Ovod

417 18 4
                                    

Yayda ilk oxuduğum kitab Etel Lilian Voyniç tərəfindən yazılan "Ovod"romanı oldu.Müəllif ingilis yazıçısı və bəstəkarı kimi şöhrət qazanmışdı.Roman 1897-ci ildə ABŞ-da nəşr olunmuşdur. Qanun nəşriyyat tərəfindən çap olunmuş əsərdə qısa məlumat formasında bunlar yazılmışdı: "Bu roman bir əsrdən artıqdır ki,böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır.Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından,bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir."
Romanın əvvəlləri sizi sıxa bilər.Lakin sonlara doğru,xüsusilə son 50 səhifəni böyük maraqla oxuyacağınıza əminəm..Montanelli və Ovod arasında olan söhbət sizin qəlbinizdə böyük təsir buraxa bilər.Kimə bəraət qazandırmaq lazımdır? sualın qarşısında çıxılmaz vəziyyətdə qalır insan.Gözləri qarşısında övladının ölümünü izləyən padre sonda qəflətən ürək partlamasından vəfat edir.Lakin bu adi insanlar üçün qəflətən baş verən ürək partlaması idi.Əslində oğlunu itirdiyi ilk günlərdən qəlbi yavaş-yavaş didilib-parçalanmağa başlamışdı.Beləki o övladını 2 dəfə itirir: Ilk dəfə Artur onun inandığı hər şeyin yalan olduğunu bildikdən sonra yaşadığı ölkədən gedir,arxasında isə onun öldüyünə hamını inandırmaq bəzi dəlillər buraxır. İkinci dəfə isə Artur-Ovod edam olunduqdan sonra övladı ilə vidalaşır.Padrenin dili ilə desək Ovodu "siz öldürdünüz! ("Siz" deyərkən bütün kütləni,camaatı nəzərdə tuturdu)."
Sonda isə fikrimi bu misralarla tamamlamaq istəyirem: "Daha gecdir, gecdir! Mən ucadan çiğırıram- o mənim səsimi eşitmir.Mən onun qəbrinin qapısını bərk-bərk döyürəm, o ayılmır.Indi mən səhrada tək qalmışam,gözlərimi bu qanlı torpaqdan ayırıb, dəhşətli, boş göylərə qaldırıram, -bu qanlı torpaqda mənim gözümün işığını basdırıblar.Məni ümidsizlik bürüyür.Mən sizdən ötrü, ey alçaq həşəratlar, sizdən ötrü ondan üz çevirdim!"
Bələ, bu əsər haqqında deyəcəklərim bu qədər.Çalışdım roman haqqında az məlumat verim ki, marağı itməsin və ümidvaram sizdə əsərə maraq oyada bildim).Qiymətləndirməyə gəldikdə isə 5ballıq sistem üzrə 3.5 bal verərəm bu əsərə.
Əgər siz də oxumusuzsa romanla bağlı fikirlərinizi bölüşə bilərsiz.Sizin fikirləriniz mənə çox maraqlıdır.)

Kitablardan qısa bölmələr.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin