülərək - "tez yeməyini ye, sonra cavablara bax gör qəbul olmusan?"
- Ana məzələnirsən? Universitetə üç ildi qəbul olmuşam. Dərsə getməli idim. Niyə gətirmisiz məni bura? Dərsim vardı axı!
- Hələ univeristet qəbul imtahanının cavabları bugün çıxacaq ay bala. İnşallah qəbul olarsan. Səndə ağ günə çıx oğlum.
Sakitcə oturdum. Fikirləşirdim ancaq. Ya bunlar çox gerçəkçi bir yuxudu yada ki, ölmüşəm. Başqa açıqlaması ola bilməz. Ağlıma tez telefondan tarixə baxmaq gəldi. Otağıma qaçıb telefonumu götürdüm. Köhnə telefonum? Bunu qırmışdım axı. İşləmirdi, oyunlarda donurdu deyə yenisi aldım universitetə qəbul olanda. Nəysə əsas telefon deyil. Təqvimə baxanda "12.08.2022" gördüm. 2022? Mən 2021-ci ildə 11-ci sinifi bitirmişdim axı. 2022 də I kurs idim universitetdə. Bunda bir iş var. Anamın yanına qaçaraq "ana, neçənci ildə doğulmuşam mən?" - dedim. Gülüb "hələ öz doğum tarixin bilmir, universitetə qəbul olmaq istəyir, buna bax. 2004 də doğulmusan sən. Otur yeməyini ye" - dedi. 2004. 2003 də doğulmuşdum axı mən. Bir il. Bir il geri qayıtmışam. Daha doğrusu bir il gecikib, üç il qayıtmışam. Bu nədi axıııı?! Ola bilməz. Onda mənim tanıyıb, bildiyim hərkəs məni tanımır? Yaşıdlarımdan, qrup yoldaşlarımdan, Nərminimmmm! Nərmindən bir yaş kiçiyəm. Bu o deməkdi ki, o atrıq universitetə qəbul olub. Həmdə I kursu bitirib. Əlaqə saxlamalı idim onla. Nömrəsini əzbərə bilmirəm axıı. Əzbərim yoxdu heç. Amma otağ yoldaşım Ramal özünə yeni nömrə alanda birlikdə almışdıq. Onu bilirəm sadəcə. Ramalın nömrəsinə zəng vurdum.
- Alo?
- Salam qardaşım, necəsən. Mahirdi danışan.
- Mahir? Tanımadım e.
- Ramal deyil adın?
- Hə, Ramaldı.
- I kursu bitirmisən sən? Riyaziyyat müəllimliyi ixtisası oxuyursan hə?
- Hə e kim idi?
- Nərmin adında qız var sizin qrupda?
- Hə. Nərmin verib nömrəmi?
- Yox, yığacam sənə yaxınlarda. Sənlə danışdığımı heçkimə demə. Yığacam.
- Oldu, gözləyirəm. Maraqlı gəldin. Görüm kimsən?
- Oldu.
Ramal tanımadı məni. Nərmini bilir amma. Deməli doğru düşünmüşəm. Nərmin II kursa keçir artıq. Yaşıdlarımdan bir yaş kiçildim. Necə oldu axı bu? Mümkün ola bilməz axı. Axırıncı dəfə evimdə yatdım. Biraz piyan ola bilərdim amma... Ay. Ay parıldamışdı. Kor kimi olmuşdum. Heçnə görmədim. Silindim? Həyatdan silindim onda mən? Bir il geri çəkildim. Saat kimi. Necə? Axı necə olur bu?!
Anam da kənardan diqqətlə mənə qulaq asırmış. "Nərmin kimdi bala? Danış görək" deyərək yanıma gəldi. "Danışaram ana, amma..." - telefona gələn mesajla diqqətim yayındı. "Siz, Mahir Quliyev, 10200322 saylı ixtisasa qəbul olmusunuz. İxtisasınızı öyrənmək üçün 10200322 kodunu bizə göndərin". Kodu göndərdikdə öncədən oxuduğum ixtisasla eyni olduğunu gördüm. Həm sevinc həm kədər içində anama baxdım. Sevcindən göylərə uçurdu. Bu mənzərəni ikinci dəfə görmək sevindirdi məni. Boynuma sarılaraq "yaraşıqlı oğlum. Hamısı əziyyətinin qarşılığıdır. Atana zəng eliyim deyim tez. Gözlə sən!" - deyərək yan otaqdan telefonunu götürməyə getdi. Şok içində pəncərədən çölə baxırdım. Ay... Gündüz vaxtı görünürdü. Məndən qaçırmışcasına buludların arasında gizlənirdi.
"Hamısı sənin işindi hə?! Həyatımı məhv ettin mənim. Amma yox. Əl çəkən deyiləm. Qaytaracam Nərmini özümə. İzlə sadəcə".
ŞİMDİ OKUDUĞUN
Arzu
FantasiTam qurğu olan ilk hekayəmdir. Ona görə ilk bölümləri cəlbedici olmaya bilər. Amma davamı maraqlıdır. Hekayəsi gözəldir məncə. "Həyatını həsr etdiyi qızı geri qazanmağa çalışan Mahirin qeyri adi hekayəsi"