Özümdən üzr istəyirəm. Yaşadığım vaxta qədər həmişə mərhəmətin arxasında yeridim, gözlədiklərimi arxa da qoydum. Kimsədən bir şey gözləmədim.
Yaşadıqlarımı, yaşaya bilmədiklədimi içimdə saxladım. Susdum, bastırdım. Olsun dedim, insanlıq məndə qalsın. Mən ən yaxşısını yaşadım ki, istəməyə üzüm olsun dedim.
Verdim, həmişə verdim. Qarşılığını alıb almadığıma baxmadan. Əslində güclü olmaq deyildi istədiyim amma məcburdum və buraxıldım. Özümü hər zaman geciktirdim, sonraya qoydum. Kimsənin məni anlamadığını bildiyim də belə həyatıma girənləri mənə verilmiş bir vəzifə olaraq gördüm. Hər kəsi xoşbəxt etməliyəm sandım. Mənim də xoşbəxt olmam gərəkdiyini unutmuşam məgər.
Vəzifəm nəysə ən yaxşısını etməliydim ki, vicdanım rahat etsin. Birilərinin də mənə qarşı bir vəzifəsi olduğunu heçə saymışam... Nə yazıq ki...
Məni üzmələrinə baxmadan, qarşılığında nə aldığıma və nə hiss etdiyimə əhəmiyyət vermədən həmişə verdim. Özümü necə də unutmuşam... Unutdurmuşlar əslində.
Özümə haqsızlıq etdim, kimsəyə etmədiyim qədər. Hər kəsi dinlədim, özümü dinləmədiyim qədər.
Kimsə mənə görə üzülməsin deyə, heç bir şeyin səbəbi mən olmayayım deyə xoşbəxtlik oyunlarını oynadım. Yetmədi, yeni oyunlar tapdım. Amma bir gün bir baxdım ki, paramparça olmuşam. Tutunacaq heç bir duyğu buraxmamışam, özümü təsəlli edəcək heçnə yox imiş həyatımda.
Özümü axtarmağa çıxtığımda yorğun, bitkin, bir küncdə gizlənən balaca, ağlayan qız uşağı kimi tapdım. Və mən ona əlimi uzatdım. Deyə biləcəyim tək şey "Keçdi... Artıq bizi heç kəs incidə bilməyəcək."
İndi isə səndən məni bağışlamağını istəyirəm. Sənə bunları yaşatdırdığım üçün, səni üzmələrinə göz yumduğum üçün, səni heç vaxt dinləmədiyim üçün, üzərinə bu qədər məsuliyyəti yüklədiyim üçün, haqqın olan duyğuları sənə yaşatmadığım üçün...
***
☆→★
ŞİMDİ OKUDUĞUN
Xəyali Dostlar Cəmiyyəti
Short StoryXəyal Dostlar Cəmiyyəti'ndən qısa və qarışıq yazılar toplusu