Titrəyirdi. Yatağın üstündə dəsmala bürünmüş halda oturmuşdu. Təşvişlə paltar gətirən Lixin söylədiklərini eşitməkdə güclük çəkirdi.
Jisung Felix gələnə kimi duşun altında qalmışdı. Felix içəri girib onu o halda görüb yarğılamayacaq tək insan idi.
Jisungu geyindirib yerinə uzatdı."Jis,özünü belə hiss etməyə ehtiyac yoxdu"
"Lix tək qalmaq istəyirəm"
"Pox yeyirsən mənə bax rahatlamağa ehtiyacın var idi zatən"
"Tanımadığım biri ilə"
"Pay dədöynən sənin ha bir gecəlik özünü rahatlatdın i fiso da"
Felix Jisungun üzünə düşən saçlarını qırağa çəkib yavaş yavaş sığallamağa başladı"Jis bu gün sabah 25 yaşın olacaq və sən bu vaxta kimi heç 31 də çəkməmisən. Sənin də rahatlamağa ehtiyacın var idi şəbzül özünü pis hiss etmə. Mənə bax Hyunjinlə ilk gecədən ilan deşil oynadım heç vecimədi? Həm sizin bu rəqqasla aranızda çəkim var idi. Yaxşı olub rahatlamısan"
Jisung Felix danışdıqca həqiqətən nəyə pis olduğunu anlamağa çalışırdı. Bir tərəfi Felix deyən kimi rahatlamışdı. Digər tərəfi isə nəyinsə narahatlığını çəkirdi. Bu narahatlığı öldürəcəyinə inandı Jisung və Felixə gülümsədi.
"Bir iki gün ora getməyəcəm. Özümlə üzləşmək istəyirəm"
"Getmə sənə get deyən var? Hətta 2 3 gün işə də gəlmə mən deyərəm ki xəstədi"
"Birdənəsəne Lix"
"Hə billəm. Nəysə mən çıxıram yatacam səndə yat biraz"
Jisung başı ilə təsdiqlədi. Gözlərini pəncərədən çölə zillədi. Bir az yaxşı hiss etməyə çalışdı. Rəqqasın üz cizgilərini xatırlamağa çalışırdı amma bacarmırdı. Sadəcə bu rəqqasın Jisungun üstündə buraxdığı təsir çox güclü idi.
"Mənim balaca polisim hardadı? Bu qədərmi tez unutdu məni? Yox yox o məni sevir təkrar gələcək"
Bir iki gün keçmişdi. Jisung bir az özünü toplamaq üçün nə bara nə də işə getmişdi. Uzun gəzintilərə çıxır, yaralarının sağalması üçün bol bol istirahət edirdi.
"Jeong, o şarları o tərfdə köpürt,Seung səndə o zibilləri düz asda tərs asmısan"
Felixin ad günü idi. Jisung ona sürpriz bir ad günü keçirtmək istəyirdi. Əslində Felix Jisunga harasa çıxıb ad gününü ikisinin keçirməsini söyləmişdi. Jisung bunu Felixin Jisung özünü yaxşı hiss etsin deyə dediyini bilirdi. Felix çox adam olan partiləri sevirdi. Ona görə də Jisung Felixdən gizlin hamını evə çağırmışdı.
Bir az keçəndən sonra iş yoldaşları yavaş yavaş gəlməyə başladılar. Yeji və Ryujin tortu gətirmişdilər,San və Wooyoung isə karaoke üçün lazımi əşyaları gətirmişdilər. Ətrafı bir az da toparlayıb işıqları söndürdülər. Hərəsi bir şeyin arxasına gizlənib Felixi gözləməyə başladılar.
"Harda qaldıye bu əyilməkdən belimin kampotu çıxdı"
"Sus Woo harda olsa gələcək"
Bir neçə dəqiqənin ardından qapının kilid səsi gəldi. Felix zala addımını atmışdı ki konfetiləri partlatdılar və hamı bir ağızdan ad günün mübarək mahnısını oxumağa başladı. Jisung tortu gətirdi
"Dilək tut sonra üfür"
ŞİMDİ OKUDUĞUN
Murder On The Dancefloor
FanfictionPolis olan Han Jisung neçə ildir axtardığı qatilin pub-da olduğunu öyrənir.