Yeniyetməlik illəri. 16 yaşı tamam olur,Duyğunun. Artıq o yeniyetmədir. Həyatının ən gözəl günlərini yaşayacaq,16 yaşında. Əslində elə fikirləşirdi. Öz ad günü tortunun şamlarını üfürəndə,ürəyində "bu yaşım unudulmaz surprizlər gətirsin mənə"diləyini diləmişdi. Ətrafındakılar soruşanda "nə dilədin?" cavabında "desəm gerçəkləşməz"demişdi. Amma kaş o zaman desəymiş də o diləyi gerçəkləşməzmiş. Duyğu xəbərsiz idi,həyatından. Tutduğu diləyin onun başına nələr gətirəcəyindən xəbərsiz idi.
16 yaşının tamam olduğu gündən 1 həftə keçərdi. Yeni bir gün, yeni bir tanışlıq.
Sinfə yeni biri gəldi. Saleh adlı bir oğlan. "Yaraşıqlı" sözü ağıla gələndə Salehi yada salmamaq mümkünsüz bir şey idi. Əsmər tənli,qara saçlı,gözləri-zülmətin ən dərin tonu,boyu-buxunu,geyimi... Duyğu üçün o,bəlkə də həyatında gördüyü,tayı-bərabəri olmayan bir insan olaraq qarşısına çıxmışdı. Heç kəsə bənzəmirdi. Onu Duyğu üçün kimsə göndərmişdi,sanki... Birdən Duyğu elə bil yuxudan ayılmış kimi "dəlisən?sənin yaşına görədir,düşündüklərin?"deyə,pıçıltadı. Müəllim Salehi siniflə tanış etdikdən sonra:
-Keç,arxada əyləş. Uğurlar sənə,dedi.
Duyğu isə donub qalmışdı. Nə idi bu? Nə hissi idi? Keçəçəkmiydi? Yoxsa...yoxsa ömürlük həkk olunacaqdı,Duyğunun qəlbinə. Bəlkə də. Salehin ilk dəfə içəri girdiyi zaman,sinfə göz gəzdirdiyi anda gözünə dəyən Duyğu. Gözəl Duyğu,gözəl duyğu...
Sadəcə bir fərq var idi, aralarında. Saleh zəngin,Duyğu isə kasıb ailənin övladı idi.
Zəng vuruldu. Tənəffüs vaxtı idi. Saleh uşaqlarla tanış olurdu. Amma nədənsə,Duyğu onlara yaxınlaşmırdı. Öz partasının arxasında əyləşib,qarşısındakı vərəqi cızmaqara edirdi.
-Sənin adın nədir?
Duyğu bir anda gözlərinə inanmadı. Donub qalmışdı.
-Sənin adın nədir? Adın yoxdur sənin,balaca? Dilini pişik aparıb? Niyə dillənmirsən? Yoxsa bəyənmədin məni?
Duyğu heç nə demədən,utanaraq gülümsədi və dərhal dəhlizə qaçdı. Saleh isə başını yelləyib,özünün eşidəcəyi səslə:
-Çox şirinsən,dedi...
Beləcə dərs bitdi. Nə Duyğu Salehi dindirdi,nə də Saleh Duyğunu. Bütün dərs boyu Saleh Duyğuya baxdı. Çox xoşuna gəlmişdi,həddən artıq çox...
Artıq uşaqlar evlərinə gedirdilər. Salehgil bu yerlərə təzə köçmüşdülər. Köçdükləri yer Duyğugilin məhləsinə yaxın idi.. Məktəbdən çıxıb,evə də bir getdilər. Yolda isə bir-birlərinə bir kəlmə də olsun heç nə demədilər... və evə çatıb,ayrıldılar...
ŞİMDİ OKUDUĞUN
Uzaqdan Gələn Səs...
Teen FictionGənclikdə edilən "səhv" ucbatından şəhəri tərk edəcək Duyğu,onun yolunu kəsib,həyata yenidən bağlayan Saleh... Günahları sayəsində yaşamağı bacarmağın nə demək olduğunu başa salan bir gənc. Səhvlər unudulmaz,amma onlar sənə yaşamağı öyrədər. Yaşamağ...