• Proloq •

781 58 26
                                    

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


Biri yox idi, biri var idi. O yox olmuşdu, amma mən var idim. O, şeytan üzlü bir mələk idi. O, mənim tam əksim idi. O, Sara idi. Mənim ən yaxın rəfiqəm, həyatımın mənası, sevinci idi. Hər kəsdən güclü, hər kəsdən ağıllı, hər kəsdən daha heyrətamiz. Siqaret iyinə vurğun, kitablara aşiq idi. Göylərə məhəbbəti böyük idi, çünki O, bir ulduz idi. Yerdəki ulduzlardan. Sara ölənə - göydəki ulduzların yanına sığınana qədər bu barədə nə mən bilirdim, nə də O. Mən bunu dərk edəndə isə artıq çox gec idi. Özümü anlamadığım halda məni anlayan yeganə insan mənim dünyamı tərk etmişdi, bir dəfəlik və heç qayıtmamaq şərti ilə. O zaman həyatın mənə necə böyük zərbə vurduğunu, ümidimin, dayağımın böyük sürətlə qurumuş ağac budağı kimi qırılıb yerə düşdüyünü izlədim, öz səhvimə özüm şahid oldum, çünki həyatımın mənasını elə mən məhv etmiş və dünyamda inanılmaz böyüklükdə fırtınanın hökm sürməsinə icazə vermişdim....

Mənə kömək lazım idi. Ölmək və onun yanına qovuşmaq üçün kömək. Biri yox idi, biri var idi. O yox idi, amma mənim yanımda idi. Mənə kömək üçün gəlmişdi, amma öldürmək üçün deyil, yaşatmaq üçün. O, mənə bu zalım, itib - batdığım həyatda necə sağ qalmağı öyrətdi. Artıq ölmüş insan mənə yaşamaq barədə dərs keçirdi. Qəribədir, elə deyil?! Axı o kimdir?! O, bir ruhdur, ya mələk üzlü şeytan?! O, keçmiş səhvlərimin və gələcək "mən" in təcəssümü idi, bəlkə də...

Yerdəki UlduzlarOnde histórias criam vida. Descubra agora