24 noyabr 2017
Aleksandr Düma bir romanında yazıb ki :
- Nə qədər yesən də ömürlük doya bilməzsən .Yəni kişi demək istəyib ki , bir az gözütox olmaqdan ziyan gəlməz . Amma bu fəlsəfə mənə aid deyil . Qarnım partlayana kimi yeməyi sevirəm və həmişə də sevəcəyəm .
Leyla həmişə mənə deyir ki :
- Möcüzə , beş kiloqram artığın var . Bəlkə az tıxasan .Leyla bacım olsa da məni hələ də yaxşı tanımır . Görünüşümə önəm vermədiyimi bilən hərkəs anlayar ki , nə olursa olsun həmişə yeməyi üstün tutardım . Yemək incəsənətdir .
Amma bu gün deyəsən bu "incəsənətin" ağını çıxartdım . Çünki arsız qız olduğum halda etdiyim hərəkətdən çox utandım .
Deməli hadisə belə olub . Səhər tezdən Selcanı təpiklə otağımdan qovanda anamla üz-üzə gəldim .
Anam gülümsəyərək balaca bacıma baxıb :
-Selcan , əl çək qızdan . Qoy hazırlaşsın . Dərsə gecikirik .- dedi .Qadının bu reaksiyasına heyrət etdim . Çünki günah Selcanda olsa da onu təpiklədiyimə görə danlanan şəxs əsasən mən olardım . Amma bu gün fərqli idi . Bir neçə saniyə sonra səbəbini xatırladım .
Belə ki , anam yaxınlaşıb hər iki yanağımı ovucları arasına aldıqdan sonra :
- Möcüzəm , dəli qızım , ad günün mübarək . Qoy xoşbəxtlik səni öz içinə həbs etsin ,- söyləyib öpdü .Anam ədəbiyyat müəlliməsidir . Yəqin bu görə də bu cür "fış-fışlı" cümlələr qurmağı sevir .
-Sağol . Mən də elə bildim ömrümün axrına az qalıb . Yoxsa bu mehribanlığın başqa açıqlaması ola bilməzdi .- deyib guya şirinlik elədim . Anam ev telefonuna gələn zəngi eşitdiyindən mənə cavab vermədən uzaqlaşdı .
- Ətimi tökmə də . - Leyla mənə ünvanladığı sözlərlə əsnəyərək otağından çıxdı . O otaqda həmişə gözüm olub amma Leyla ən böyüyümüz olduğuna görə möhtəşəm , rahat otaq ona qismət oldu . Mən isə Selcan zırraması ilə eyni otağı bölüşürəm .
- Sənin ətin var idi ki ? - Leylaya söz atdım .
- Düz deyirsən . İncə-mincə qızam .- Bədənini on beş yerindən qıvırıb cavab verdi . Sonra isə mənə tərəf gəlib arxama bir sillə endirdi :
- Həpi bötdü , Möcüş . Neçə yaşın olur ? 16 ?
- Hə . Sualından başa düşdüm ki , bu gün ad günüm olduğunu unutmuşdun .
- Yox e . Yəni ...- söhbəti dəyişməyə çalışdı .
- Boş ver . Mən də unutmuşdum .
***
Üçümüz mətbəxdə səhər yeməyini yeyirdik . Mən , anam və Selcan ... Leyla deyəsən otağında makyaj etməklə məşğul idi . Atam isə yatırdı .
Yox belə olmaz . Əziz gündəlik , indi sən məni hələ tanımırsan . Dost ola bilməyimiz üçün gərək sənə özüm və ailəm haqqında ətraflı məlumat verim . Deməli , belə ...
"Yatırdı" dediyim adam əslində mənim doğma atam deyil . Bioloji atam heç vaxt ağlı başında olmayan bir bənna idi və 2005ci ildə elə özü kimi sərxoşun biri tərəfindən bıçaqlanaraq öldürülüb . Düzü , onu elə də xatırlamıram . Onun haqqında xatırladığım tək şey evdə qışqır-bağır salmaları , anamı ağlatmasıdır . Bir də ... Kiçicik bir xatirə . Bir dəfə sərxoş halda məni itələmişdi . Yıxılıb , dizimi qanatmış və səsimi başıma atıb aglamağa başlamışdım . O isə qəflətən məni qucaqlayıb , üzr istəmişdi . Yəni , ən azından məni sevdiyini xatırlayıram .
ВЫ ЧИТАЕТЕ
Möcüzədən Uzaqda
Подростковая литература- " ...Gündüzlər məni unutdu . Qanlı bir quyunun dibindəki gecəyə həbs oldum . Qurtulmağa çalışdıqca barmaq uclarımdan axan qanda boğuldum . " Aramıza bir müddətlik sükut çökdü . Kefim olmadığından , ya da ki şeirin məzmununda yatan açıq-aşkar bəd...