8 - Sənsiz

146 27 1
                                    

***

Bir anda həyatıma girdin. Amma bu sənə bəs etmədi. Ürəyimin dərinliklərinə kəşfə çıxdın.
Söz verdin, heç vaxt həyatından çıxmaram deyə. Sözünü tutursan. Lakin səninlə deyiləm ki, sənin həyatında deyiləm ki. Nə sən mənim yanımdasan, nə də mən.
Birlikdə olmadan da davam edərmi bu? Bunun cavabını bilmirəm. Amma sənsiz bir həyatı da, səni düşünmədən keçirdiyim zamanı da fikirləşə bilmirəm. Bu mümkünmü səncə?
Səni görmədən də səni sevə bilərəmmi? Qoxunu unudub hər dəfəsində üzünü xatırlamağa çalışaraq yuxuya gedə bilərəmmi? Səni ürəyimdə yaşadıb sevə bilərəmmi?

***

Xəyali Dostlar CəmiyyətiHikayelerin yaşadığı yer. Şimdi keşfedin