ön söz. başlanğıc.

394 19 14
                                    

SALAM ƏZİZ OXUYUCULARIM. UZUN BİR HEKAYƏ DAHA YAZMAĞI QƏRARA ALDIM. HƏLƏ DÜŞÜNDÜYÜM ADLAR İÇƏRİSİNDƏ SEÇİM ETMƏKDƏ ÇƏTİNLİK ÇƏKSƏMDƏ HEKAYƏNİN ADINI ZORLA GÖZƏLLİK QOYMAĞI QƏRARA ALDIM. UZUN ZAMAN OLDU Kİ QURĞUNU DÜŞÜNÜRƏM. NECƏ YAZACAĞIMI YADA HARDAN BAŞLAYACAĞIMI. NƏBZİN SON ATIŞIBİTDİKDƏN SONRA BU HEKAYƏNİ DÜZƏNLİ OLARAQ YAZMAĞA BAŞLAYACAM.

ÇOX DÜŞÜNDÜM BƏLKƏ TÜRKCƏ YAZIM DEYƏ AMMA ÖZ DİLİMİZDƏ YAZMAQ DAHA GÖZƏLDİ..

GƏLƏK MÖVZUYA. KİTABDA ŞABLONLARLA QARŞILAŞA BİLƏRSİNİZ. BİRAZ ŞABLON YAZMAQ İSTƏYİRƏM. ZORAKI BİR HEKAYƏ OLACAĞINA ƏMİN OLA BİLƏRSİNİZ. ƏSAS MÖVZU GƏNC BİR QIZIN HEÇ ÖZÜDƏ BİLMƏDƏN BÖYÜK BİR BƏLAYA TUTULMASI İLƏ BAŞLAYIR. GƏNC QIZIMIZIN ADI SƏHƏRDİ. YAXŞI BİRAZ BAŞLANĞIC VERİM.



Sumqayıtın enli magistral yollarından birində idim. Heç bir maşın yox idi. Ciyərlərim qopanacan qaçmışdım. Hələdə qaçmalı idim.ayaqlarımı hiss etmirdim. Bu qədər qaçmağa alışmamış bədənim bitkin düşməyə başlamışdı. Dayanıb nəfəs almalı idim. Amma buna imkanım yox idi. arxamda idilər. Ayaq səslərindən hiss edirdim. Nə görmüşdüm mən elə? Aman Allah nə edəcəkdim mən. Məni tutmalarına imkan verə bilməzdim. Gözlərimdən axan yaşlar qarşımı görməyə mane olurdu. Buna qorxu deyirdilər. Buna can qorxusu deyirdilər...

Üzümü soyuqdan hiss etmirdim. Soyuq o qədər sərt idi ki.. Nəfəsim belə donmuşdu.

Arxadan gələn ayaq səsləri mənə çatdıqlarına işarə idi.

-Hara qaçsanda səni tutacağıq..

Deyə biri bağırdı. Bir binaya girmək istəsəmdə gecə yarısı heç kim mənə qapısını açmazdı yada məni blokdaca yaxalayardılar. Ətrafda heç kim yox idi. Allahın bir adamı belə yox idi. Dar küçələrdə dayanmadan qaçırdım. Bu küçələrə necə və hardan gəldiyimi belə bilmirdim. Bilmirdim bəlkədə 1 saat idi ki qaçırdım. Yada mənə bu qədər uzaq gəlmişdi dəqiqələr. Sərt döngələrdən birinə girdim. Hələ də səs boğucusu olan silahın partlama səsi qulağımda idi. Kim idi gözümün qarşısında ölən? Kimi öldürmüşdülər? Birini bu qədər sadə öldürənlər mənidə öldürərdi.

Göz qabağımda biri öldürülmüşdü. Kim olduğu barədə heç ir fikrim yox idi. Atam köhnə polis idi. İndi təqaüdə çıxsada gördüklərimi onlara polisə danışacaqdım. Bunları düşünməyə vaxt yox idi... Məni də silahla vura bilərlər. Amma buna imkan verə bilməzdim. Arxadan plaşımın kapişon papağından tutulduğumu hiss etdim. Sonrakı saniyyələrdə isə sərt nəfəs səsləri və boynumdan sıxıldığımı sonrası incə bir sızıldama..


Mən Gözəl 29 yaşım var. inşaat memarlığı fakültəsini bitirmişəm. Bir çox projelərim var. Bakıda yaşasamda Sumqayıta böyük bir yaşayış binası tikintisi üçün gəlmişdim. Başıma nələr gəlmişdi bir anda. Gecələr küçələrin qorxulu olduğunu eşitsəmdə bunların başıma gələcəyini heç düşünməmişdim. Evdən gərək çıxmazdım. Ən böyük səhvi o zaman etmişdim

Bir qardaşım vardı. 23 yaşında. Bakı dövlət universitetinin son kurs tələbəsi idi...

Anam 5 il öncə rəhmətə getmişdi. Atamsa köhnə bölmə rəisi idi. indi tqaüdə çıxmışdı.

Adi həyat tərzi keçirən biri idim.

Hardan bilə bilərdimkibu gün gördüklərim bütün həyatıma ömrümə təsir edəcək..

Zorla gözəllikDove le storie prendono vita. Scoprilo ora