2

31 6 25
                                    

Hava yavaş yavaş qaralırdı. Jisung küçəni dönüb dostlarının olduğu tinə tərəf sürətlə getdi. Hamı əynin dəyişmiş,zövqlə geyinmişdi. Jisung isə həmişə ki kimi öz ağ köynəyi və qara şortikindən əl çəkməmişdi.

Jisungu təəccübləndirən Felix olmuşdu,çünki Felix onunla evə gəlməmişdi. Hardan paltar tapmışdı? Jisung həmişəki Felix deyib vecə almadı və bir küncdə dayandı.

"Davay gedax mıxlamağa" səssizliyi Wooyoung pozdu və ən öndə getməyə başladı. San arxasınca gülüb yanına qaçdı və bu dədə ikisi birlikdə ən öndə getməyə başladı.

Yeji başını bulayıb yeridi. Onun arxasınca da hamı Wooyoungun söylədiyi cluba doğru getməyə başladı.

"Heç ürəyim rahat deyildə o küçəyə giririk deyə. Nə narkaman nə gay varsa o küçədədi" Jisung narahatlığını gizlətmədi

"Oranı dəyişiblər. Club zad ediblər çoxunluq yeri küçəyə tökülüşmürlər. Sakitçilik olur yəni"

"Yenə rahat deyiləm də Lix. İndi gaylərdən hərəsi bir söz deyəcək"

"Nə qədər qəbul etməsndə sən də gaysən Jisung"

"Deyiləm Lix"

"Eləsən Jisung aşırı bilinir" Ryujin söhbətə qoşuldu

"Dedim deyiləm fsyoda" Jisung addımlarını sürətləndirib hamıdan öndə getməyə başladı

Jisung əslində özüdə öz cinsinə qarşı hissləri olduğunu bilirdi. Böyüdüyü basqıcı ailəyə görə bunu özünə qəbul elətdirə bilmirdi. Məhz buna görə neçə ildir bir "flört"ü belə olmamışdı.

Sözü gedən küçəyə çatanda Jisung təəccübləndi. Həqiqətən səssizlik idi. Bu onu biraz rahatlatdı. Ətrafa göz gəzdirirdi ki,dostları gəlib çıxdı. Həmin məkana doğru getməyə başladılar.

Lix ayaq saxladı və dayanıb ətrafa baxan Jisunga yaxınlaşdı "Jisung bir dənə ordakı cluba bax" əli ilə sağ tərəfdəki clubı göstərdi. "Ordakı işarə nəsə tanış gəlir"

Jisung clubın adının yazıldığı yerin yanındakı işarəyə baxdı. Gözləri böyüdü. Bu işarə hər gün kompüterdə baxdığı qatilin əlindəki işarə ilə eyni idi. Hər xətti nə kimi. "Lix,özm ölm tapdıq" Felix anlamaz gözlərlə baxdı. "Eyni işarədi. Qatilin əlindəki işarə ilə eynidi"

Felix Jisunga göstərdiyi üçün peşman olmuşdu. "Jisung, indi getməyək ora sabah gələrik. Xaiş edirəm mənim xətrim üçün"

Jisung istəməsədə başı ilə təsdiqlədi. Lix onun üçün dəyərli biri idi. Ora baxa baxa digər cluba girdi.

İçəri Jisungun gözlədiyi kimi deyildi. Sakitçilik idi. Sərxoş olub ora buranı dağıdan yox idi. Bu Jisung üçün ən yaxşı şərait idi.

Hərə  ağır alkoqollar içir bir növ sərxoş olmağa çalışırdı. Jisung isə əlində birası ətrafa baxır,ipucu axtarırdı.

San "İlk dəfə Wooyoung tapan yer yaxşıdı fərqindəsiz?"

"Puah mən tapan yerlər havaxt pis olub ki?"

"Axrıncı getdiyimiz yerdə biri təpəsinə aftafa keçirmişdi" Ryujin güldü

"Və avtovağzalda idi" Yeji əlavə etdi

Murder On The Dancefloor Hikayelerin yaşadığı yer. Şimdi keşfedin