5 dekabr 2017
Səmimiyyət nədir ?
Niyə bəziləri səmimiyyəti deyib gülmək , bütün sirlərini kiməsə açmaq kimi başa düşür ? Səmimiyyət necəsənsə özünü elə o cür də göstərmək deyilmi ?
Məsələn , mən Ruslanla səmimiyəm . Çünki ondan zəhləm getdiyi halda üzünə gülmürəm .
Amma sinif rəhbərim ilə davranışlarımda səmimi deyiləm . O kişini heç sevmirəm . Ondan bəzi asılılıqlarım var deyə hörmətlə davranmağa məcbur oluram .
Səmimiyyət haqqında yazmağıma bir səbəb var . Bu səbəbin adı Leyladır . Hətta bu gecə gündəliyə növbəti yazımı yazmağıma da səbəb odur .
***
İbrahimin verdiyi fotokameranı çox sevmişdim . Ad günüm cümə gününə düşdüyündən sahib olduğum hədiyyə haqqında dostlarıma üz-üzə deyil , dörd nəfərlik whatsapp qrupumuzda məlumat verməli olmuşdum . Əsasən o qrupda müəllimlərin , zəhləmiz gedən şagirdlərin və dərs mövzularımızın müzakirəsini aparırıq .
Fizzə həmişə online olan , bütün yazılanlara cavab yazan tiplərdəndir , Səlim isə whatsapp-a gec-gec girir . Gərək ona ünvanlamaq istədiyin şeyi qrupa deyil , şəxsən özünə yazasan . O saat cavab verəcək . Əsəd isə Allahın vurduğu bəndədir . Marağını cəkməyən mövzuları iki göy xətt edib cavab yazmır . Səbəbini soruşanda da gah deyir dərs oxuyurdum , gah da deyir hazırlıqdaydım .
Nəisə . Artıq bir kameram olduğuna görə sərgidə iştirak edə biləcəyimi qrupa yazanda bu mövzu hər üçünü də sevindirdi .
İbrahim haqqında məlumat verdiyim zaman Fizzə inbox-uma yazdı ... Nə imiş ? Bu cür adamlara güvənmək olmaz imiş . Fizzəyə görə , İbrahim məni məlum məqsədlərinə alət etmək istəyə bilərmiş . Ona görə hədiyyə ilə başımı qatırmış .
Nə deyim ? Fizzənin yazdıqlarına xeyli güldüm . Mənim kimi çoxbilmişi kim aldada bilər axı ?Ən xırda hərəkətdən hər şeyi anlayıram . Həmçinin kişi cinsində hələ ki , məni cəlb edən heç nə olmadığı üçün hədiyyələrlə tora düşməyim mümkün deyil .
Əlbəttə Fizzənin düşündüyü tip adamlar yer üzərində doludur . İbrahimin elə insan ola biləcəyini düşünmürəm . Olsa belə bunun üçün nə şansı , nə də cəsarəti olmayacaq .Səlim İbrahim haqqında qrupa yalnızca bir cümlə yazdı : " Suyun lal axanı , adamın yerə baxanı ."
Əsəd isə ya öz dünyagörüşünü göstərmək üçün , ya da həqiqətən mənə görə narahat olduğu üçün bir şey soruşdu : " Pedofillər haqqında eşitmisənmi , Möcüzə ?"
Bir sözlə , hər üçü də eyni düşüncəni bölüşdülər. Əziz gündəlik,gəl sənə Möcüzəyə məxsus bir tərif deyim :" Sevincinizi qursağınızda qoyan varlığa dost deyilir ."
***
Həmin həftənin sonu kursa getməkçün ayaqqabılarımı geyinirdim ki , atamın İbrahimin həyətindən bizim həyətə keçdiyini gördüm . Divarın arxasından İbrahimin mənə baxdığını gördüm . Donuq üz ifadəsiylə baxdığı saniyələrdən sonra evinə girdi .
Atam qarşımda dayandı . Ayaqqabımın ipini bağlayıb ayağa qalxdım .
- Kursa ? -soruşdu .
- Hə .
- Yaxşı . Get . - önümdən çəkildi .
Bir addım atıb dayandım .
Marağıma güc gələ bilmədiyimdən - İbrahimlə nə danışırdın ki ? - soruşdum .
YOU ARE READING
Möcüzədən Uzaqda
Teen Fiction- " ...Gündüzlər məni unutdu . Qanlı bir quyunun dibindəki gecəyə həbs oldum . Qurtulmağa çalışdıqca barmaq uclarımdan axan qanda boğuldum . " Aramıza bir müddətlik sükut çökdü . Kefim olmadığından , ya da ki şeirin məzmununda yatan açıq-aşkar bəd...