Əsmər İsmayılova
(esse)Qəmlər evi...
İztirab çəkən ruhların kinli pıçıltıları eşidilir bu soyuq, qaranlıq evdən. Nəmli və çürümüş taxtadan olan pilləkənlər öz-özünə belə cırıldayırdı. Sanki gözə görünməz varlıqlar gəzişirdi üzərində.Darmadağın olmuş bu evin tavanından yerə su damcıllayırdı hər saniyədən bir. Divarların küncü artıq hörümçəklərə aid idi. Sökülüb dağılmağa hazır olan yorğun, bitkin və bir o qədər də qoca olan divarlara qorxunc rəsimlər çəkilmişdi. Ən son qara boyayla çəkilən göz rəsmi ağlayırdı. Ev sanki qəm yükündən çökmüş, yerlə yeksan olmuşdu.
Bu həyatdan ürkmüş bir qızcığaz var orada. Heybətli səssizlik içində ömür sürən bu qız, hədəfsiz qorxuların sahibiydi. Qan ağlayan gözləri puç olmuş ümüdlərinə qarşı kəskin fəryad içindəydi. Daxili aləmində yaşadığı kədər onu ağladır, sızladır, dərd içində boğurdu. Və qaranlıq bu qara saçlı qızın qarşısında diz çökmüş, öz ecazkarlığını gümüş qabla təqdim edirdi.
Lənətli bir gözəllik...
O qızın yaralı gözləri, susuz qalmış dodaqları, küləyin dalğasıyla sevişən saçları, kitab arasındakı qurumuş gül kimi cansız, ölümü xatırladan lakin, ölümü belə sevdirən qoxusu insanı məst edirdi. Hüznün əbədiyyət qılıncı ilə yaraladığı bu qız, qəmlər evi deyə adlandırılmış mahsəndə əsir olaraq yaşayacaqdı.
ŞİMDİ OKUDUĞUN
Xəyali Dostlar Cəmiyyəti
Historia CortaXəyal Dostlar Cəmiyyəti'ndən qısa və qarışıq yazılar toplusu