5. Paralel düz xəttlər

76 8 11
                                    

1-2 yanvar 2018

Ayın tarixini yazarkən biranlıq ilin son rəqəmini 7 deyə qeyd edəcəkdim . Sonra xatırladım ki , şaxta baba çoxdan uçan xizəyini dolduran hədiyyələrini paylayıb daxmasına qayıdıb.

Selcan dünən soruşur :
- Şaxta baba , bütün uşaqlara hədiyyə paylayırsa niyə mənim hədiyyəmi verməyib ?

Bu uşaq hələ ki yersiz düşüncələrin qucağındadır . Axmaq şeylərə inanır . Desəm ki  " əslində sən yoxsan ." ona da inanacaq .

Haramdansa  uydurdum ki  :
- Sən xaç suyuna salınmamısan . Ona görə .

Selcan da atamın üstünə getdi ki , bəs onu niyə xaş ( bəli Selcan "XAŞ suyu " deyirdi ) suyuna salmayıb şaxta kişinin hədiyyəsindən məhrum ediblər . Evdə əməlli başlı çaxnaşma düşmüşdü . Bir ara Selcan ağladı , anam hirsləndi , atam isə onları sakitləşdirməyə çalışdı . Mən isə kənarda durub bu ailə dramına ürəkdən güldüm .

Ümumiyyətlə , Selcan hərdən bizi təəccübləndirəcək mövzular haqqında soruşur . Elə mövzular ki , valideynlərimiz cavab verməkdə çətinlik çəkir .

Hansı yersiz , lazımsız serialdan öyrənib bilmirəm amma  bir dəfə anamdan eşitdim ki , Selcan dərsdə öz sinif rəhbərindən cinsi təcavüzün nə olduğunu soruşub . Müəllimə də qızın yaşının gerçək cavab üçün uyğunsuz olduğunu nəzərə alıb  birtəhər yola verib .

Zəmanə uşağıdır da . Mən onun yaşında olanda üzülürdüm ki , gör mən bazarda nə qədər ucuz qiymətə satılırmışam , rəhmətlik  atamın pulu yetib məni almağa ... indi düşündüm , uşaq olanda mən də ayrı cür beyinsiz olmuşam .

***

Məlum gecədən sonra İbrahim yəqin ki , başına iş açmaqdan çəkindiyi üçün qarşılaşdığımız zamanlarda üzümə baxmaz , salam verməz olmuşdu . Biraz da haqlı idi . Atamın bu hadisədən xəbəri olsa məni cəzalandırmaqdan öncə ilk işi İbrahimi evdən qovmaq olardı . Kimə başa salasan ki , ortada günahkar yoxdur .

Amma İbrahim saydığını saysın , gör Möcüzə nə sayır .

Kursdan qayıdırdım . Həmişə minibusu gözlədiyim dayanacaqda  "şəhər" avtobusundan düşdüm . Əvvəl də qeyd etdiyim kimi bu dayanacaq "Sabah" marketin önündə yerləşir . Bir ay əvvəl İbrahimlə elə orada qarşılaşıb çətirinə ortaq olmuşdum .

İndi isə niyə orada qarşılaşdığımızın səbəbini  öyrənmiş oldum . Belə ki , anamın hələ mən kursda olarkən atdığı mesajın məcburiyyətiylə "Sabah" marketə daxil oldum . Əlimdə olan pulla plov düyüsü alacaqdım . Xərclədiyim pulun üç qatını vəd etdiyi üçün razılaşmışdım .

İçəridə adam az idi . Anamın istədiyi markadan bir dənə götürüb mağazada diqqətimi çəkən digər rəflərə göz atdım . Yeni il mövzulu əşyaların qoyulduğu rəflər çox gözəl görünürdü . Müxtəlif oyuncaqlar , rəngbərəng zərlər ...
Yeni il ağacını bəzəməyin daşını çoxdan atmışam . Bu işlə artıq Selcan məşğul olur .  Həm də ki bəzəkli şeylərə baxmaq göz oxşasa  da almağa heç vaxt əlim gəlməz . Amma qara zərə hər yerdə rast gəlmək olmur . Qarşımda isə qara rəngdə uzun toppuş bir zər vardı .Qiyməti də cibimə uyğun idi .
Tez götürüb boğazıma doladım .  O qədər uzun idi ki , mən zər boğazımda kassaya gedərkən yerlə sürünürdü .

Düyü qutusunu kassir oğlanın önünə qoyanda nəhayət üzünə baxmaq şərəfinə nail oldum . Bu əyninə açıq boz rəngli forma köynək geyinmiş İbrahim idi .

-  İbrahim ? Burada işləyirsən ?

Mən təəccüblənsəm də onun üz ifadəsində ciddi bir dəyişiklik olmadı .

Möcüzədən Uzaqda Où les histoires vivent. Découvrez maintenant