İşğal

46 10 2
                                    


-Mən getsəm yaxşı olar,-Risa ayağa qalxdı,-Arunla danışmalıyam.

-Səni meşədən təhlükəsiz şəkildə keçirmək üçün adam göndərim?

-Yox, sağ olun,-Risa darıxdırıcı otaqdan çıxdı və təmiz havanı ciyərlərinə çəkdi. Enna da onun arxasınca çıxdı. Risa onunla başı ilə sağollaşıb meşəyə üz tutdu.

Ürək döyüntülərinin sürətləndiyini hiss edirdi. Başını aşağı salıb əllərinə baxdı: ovuc cizgiləri bulanıq idi. Risa hələ də yuxunun içində idi, lakin sanki ayılırmış kimi hiss edirdi. Meşə tamamilə sakitlik olsa da, qulağına danışıq səsləri gəlirdi. Hündür, qollu-budaqlı ağacların gözünün qabağında bulanıqlaşdığını görürdü. Başı fırlanmağa başladı, ona görə də, Risa bir ağacın gövdəsinə yaxınlaşıb kürəyini ona söykədi. Yuxusu həddindən artıq mürəkkəb və qeyri-adi hala gəldiyindən və Arunu, özünün bu hekayənin müəllifi olduğuna inandırmaq cəhdləri üzündən zehni ayılmağa başlayırdı. Amma o, hələ ayılmaq istəmirdi: görəcəyi işlər, həll etməli olduğu məsələlər vardı. Özünü yuxu gördüyü fikrindən daşındırmağa cəhd etdi. Tez-tez öz-özünə "Bura həqiqi dünyadır, mən yuxu görmürəm" deyərək ayılmağına mane olmağa çalışdı. Kürəyini ağacın gövdəsindən çəkib meşə içi ilə yoluna davam etdi.

Arungilin yaşayış məskənlərinə yaxınlaşdıqda artıq tam yuxuda idi. İndi isə yuxunu idarə etməyə və hekayınin sonluğunu öz istəyinə uyğun dəyişməyə çalışacaqdı.

Risa qabağına heç kəsin çıxmayacağını düşünərək düz Arunun yaşadığı taxta evə gəldi. Qapının da açıq olacağını bilirdi, çünki bunun olmasına özü qərar verirdi. Artıq öz gücünə hakim olmağı öyrəndikdən sonra hər şeyin asan olacağı aydın idi.

-Arun, Enna ilə danışıb hər şeyi öyrəndim,-Risa qapıdan içəri girdikdə dilləndi. Əlbəttə ki, Arunun evdə olduğunu da bilirdi.

-Bəs bu haqda nə etməyi düşünürsən?

-Əvvəlcə səndən soruşmalıyam: sən müharibənin tərəfdarısan?

-Əlbəttə ki, yox,-Arun oturduğu yerdən qalxdı,-mən düşmən olmağımızı istəmirəm. Ennaya bir şey olmasını istəmirəm...

"Bunlar nə tez bir-birilərinə aşiq oldular?"-Risa öz-özünə düşündü. Onun hekayəsi həddidən artıq dəyişilibmiş.

-Mən yadplanetlilərin gəlişinin qarşısını ala biləcəyimi düşünmürəm, çünki bu artıq olmuş bir hadisədir. Digər tərəfdən isə, hekayəmlə bilavasitə bağlı deyillər, mən hekayəmdə yadplanetli xəyal etməmişdim. Ona görə də başqa bir tərəfdən məsələni həll edəcəyəm.

-Necə?-Arun gözlərini qıyıb şübhəli şəkildə soruşdu.

-Bunu..-Risanın sözü yarımçıq qaldı, çünki bayırdan atışma səsləri eşitdilər. Ondan xəbərsiz bir şəkildə nəsə baş verirdi. Risa təəccüblə çevrilib qapıya doğru getdi. Lakin Arun onu geri çəkib evdə qalmasını söylədi və özü otaqdan çıxıb qapını örtdü. Risa hələ də təəccüb içində otağın ortasında dikilmişdi. Nə baş verdiyini bilmək istəyirdi, elə buna görə də baş verəcəklərdən qorxmadan çölə çıxmalı idi. Və çıxdı da.

Hər kəsin təəccüb içində başlarını qaldırıb səmaya baxdıqlarını gördü. Silahlılarla birgə uzunboylu və enlikürəkli kapitan Morson isə meşə içində və kəndin ətrafında gözətçi kimi gəzirdilər. Üzlərində qorxunu görmək olduqca asan idi. Risa nə qədər qorxsa da, başını qaldırıb axır ki, səmaya baxdı.

Yadplanetlilər artıq burda idilər.

Təxəyyülün son nöqtəsiDonde viven las historias. Descúbrelo ahora