🔱🔱 Müdir'in işgəncəsi 🔱🔱

4 0 0
                                    

- Bu səfər isə biraz bədbin,qəmgin və hüznlü bir hekayə olacaq.- Oliver divanda oturmuş Moana'nın üzünə baxaraq dedi.
- Oliver şən hekayə danışa bilməzsən? - Moana nədənsə bədbin şeylərdən çox çəkinirdi.
- Axi bu mənim itəməyimlə deyil ki? Dəftərdəki növbəti hekayə budu. Təbii ki, məndə şən hekayə danişmaq istərdim.- Moana Oliver'ə baxaraq başini aşağı- yuxarı tərpədərək " Oldu" cavabını bildirdi.

Hekayə.
   Günlərin bir günü yenə də müdirimiz'ın əsəbi halı bizə təsir etdi. Bu səfər digərlərinə oxşamırdı. Bu danışdığım hekayədə Elly və Tom hələ yetimxanaya gəlməmişdi. Yəni Carl və mən idim. Sözümə davam edim.
Mən öz otağımda oturmuş divar'a baxırdım. Birdən Carl içəri girdi.
- Maykl..maykl yemək vaxtıdır gəl.- Carl qışqıra- qışqıra yatağıma gəlib oturdu.
- Yox. Mən gəlmirəm. Sən get.- Maykl niyəsə kefi yox idi.
- Gəl. Xahiş edirəm. Dünəndən bəri heç nə yeməmisən.- Carl Maykl'ın əlindən tutaraq ona yalvarırdı.
- Yox Carl. Mən gəlmək istəmirəm.- Maykl heç özünə yaraşmayan bir hərəkət etdi. Carl'ı itərək çarpayini üzərinə çəkdi. Amma Carl'ın xətrinə dəyməmişdi. Axı o hələ uşaq idi.
- Maykl bəlkə xəstələnmisən ?- Carl Maykl'ın çarpayısını çəkərək dedi.
- Sən nə etdiyinin fərqindənsən? - Maykl artıq əsəbləşirdi.
- Xəstələnmisən ?- Carl sualina cavab alana qədər təkrar etmək onun adəti idi.
- Hə xəstələnmişəm. Get burdan. Dincəlmək istəyirəm.- Maykl Carl'ın üstünə qışqırdı və Carl başını aşağı əyib getdi. Carl getdiktən sonra Maykl biraz çox olduğunu fərq etdi. Amma çox gec idi. Atalar düz deyib:" Sonrakı peşmanlik,fayda verməz" Maykl bunlari düşünəndə Carl isə aşağıya yeməkxanaya enmişdi.
- Emma bibi..emma bibi.- Carl yetimxananın həm aşpazı həm də tibb bacısı kimi fəalliyyət göstərən qadını çağırırdı.
- Nə var? Balaca şeytan.- Mətbəxdən çıxan 30-40 arasında,qara saçli, burnu iri, 1.65 boylarında qadın çıxaraq, Carl'ın üstünə qışqırdı. Həmçinin o uşaqlara şeytan deyə davranırdı. Bu necə düzgündü? Məncə yox.
- Emma bibi Maykl xəstələnib.- Carl'ın bir xasiyyəti vardı. O nə isə istəyəndə, göz bəbəklərini böyüdər, gözləri dolardı.
- Mən burda neçə işi etməliyəm.- Səs tonunu yüksəltdi.
- Axı sən.....- Carl'ın sözü yarımçıq qaldı.
- Hər kəsin ayağınamı getməliyəm. Xəstədisə özü gəlib desin.- Emma bibi gedirdi ki.
- Axı xəstədi.- Carl Emma bibinin ayağınından yapişdi.
- Burax şeytan. Bir daha belə şeylər etsən səni döyərəm.- Emma bibi Carl'ın ayağı ilə itələyib, yerdə yıxılmış vəziyyətdə olan, Carl'ı hədələməyə başladı.
- İndi mən edim. Axı mənim qardaşım xəstələnib.- Carl mətbəxdə yalnız qalmışdı. Ayağa duranda gözü divardakı tibbi yardım çantasına sataşdi. İndi nə edəcəkdi durub ordan bir şey mi götürəcək yoxsa götürməyəcəkdi.

Maykl'ın otağı
- Maykl..sənə dərman gətirmişəm.- Carl içəri əlində tibb çantası ilə girdi. Deməli götürmüşdü.
- Nə? Sən nə etdin? - Maykl çox hirslənmişdi. Çünki yetimxanada bir qanun vardı. İcazəsiz heç nə hətta yemək belə götürə bilməzdin. Götürsən cəzalandırılacaqsan.
- Sən nə etdim ki. Sənə dərman gətirmişəm.- Etdiklərinin fərqində olmayan Carl gülərək, içəri girdi.
- Carl mən xəstə deyiləm,amma sənin başına iş gələcək.- Birdən qapı açıldı. Artıq hər şey gec idi. Müdir ilə ifritə Emma içəri girdi.
- Müdir baxın. Sizin qadağanı pozan var.- Pis Emma əli ilə Carl'ı göstərdi.
- Deməli sən mənim qanunlarıma riyaət etmirsən.- Müdir başını pis mənada aşağı-yuxarı tərpətdi.- Emma get onu tut və mənim otağıma gətir.
- Yox o bir şey etməyib. Hər şeyi mən etmişəm.- Maykl Carl'ı qucaqlamiş və Emma'nın Carl'ı götürməsinə də mane olurdu.
- Çəkil. Mən hər şeyi onun etdiyini bilirəm.-
Emma nə zaman bir uşağın pis vəziyyətini görəndə, daha da onu ürəkdən döyür, möhkəm tutur.- Səni şeytan. Başına pis iər gələcək.- Emma pis-pis gülməyə başladi.

Müdir'in otağı
- İndi mən sənə nə cəzası verim. Düşün ki tapasan.- Müdir kreslosunda oturub, fırlana-fırlana pis düşünür. Emma isə Carl'ın sanki ona güc gələ biləcəkmiş kimi qolundan möhkəm tutub, gülürdü.
- Axır ki, tapdım.- Müdir elə bil böyük bir kəşf etmişdi. Əksinə bir uşağı cəzalandirmaq üçün belə həvəsli idilər.
- Buyrun. Çox səbirsizlənirəm.- Emma başdan- başa bir pislik idi.
- Emma bu gün Carl'a yemək vermirsən. Hətta onu yeməkxanada otuzdurub, yemək yeyən uşaqlara baxsin. O bu gün yemək yeməyəcək. Eşitdin..- Bu necə qadağadır. Kiçik yaşli uşağı yemək qadağası olmaz.
- Oldu.

Günorta
Yemək vaxtı
- Emma bibi Carl niyə yemir ?- Maykl yeməkləri paylayib gedən Emma'ya qəzəblə dedi. Amma cavab almadı.
- Yemək çatmayıbsa mən öz yeməyimdən verərəm.
- Ona yemək yemək qadağandır. Eşitdin.- Emma bu sözləri çox sevinclə dedi. Amma bunda sevinməli heç nə yoxdu.
- Elə bir şey olar. Carl yemirsə,məndə yemirəm.
- Yemirsən, dünəndən yemə.- Emma Maykl'ın qabağından yeməyi alaraq getdi.

Axşam
- Maykl...maykl- Carl durmuş, Maykl'ın çarpayısından çəkişdirərək,qarnını tutmuşdu.
- Carl. Nə olub? - Maykl gözlərini ovuşdura-ovuşdura danışırdı.
- Mən çox acmışam.
- Hmmmm. Nə edə bilərəm. Düşün Maykl düşün.- Əlini çənəsinə qoyan Maykl bir anlıq ayıldı.- Tapdim. Sən məni burada gözlə mən gəlirəm. Oldu ?
- Oldu.- Sanki Maykl " oldu" sözünü eşitməsi vacib imiş. Nə isə.. Maykl aşağı endi sağa döndü və ilk otaq olan yeməkxana daxil olub,mətbəğə girdi. Ayaqlarini elə atıb, yeriyirdi ki, elə bil balerina idi. Soyuducunu açdı. Tamam dolu idi. Ordan bir- iki şey götürüb, çıxırdı ki, birdən yeməkxanada işiq yandi. Maykl cəld soyuducu ilə şkafın arasında gizləndi. İçəri girən Emma idi. Bu saatda buraya niyə gəlmişdi. Yəqin su içmək üçün gəlib, deyə fikiləşirdik ki, birdən divarda mənasızca duran tabloyu saat əqrəbi istiqamətində 90 dərəcə fırlatdı və birdən- birə yerdən pilləkən çıxdı. İndi maykl nə etsin getsinmi yoxsa getməsinmi. Getmədi. O içəri girən kimi Maykl qaçdı.
Bu günüdə belə atlatdilar. Amma Maykl yeni bir işin dalına düşməyə başladı. Maykl'ın başında çoxlu suallar yarandı. Görəsən, bu suallara cavab tapa biləcək mi ?
- Necə idi ? Bəyəndiniz mi ?- Maykl oturub, çənəsi yorulduğundan lakonik (qısa) danışırdı.
- Bəyəndim. Amma o gizli yeri bilmək istəyərəm.- Ella sözünü dedi.
- Həmçinin. Məndə.
- Tək bölüm bu deyil ki. Nə qədər qabaqda bölüm var. Nə isə uzun sözü qısası. Gəlin gedək yataq. Saat gecdir.- Hamı ayağa durdu:" Gecəniz xeyrə qarşi" deyib, yuxarı qatı çıxıb, hərəsi öz otağına geçdi. Bu gündə belə bitdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 23, 2017 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Changes in life| BaşlanğıçHikayelerin yaşadığı yer. Şimdi keşfedin