Sofinin dünyası

147 11 7
                                    

Bu gün sizə "Sofinin dünyası" romanından danışacam. Əsər fəlsəfi səciyyə daşıyır. Qədim dövrdən başlayaraq yeni dövrə qədər olan bütün filosoflardan, onların düşüncələrindən, dünyanı hansı formada dərk etmələrindən bu kitabda söz açılmışdır. Belə ki, bir qismi dünyanın yaranmasında hər hansı yaradıcı qüvvənin iştirakını əsas sayırdısa, digər qismi isə bu fikri inkar edirdi. Lakin siz burada təkcə dünyanın yaranması haqqında fikirlərlə deyil, eyni zamanda bəzi filosofların qadınlar, təbiət, cəmiyyət haqqında olan düşüncələri ilə də tanış olacaqsız. Onu da qeyd edim ki, kitab fəlsəfi bir roman olsa da bədii fiqurlar üzərində qurulmuşdur. Kitabın ortasına çatdıqda "bədii cəhətdən yalan " içində olduğunuzu görəcəksiz.) Sən demə, obrazları düzgün dərk etməmişik və bundan sonra Sofi və Hilde arasında olan əlaqəni başa düşmək üçün tez bir zamanda romanın sonuna çatmaq istəyəcəksiz. Yalan deməyəcəm, kitabın bəzi hissələrində çox sıxılırdım.. Amma ən çox Z.Freydin fikirlərini bəyəndim.. Əgər fəlsəfə oxumağı sevirsizsə ya mənim kimi siz də heç vaxt fəlsəfi bir əsər oxumamisizsa bu əsər sizin üçün yaxşı başlanğıc ola bilər.
Qiymətləndirməyə gəldikdə isə kitaba 5 üzərindən 4 verirəm.). Hər kəsə xoş oxumalar... Hələlik.)

Kitablardan qısa bölmələr.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin