Bölüm 9

6 1 0
                                    

Rəsul xidməti borcunu şərəfli şəkildə başa vurdu. Hərbir ata kimi Əfqan kişidə qürurlanmış, oğlunun gəlməsi şərəfinə qurban kesib ehsan verdi.Rəsulun hərbi xidmətdən qayıtması xəbərini eşidən qohum-qonşu, dost, tanış hamsı onun yanına gələrək onu təbrik edirdi .Bütün sevdiklərinin gəlməsinə baxmayarağ Rəsul özünü yalnız hiss edirdi .Çünki onun həyatının tək mənası olan anası onun yanında deyildi . Rəsul anasına sarıla bilmirdi, Onu opub bağrına basa bilmirdi .Tək təsəlli kimi anasının məzarına getmək qalırdı .Rəsul insanlar dağılışandan sonra tək başına anasının məzarını ziyarət eləmək üçün məzarlığa getdi . Bir neçə saat məzarlığda qaldıqdan sonra evə qayıtdı.Resul işləməyi çox istəyirdi .Bununcün evə gələndən sonra cv yazıb bir neçə yerə göndərdi .Bir neçə gün keçsədə Rəsul hələdə heç biryerdən cavab ala bilmirdi.Bir həftə keçdikdən sonra Rəsul iş görüşməsi üçün Bakının nəhəng otellərinin birindən təklif alır .Rəsul uzun zaman sonra ilk defə bu qədər xoşbəxt idi . Səhərisi gün səliqəli şəkildə geyinərək görüşmək üçün Otelə getdi . Burda onu Aynur xanım qarşıladı .Aynur Rəsula cv-sinin çox yaxşı olduğunu söylədi. Aynur Rəsula əsasən şəxsi suallar verirdi. Rəsul özünü itirmir və onun hər sualına dəqiqliklə cavab verirdi . Aynur Rəsulun cavablarını bəyənmiş və onunla əlaqə saxlayacaqlarını bildirdi .Rəsul oteldən ayrıldıqdan bir neçə saat keçməmiş onun telefonuna zəng gəldi . Rəsul telefonu acanda Aynurun səsini tanıdı . O Rəsula işə qəbul olunduğunu bildirmiş sabah lazım olan sənədləri gətirməsini söylədi . Rəsulda xoşbəxtliklə Aynura minnətdarlıg bildirərək telefonu söndürdü .Rəsul baş vermiş bu hadisəni ilk anası ilə bölüşmək istədi .O havanın qaralmasına baxmayaraq anasının məzarına yollandı. Sanki anası onu esidecək kimi bu xeberi ilk anasına vermək isdəyirdi . Rəsul anasının məzarı üstünə çatanda gözlənilməz hadisə ilə qarşılaşdı. Görükləri gənc oğlanı çox təəccübləndirdi .

Soyuq DekabrWhere stories live. Discover now