Qış səhəri...Bir-birindən xəbərsiz iki insan...Bəlkə də nə vaxtsa qarşılaşacaqlar,amma nə vaxt? Onu heç özləri də bilmir...Nə zamansa görüşüb,nə zamansa sevəcəklər bir-birilərini...nə zamansa aşiq olacaqlar..
Güzgünün önündə saçlarını darayan xanım,eyni zamanda gözəl kostyumun düymələrini bağlayan bəy əfəndi...Bu gün onlar bu böyük dünyada qarşı-qarşıya gələcəklər.Bu gün onlar tanış olacaqlar.
Saat 1-ə qalır,ikisi də evlərini tərk etdi. Dostları ilə görüşüb,Bakını gəzəcəkdilər.Bəy əfəndi axı təzə gəlmişdi,Bakıya.Xaricdə təhsil almış,vətəninə qayıtmışdır...
Xanım isə sonuncu dəfə gəzəcəkdi,Bakını. Bu gün o vidalaşacaqdı,hər kəslə,eləcə də Bakı ilə...Çətin olacaqdı,amma gedəcəkdi,xatirələri bərbad olan şəhərdən...O,həyatının ən gözəl çağlarını-gənclik illərini bərbad edən şəhəri tərk edəcəkdi...Həyatının ən böyük səhvini etmişdi,bu şəhərdə...
Günahlar və edilən səhvlər unudulmur.İnsan nə etsə də silə bilməz,onları. Səhvlər sayəsində tutunarsan,həyata. Onlar yaşamaq üçün yeni şeylər öyrədər.Öyrədər,həyata bağlayar,yaşamaq ümidini artırar...
Bəlkə də bu həyatda ən böyük səhv birisinə güvənmək idi. Sənin "bunu etməz" dediyin insan,gün gələr elə bir hərəkət edər ki,güvəncin yerlə bir olar. Elə bir hərəkət edər ki,heç kimə güvənə bilməzsən. Güvən hissin onunla bir gedər...
Artıq o səhvdən neçə vaxt keçmişdi...Hər şeyi arxada qoyub,yeni həyata addımlamaq o qədər də asan deyil...
Fikirləşin,20 il böyüdüyün yeri tərk etmək,ailəni,dostlarını qoyub getmək asandırmı? Əlbəttə ki,yox...
Burada qalması üçün ona bir möcüzə lazım idi. Bir işıq,bir qığılcım. Onu burada saxlaya biləcək, bir qüvvə. Bir güc...Qarşısına çıxacaqdı bir gün,gecikmədən. Həmin insan bəlkə də onun düşündüyü səhvi,günahı idi...
ŞİMDİ OKUDUĞUN
Uzaqdan Gələn Səs...
Teen FictionGənclikdə edilən "səhv" ucbatından şəhəri tərk edəcək Duyğu,onun yolunu kəsib,həyata yenidən bağlayan Saleh... Günahları sayəsində yaşamağı bacarmağın nə demək olduğunu başa salan bir gənc. Səhvlər unudulmaz,amma onlar sənə yaşamağı öyrədər. Yaşamağ...