Moana səbirsiz olduğundan Oliverdən ilk hekayəsini danişmağını xahiş etdi. Moana sanki,evdən köçdüklərini unutmuşdu. Nə isə.. Söhbətəmizə keçək. Oliver Moanadan divana əyləşməsini istəyirdi. Çünki onun lözünü rahat hiss etməsi üçün əlindən gəlini edirdi.
- Moana xoş bir hadisə danişimmi?- Oliver danişacağı hekayənin Moana'nin ürəyincə olmasini çox istəyirdi. Çünki ilk danişacaği hekayə olacağ idi.
- Hə daniş.- Moana'nin sevincinin həddi hüdüdü yox idi.
- Onda mən "İlk məktəb günümü" danişacam.
- Lap yaxşi.
Deməli mən yetimxanada böyüdüyüm üçün orda ki, uşaqlarla eyni olduğumu bildiyimdən onlari öz qardaşim, bacim hesab etmişəm. Amma indi yəni məktəbə getməyimə bir gün qalmış mən çox həyacanli idim. Balaca olmağıma baxmayaraq hər şeyi eşidir və başa düşürdüm. Mənim valideynlərim yox idi. Amma çoxlu bacim, qardaşim var idi. İndi deyəcəksən ki, o qədər uşaqla yaxin olmaq çox çətindi. Elədir. Təbii ki, davalarda olur. Amma elə an unudulur və lazimi vaxt sənə köməyi dəyir.Hə onu da deyim ki, Carl məndən iki yaş balaca idi. Həyəcan saatlar azaldiqca, daha da artirdi. Həmin gecə çox çətinliklə yatdim. Həmin günü düşünürdüm. Yuxumda isə məktəbi gördüm. Heç ömrümdə məktəb görmədiyimə baxmayaraq, xəyal edə bilirdim. Yuxum mənim indiyə kimi yadimdadi.
Yuxum o qədər də sizə maraqli gələ bilməz, amma mənim üçün o ən gözəl yuxu idi. Gözəl, böyük bir 3-4 mərtəbəli bina vardı. Girişində isə cürbəcür hərəkət edən uşaqlar. Birdən mənim adimi çəkdilər. Maykl Dodson. Mən tez qaça- qaça çağıran qadının yanına getdim. O məni qucaqladi sonra isə mənə şokoladlardan hazirlanmiş güllərdən ibarət səbət verdi( həmçinin şokolad mənim ən zəif yerimdi. Kim isə mənə şokolad versin o nə deyirsə onu edirdim. Təki şokolad versin. Özü də ağ şokolad.). Qadının kim olduğunu bilməsəmdə onun təklifini rədd etmədim və götürdüm. Sonra isə mənə qayçı verdi və qapinin ağzında olan qırmızı lenti kəsməmi xahiş etdi. Təbii ki, buna sevindim. Qayçını götürüb lenti kəsmək istədim ki , qarşimda bilinməyən varlıqlar peyda oldu. Hətta biri mənə pis-pis gülərək əl salladi.
Mən elə o an ayıldım. Bu yuxunun yaxşi yoxsa pis olduğunu indiyə kimi başa düşmədim. Amma nə isə... Oyanib yenidən yuxuya getməyin çox çətin olduğunu hami bilir. Buna görə mənim yenidən yuxuya getməyim yarım saata alındı. O vaxtda mən saatın neçə olduğunu bilmək çox istərdim. Amma təəssüf ki, müdürimizin sahəsində onu da əlimizdən. Buna təəccüblənmək lazim deyil.
Həmin gün gəlib çatdi. Mənim ilə yetimxandan 3-4 uşaq da 1- ci sinifə getməyə hazirlaşdi. Bizi köhnə bir maşin aparmağa gəldi. Mən o vaxt o maşinin son model olduğunu düşünürdüm. O vaxt mənim çox istədiyim bir müəlliməm vardi. Adı.... Qoy bir dəqiqə fikirləşim. Hə.Katerina müəllimə. Həmin gün Katerina müəllimə də bizimlə gəlmişdi. Çox sevinirdim. Çünki onu anam hesab edirdim. Məktəbin ilk gününün başlamasina 1 saatdan az qalmişdi. Elə biz başlamisina 10 dəqiqə qalmiş çatdıq. Katerina müəllimə maşında bizə belə demişdi: " Bu fürsət hər bir insanın əlinə bir dəfə düşür. Çalişin özünüzü yaxşi aparib, dərslərinizidə yaxşı oxuyun. Bu hərəkətlər sizin həyatınızı dəyişə biləcək qüvvəyə malikdi." Bizə bu sözləri deyib maşından endik və məktəbə tərəf addımlamağa başladıq. Mənim ilk dərsə girdiyim an özümü biraz rahat hiss elədim. Çünki, ordaki uşaqlarla mən eyni yaşda idim. Amma bir şeyə çox lap çox pis olurdum. Daha doğrusu, pis olurduq. Valideynlərimizin olmadığına. Hətta mənim yetimxanada ən yaxın ikinci dostum ilə eyni sinifdə idik. Onun adı Olaf idi. Olaf da mənim kimi fikirləşirdi.Hal- hazirda onu görsəm çox sevinərdim.Katerina müəllimə ilə danişan müəllim'ın söhbətinə qulaq asdım.
- Müəllimə şagirdlər saat neçədə çıxacaqlar?- Katerina müəllimə mən və mənimlə gələn iki uşağin nə vaxt dərsdən çıxacaqlarini öyrənmək məqsədiylə soruşdu.
- Dərs saat 08:00 başladiğindan bu günlük iki dərs geçəcəklər. Yəni saat 09:30 da burda olun. Ola bilsin çixdilar.
- Çox sağolun. Hələlik - Katerina müəllimə bu sözləri deyib yetimxana getdi. Axı onun tək işi biz deyildik. O həm də qaldiğimiz yetimxananin müdür köməkçisi idi.
Onu da deyim yetimxanadakı demək olar ki, bütün uşaqlarin müdürümüzdən zəhləsi gedirdi. O bizi haqsiz yerə döyür, yeməksiz qoyur, yetimxanani təmizlətdirir, bizi təhqir edir və bunun kimi çox şey. Aaa... Biri yadimdan çixib. Bizə hər ay yardim gəlirdi. Buna: paltar, ərzaq, az da olsa böyüklərə pul aiddir. Ərzaqin yarisini götürüb evinə aparır, paltarlarin yaxşilarini seçib satir, pullari isə vermir. Bir sözlə bizə zülm edir. Amma indi yaşamirsa, ona güldən ağir söz deyə bilmərəm. Moana məni üzrlü hesab et. Yetimxana dediyimə görə. Çünki başqa nə deyəcəyimi bilmirəm.
İlk dərs bitdi zəng vuruldu. Artiq mən sinifdəki uşaqlarla danişir, deyir- gülür. Bir sözlə sevincliyəm. Bizə yeməkxanaya getmək bu günlük icazə verilmədi. Onu da deyim ki, yeməkxanadaki yeməklər pulsuzdu. Buna mənə sinif yoldaşlarim danişanda eşitdim.
İkinci dərs bitdi. Uşaqlar qaça-qaça çölə qaçdı, amma biz isə bir- birimizin əlindən tutub, yavaş addimlarla çölə çixdiq. Elə orda Katerina Müəlliməni gördük. O bizdəb ilk məktəb gününün necə olduğunu soruşdu. Biz isə sakit və əyləncəli olduğunu deyərək yolumuza davam etdik. Yetimxanaya çatdiq. Hərə öz otağına getdi. Məndə Olaf ilə eyni otaqda idim. Otağa girib çantami yatağın küncünə atıb, yatağa hoppandim. Elə bu an qapi açildi. Elə bildim müdürdi. Çox qorxdum. Çünki, o yatağa hoppanani çox pis cəzalandirirdi.
- Maykl.. Necə keçdi ? - Gözləri parildayan bapbalaca olan Carl içəri girdi.
- Gəl Carl..- Maykl'in ən yaxin dostu gəlmişdi. Ona məktədin ilk gününü danişdi və sonra yatdilar. Bu gün Maykl yəni mənim üçün çox qeyri- adi keçdi. Həyatımın başlanğıçının ilk günü idi.
YOU ARE READING
Changes in life| Başlanğıç
ActionBu kitab Changes in life əsərinin ikinci kitabıdır. Bu kitabda Maykl və Moana'nin yenidən yeni həyata can atmalari, başlarina gələcək hadisələr və ya yeni insanlarin onlarin həyatındaki rolu bunun kimi çoxlu suallar olacaq. 🔱🔱- Maykl'in Həyatdaki...