Ficdə sözü gedən mahnı (Soojin sağolsun) ^ ^ ^ ^ ^
| | | | |Jisung xəstəxana otağında oturmuş ayağını əsdirir,bir yandan da axşamı düşünürdü. Ora necə girəcəyini,qatili necə axtaracağını. Suallar başını ağrıdırdı. Bir neçə dəqiqə sonra içəri girən tibb bacısı Jeonginin evə gedə biləcəyini bildirmişdi.
"Jisung,paltarım qanlıdıye geyinmək istəmirəm"
"Gözlə Lixə yazım gətirsin"
Jisung ×Lix
Jis:
Aə
Göt
Ordan Jeonginin paltarlarından
köynək zad gətirdə
Qanlıdı paltarları
Ha bidə
Orda "sən kimsən"yazan kağız
var
Onuda gətir
Reaksiya verdi"👍"
Sözlə cavab versən götün ağradarJisung Jeonginin yanına oturub yanağına birazda yaxından baxdı. Əlinə bir nəm əski götürüb ehmalca sildi. Jeonginin qorxduğu ortada idi. Qatilin üstündə buraxdığı təsir hiss olunurdu.
"Jeong,belə üzünü zadını görmədin ucundan?"
"Yox heç nə görmədim. Gözləri görünürdü bir tək. Tünd qəhvəyi gözləri var idi. Öldürəcəkmiş kimi baxırdı."
"Əllərini gördün?"
"Əlcək var idi" Jeongin başını qaldırıb Jisunga baxdı "Qorxuram. Olar evdə tək qalmayım?"
"Başa düşürəm. Şey edək sən bizimlə ofisə gəl bu gün. 1 2 gün orda qalarsan. Qorxun keçənə kimi"
Jeongin ağlayacaqmış kimi baxırdı.
"Qorxmada Jeong. Axrıncı dəfə idi birdə olan deyil. A biraz mujik olda"Jeongin güldü. "Onda bu gün ofisdə qalım,sabah gedərəm."
"Ba belə"
Aradan biraz vaxt keçmişdi ki,otağa Felix girdi. Jeonginə paltarlarını verdi. Jeongin ayaqyoluna gedəndə kağızı çıxarıb Jisunga verdi. Yazı səliqəli idi. Yazıdan başqa heç nə yox idi. Kağızı qatlayıb cibinə qoydu."Lix,Jeongin bizimlə ofisdə qalacaq bu gün. Hazır sən növbədəsən qalda onunla bir yerdə"
"Tək gedəssən bara?"
"Məcbur"
Felix bir şey demədi. Bu vaxt Jeongin ayaq yolundan çıxdı. Xəstəxanadan çıxıb ofisə doğru getməyə başladılar. Yolda Felix Jeongin ilə danışır tanışlıq qururdu. Jisung isə axşam gedəcəyi yerdən ötürü narahat idi.
Birazdan ofisdə idilər. Jisung bütün gecəni oyaq keçirtdiyi üçün başını stola qoyub yatmışdı. Felix Yejiyə məsələni izah edib Jisungun rahat yata bilməsini bacarmışdı. Təbii ağlına Chan gəlməmişdi. Chan baş polis idi. Əslinə qalsa Jisungu çoxdan qovmuşdu amma ondakı bacarığı,inadkarlığı hiss etmiş hər dəfə bağışlamışdı. Chan otağa girib hamının bir şey ilə məşğul olduğunu Jisungun isə yatdığını görüb əsəbiləşdi.
"Yenə harda sülənib bu gəlib burda yatır. Avara olub gedibdə təmiz. Oyadın görüm onu"
ŞİMDİ OKUDUĞUN
Murder On The Dancefloor
FanficPolis olan Han Jisung neçə ildir axtardığı qatilin pub-da olduğunu öyrənir.