28 dekabr 2017
Üzülürəm və təəccüblüsü ondadır ki , bu dəfə başqası üçün . Kimə görəsə üzülməkdən zəhləm gedir . Bu həmin adama haqsızlıqdır axı . Ona üzülərək ikinci bir zərbəni də mən yetirirəm sanki .
Bəli , daşqəlbliliyimə ( haqqımda belə düşünürlər ) həmişə bu düşüncəylə haqq qazandırmışam . "Sənə kədərlənmirəm çünki səni ikinci dəfə də kədərləndirmək istəmirəm . Sənin hiss etdiyini hiss etmirəmsə səninçün üzülməyə haqqım yoxdur . Ən azından sənin qarşında ."
***
İndi bu gecə yarısı pəncərənin qarşısında oturub yazıram . Hərdən başımı qaldırıb pəncərəmdən İbrahimin evinin görünən hissəsinə göz atıram . İşıqları hələ də söndürməyib . Deyəsən , heç söndürmür .
İnsanlarla tez ünsiyyət qura bilən biriyəm . İbrahimin utancaq olması isə mənim özümə inamımı daha da artırdığına görə onunla daha asanlıqla münasibət yarada bildim .
Pis çıxmasın İbrahim adama hüzur verir . Yanında qışqır , söy , qəhqəhə at , atılıb düş ... sanki səni başqaları kimi qınamayacaq . Sevirəm belələrini . Sanki ev heyvanı bəsləyirəm. Ya da daha abırlı desəm sanki aynaya baxıram . Öz əksimə .
Amma bu aralar aşağıda yazacağım hadisədən sonra məndən xeyli uzaq gəzir .Məlumdur ki , sinif rəhbərimizin təklifiylə həftə sonu bulvara gedəcəkdik . Qərarlaşdırdıq ki , məktəbin qarşısında görüşüb avtobusa birlikdə minək . Mən bu hərəkəti "baxça uşağı fikri" adlandırmışdım amma saqqalım yox idi deyə məni sayan olmadı .
- Ana , mənim köynəyim haradadır ?-qışqırdım .
- Stulun başından asmışam .- Qadın hamamdan səsləndi .
- Gəzməyə gedirəm e . Məktəb köynəyi nəyimə lazımdır ?- bağırdım .
- Şkafa bax .
- Baxdım , yoxdur .
- Möcüzə , çimirəm . Get yaxşı bax .
Bir dənə "eh" çəkib Leylanın otağına soxuldum . Qız qulaqcıqları taxmış , arxasını divara söykəyib uzanmışdı .
- Pişt , bəzəkli , mənim köynəyimi görməmisən .
Cavab vermədi .
- Köynək deyirəm .- bağırdım ki , səsimi eşitsin .
- Nə var , Möcüş . - nəhayət çevrildi . Qulaqcıqları çıxardı . Kefsiz olduğunu hiss etdim .
- Mavi köynəyimi axtarıram . Görməmisən ?
- Hə , gördüm bayaq . Avtobus gözləyirdi .
- Birincisi o mənim zarafatımdır ,-dedim,- ikincisi də , tələsirəm . Görmüsənsə de . Bəlkə sən götürmüsən ?
- Yox . Neynirəm sənin zövqsüz köynəyini . Get başqa paltar geyin .
Düzü fikirləşdim ki , üzə çıxarılası başqa paltarım varmı . Ağlıma sadəcə qırmızı t-shirt im , anamın aldığı bir-iki don və məktəb formam gəldi . Onda t-shirt havası deyildi . Donları isə anam məcbur etməsə heç vaxt geyinmirəm . Beləyəm də . Paltar almağa ərinirəm sonra da geyinməyə heç nə tapmıram .
" Heç nə olmaz . Onsuz da üstündən kurtka geyinirəm ." düşüncəsiylə t-shirt imi geyinməyə gedəcəkdim ki , Leyla məni saxladı .
- Dayan .
- Əllərimi də qaldırım ?
- Gözlə bir dəqiqə . - qalxıb şkafını açdı ,- sənə paltar taparıq indi .
KAMU SEDANG MEMBACA
Möcüzədən Uzaqda
Fiksi Remaja- " ...Gündüzlər məni unutdu . Qanlı bir quyunun dibindəki gecəyə həbs oldum . Qurtulmağa çalışdıqca barmaq uclarımdan axan qanda boğuldum . " Aramıza bir müddətlik sükut çökdü . Kefim olmadığından , ya da ki şeirin məzmununda yatan açıq-aşkar bəd...