Orxan Pamuk "Mesumiyyet muzeyi"

102 6 6
                                    

Sabahınız  xeyir) Bu gün  sizlərə "Məsumiyyət muzeyi"ndən danışacam. İlk öncə onu qeyd edim ki, əsər 725 səhifədən ibarətdir,  buna baxmayaraq axıcı  dildə yazılıb. Mənim fikrimcə,  700səhife yazılacaq qədər uzun bir mövzu olmamalıydı. Axıcılıq  olsa da kitabın  bəzi hissələri  çox darıxdırıcıdır. Füsünla bağlı xatirələri, onun evdə çöldə, çay içdikdə, siqaret çəkəndə nə etdiklərini  yazıçı xırdalığına qədər qələmə almışdı. Bu da təbii olaraq insanı sıxırdı. Amma ümumilikdə  götürdükdə yaxşı əsərdi, darıxdırıcı hissələri çıxsaq oxumaq olar)
Roman haqqında qısa məlumat  vermək üçün qeyd edim ki, Füsün və Kamalın eşq macəraları üzərində  qurulub əsər. Kamal  sonuncu dəfə uşaq olarkən evlərində  gördüyü Füsunu illər sonra bir butikde işləyən zaman görür. Demək olar, sevgiləri bu ilk görüşdən başlayır. Lakin burda bir problem var idi, Kamal nişanlanmaq  ərəfəsində olan gənc oğlan idi...
  Əsəri 2 həftəyə oxuduğum üçün kitaba çox bağlanmışdım. Sanki yaxın dostlarım mənə başlarına gələnləri  danışırdı. ) Bitirdiyim zaman isə bir boşluğa düşmüş kimi oldum. İri həcmli əsərlərin bir xüsusiyyəti özlərini  insanlara bax bu cür sevdirmələridir). Amma bütün əsərlərə bunu aid etmək olmaz.

Qiymətləndirməyə gəldikdə isə əsərə 5 üzərindən 3 verirem)

Kitablardan qısa bölmələr.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin