Xalid Hüseyni " Min möhtəşəm günəş"

74 5 6
                                    

Salam, hər vaxtınız xeyir. Uzun müddətdir ki, yaza bilmirdim). Amma çalışacam ki, bundan sonra mütəmadi şəkildə oxuduqlarımı paylaşım)
Bu gün sizlərə adından da göründüyü kimi " Min möhtəşəm günəş" romanından danışacam. Əsərdə Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadının həyatı təsvir olunur. Bu qadınlardan biri Məryəm, digəri isə Leyladı. Yaşayış tərzləri bir - birindən fərqlənən bu iki qadın həyatlarının bir dönəmində eyni qədəri paylaşmaq məcburiyyətində qalırlar. Əsərdə qadın hüquqsuzluğu bütün çılpaqlığı ilə göz önünə gətirilmişdi. İslam pərdəsi altında  irgənc əməllər törədən taliblər sonda məğlub olsalar da insanların yaddaşında silinməz iz buraxırlar. Əsərdə ən çox Məryəmin taleyi mənə təsir etdi. Yaşadığı müddətdə görmədiyi işgəncə, təhqir qalmadı. O ki yalnız digər qadınlar kimi xoşbəxt, qayğısız yaşamaq istəyirdi. Belə bir deyim var " Əzəldən bəxtin gətirmədisə ömrünün sonuna kimi bu belə də olacaq". Bu cümləni Məryəmin simasında təsdiq olunduğunu gördüm. Xüsusilə ilk səhifələr mənə çox təsir etdi. Etdiyi bir səhv Məryəmin bütün həyatının dəyişməsinə səbəb oldu. Çox düşündüm, əgər olmasaydı , o cür etməsəydi Məryəm həyatı necə olardı, görəsən?  Bəlkə əsərə yazılacaq həyatı olmazdı, amma ən azı xoşbəxt günlər də görmüş olardı. Sona qədər çox gözlədim, hər səhifəni çevirəndə Məryəmlə bağlı xoş xəbər oxuyacağıma ümid etdim, amma çox təəssüf... Bu qədər) Əslində danışacaq o qədər şey var ki, amma spoi verməkdən qorxuram). Əsərə isə 5 üzərindən 5 qiymətini verirəm.
Qadın həyatı, müharibənin dəhşətləri barədə oxumağı sevən hər kəsə məsləhət görürəm kitabı. İnanıram ki, çox adam oxuyub) Əgər oxumusuzsa fikir bildirməyi unutmayın)

Kitablardan qısa bölmələr.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin