1 2 saatlıq yuxu və bir neçə kofenin təsiri altında Jisung ayıq qalmağa çalışırdı. Artıq qatilə 1 addım da yaxınlaşdığı üçün işini önəməsəməyə,və daha çox işləmək qərarını almışdı. İçəri işə təzə gələn hamı Jisungu görüb təəccüblənirdi. Jisungu iş vaxtında orda görmək hamı üçün yenilik idi.
"Ölmədim bu günüdə gördüm şükür ay Allah"
"Bundan sonra belədi Yeji"
"Hərrrii pulsuzluqdan siki tutdum demir" Wooyoung Jisungun başına vurub yanına oturdu. Jisung əlindəki qələmi Wooyounga atıb itələdi
"Oğraş yıxılırdım. Birdən götümə nəsə olsaydı ha?"
"Daş kimidi heç nə olmaz"
"Sən 2 dəqiqə mumla sana yağı"
Gülüşmələrin ortasında qapı açıldı və içəri əllərində paket ilə Changbin və Chan girdi. Hər səhər Changbin və Chan səhər yemək üçün nəsə gətirdiklərini Jisung indi öyrəndi.
"Booy göydən daş yağacaq,Jisung işdədi"
Changbin paketdəkiləri boşaldarkən təəccübünü gizlətmədi. Chanda Jisungu burda görmüşdü ki,qürurlu bir ata kimi Jisunga baxdı. "Ba belə Jisung afərin. Nəysə oturun sizin üçün gəşəng yağlıçörək almışıq""Eeee mən diyetadayam axı"
"Bir dəfə ilə heç nə olmaz Ryu ye"
Ryujinin bu təsdiq sanki ürəyimdən oldu və ən iştahla o yeməyə başladı. Jisung biraz boşqaba ayırıb ayağa durdu. "Bunu içəri aparım Jeongin yesin"
"Bura niyə gəlmir?"
"Utancaqdı biraz. Çox adam olanda otura bilmir"
Jisung boşqabı götürüb içəri keçdi. Yeməyi Jeonginə verib geri qayıtdı. Jisungun getməsindən istifadə edən Changbin durub Jisungun yerinə,Felixin yanına oturmuşdu.
Hər nə qədər işləri ciddi olsa da səhərlər səmimiliklərini qoruyurdular. Nə də olsa 5 ildən çox idi bir yerdə işləyirdilər. Bir birlərinin ən yaxın dostları idilər.
Yeməyin ortasında yenə Wooyoungun başını bağlamaq söhbəti açılmışdı. Yeji həmişəki kimi Wooyounga sataşmadan durmurdu. "Ay atam bax nə gözəl səni sayır edir nolar hə desən bu uşağa"
Jisung Felixin qulağına əyildi. "Kimi deyirlər?" "Təzə polis gəlib. Gələndən Wooyounga padxod edir. Biraz cılız bir şeydi"
Wooyoung ayağa qalxıb ağzındakını uddu. "Yeji xanım mən 700 qramlıq kişi istəmirəm Boy buxun vid istəyirəm Şah boyda kişi yerə ayağını vuranda yer tərpənsin 45 razmel ayaqqabısı olsun AY BALA sərçə gücü istəmirəm nəhəng NƏHƏNG kişi istəyirəm"
"Bir nəfəsə danışdıye zalım balası" Chan güldü
"Eynən məni istəyirsən ki" Changbin sinəsini qabartdı
"Sən qısasan"
"Puah minnətin olsun ala. Mən onsuz sənin kimi birinə baxmaram. Mənim baxdığım var" deyib gözucu Felixə baxdı. Felix bunu görmədi ya da görmək istəmədi. Jisung və Chan başa düşüb altda altdan bir birlərinə baxıb dodaqaltı güldülər.
ŞİMDİ OKUDUĞUN
Murder On The Dancefloor
Fiksi PenggemarPolis olan Han Jisung neçə ildir axtardığı qatilin pub-da olduğunu öyrənir.