Bir anlıq tərddütdən sonra qapıya baxmaq qərarına gəlir. "Bəs birdən oğru filandırsa?" deyə beynində canlanan suala anındaca cavab gəldi "Oğru qapını döymür Lamiyə"
Qapıya tərəf sürünərək irəlilədi, pəncərənin qarşısından keçdikdən sonra ayağa qalxdı. Əlləri titrəyərək qapının qulpundan yapışdı. Qapı deşiyindən baxmağa cürəti çatmadığından qulağını dirədi. Gələn zəif inilti səsləri onu qorxutdu. Bayaqdan bütün bunları beynində qurduğuna ümid edərək irəliləmişdisə də indi dəqiq başa düşürdü ki, orda kimsə var. Bir anlıq düşünməyi boş verib qapını açdı. Bir əsgər qapının ağzında yaralı vəziyyətdə yatırdı. Adamı yoxladıqda başa düşdü ki, çiynindən ağır yaralanıb. Cəld gövdəsindən tutub içəri sürüməyə çalışdı. Qapını kilitləyib geriyə çevrildi. Adama yaxınlaşıb formasını çıxartdı. Mətbəxə qaçdı və şkafdan təcili yardım dəstini çıxartdı. İşıqları yandırmağı düşünsə də əl saxladı və masa lampası ilə kifayətlənmək qərarına gəldi. Yaranı təmizləyib dərman qoyduqdan sonra sarıdı.
Bu adamı evinə almağının tək səbəbi yardıma ehtiyyacı olan birindən üz döndərə bilməyəcəyi idi. İndi sadəcə geriyə səhərin açılmasını, əsgərin ayılıb cəbhəyə geri dönməsini gözləmək qalırdı. Çöldə yağış yağmağa davam edirdi, lakin atışma dayanmışdı.Lamiyə yaralı əsgəri ehtiyyatla qaldırmağa çalışdı, ağır cüssəsini yerindən tərpədə bilmədi. Adamın üzünə yavaş şillələr vuraraq ayıltmağa çalışdı. "Hey! Qalxmağa çalışmalısız. Qalxın, biraz cəhd edin. Qalxın!" Adam yavaşca başını qaldırdı. Lamiyə onun qolundan tutub qaldırmağa çalışdı. Lakin adam inildəyib yerə yıxıldı. "Başa düşürəm, yaranız incidir. Çox dərin bir yara idi və xeyli də qan itiribsiz. Sizi sabah hospitala aparacağam. İndi isə qalxıb rahat bir yerdə uzanın ki, sabaha qüvvətiniz olsun. İndi isə qalxın! Cəhd edin!"
Lamiyə bir dəfə də adamın qolundan yapışıb yuxarı dartdı. Bu dəfə adam özü də ayağa qalxmağa çalışdı. Zorla onu divana qədər daşıyıb oturtdu. "Tamamilə islanıbsız. Paltarınızı çıxarmaq lazımdır" deyə əli ilə üstünü işarə etdi. "Bax bura , masanın başına asın." deyə arxasını çevirib digər otağa keçdi. Şkafdan yorğan və yastıq çıxarıb geri qayıtdı. Adamın üstünü örtüb otaqdan çıxdı...
KAMU SEDANG MEMBACA
Quşların azadlığı
Cerita PendekÜz qapağına görə @Ulker_Suleymanova sağolsun :) Qısaca, müharibə və onun insanların həyatına təsirindən bəhs edir.