★Milyonçu məhləsi★

80 6 0
                                    

YENİ GÜN

《Pərdələri yarıya bölüb, pəncərəmi çılpaqda saxlayan Anam, günəşin al şəfəqləriylə əl-üzümü yudu.Kilim çırpan kirpiklərim, büzüşmüş qəzetə dönən qaşlarım, pəncərəmdən gələn peyzajı alt-üst etdi.Günəşi sevmirəm.Bütün baş ağrılarım, parıldayan insanlardan gəlir.

Qəmər xanım:- Sabahın xeyir Səhərim.

《Hər səhərimi Anamın məlahətli səsiylə açıram.Məndə Anama cavabında.

Miray:- "Xoş gördük Günüm"

Bu minvalla biz Günün açılışına start veririk. ))) Bizi bir- birimizə bağlayan Ana bala sevgisi deyil.Biz həmdə gözəl rəfiqəyiq.Klassik səslənsə də, bu real simfoniyadır.))》

Qəmər xanım:- Necəsən Səhərim?

Miray:- Yaxşıyam Ana.Niyə tez durmusan?

Qəmər xanım:- Geyin gəl.

Miray:- Nəsə olub?

Qəmər xanım:- Sən hələ yerindəsən?

Miray:- Yaxşı əl-üzümü yuyum gəlirəm.

《Axşam oxuduğum əsərə necə aludə olmuşdumsa gecə saat 4 olduğunu unutdum.Bugün şənbə günüdür.Kim deyirdi ki, şənbə və bazar istirahət günüdür? Bəziləri üçün bu 9 hərfdən ibarət bir söz yığımıdır.Bax o bəzilərindən biri indi çarpayıda sönmüş bədənini işlək rejiminə gətirir.Səhər tez durmaq, təyyarənin qəfil yerə enməsi kimidir.Bu kabus hissi ilə pişik kimi dartınıb yerə sürüşdüm.Yerdə oturub divar saatında saniyə çubuğuna baxdım.12i vuran kimi qalxmalıydım.Gözümdə onunla bərabər dairə vurandan sonra ayağa qalxıb əvvəlcə başımın diblərini, sonra qolumu, belimi, hamama çatanda isə ayaqlarımı qaşıyıb girdim.Beləcə hamama necə çatdığımı unutmuş oluram.Lənət şeytana! Soyuq su ilə əl-üz yumaq mənim ikinci kabusumdur.Üzümə soyuq su vurmaq üçün 10a kimi saydım.10a çatanda üzümə soyuq su altında şillə vurub çıxdım.Daha mən ölüdəndə diriyəm.Bundan sonra istəsəmdə yata bilmərəm.Otaqdan çıxanda bacımın mızıldadığını eşitdim.Əlimə keçən qəzeti ona verib, hamama yola saldım.Vaxtını səmərəli istifadə edər.O ərə gedəndə bəyimizə milçəy öldürən hədiyyə edəcəm )) Görən bu qız nə zamansa səhəri xoş açacaq?
Nurayı təhlil eləməyə bir ensiklopediya yetməz.Gedim hazırlaşım.》

Miray:- Bu da mən.

《Hamı mətbəxda masa ətrafında oturub.Gəlişim boşluğu tamamladı.4nəfərdən ibarət masamız, kiçik dairə şəklində dövrə vururdu.
Günəş ətrafında fırlanan şəfəqlərə bənzəyirdik.》

Qəmər xanım:- Gəl Səhər.

Toğrul kişi:- Qəmər xanım çayları hazırla.

《Anam çay tədarükünü görəndə Atam həmişəki kimi kitab şəklində açdığı qəzetə, zərgər gözüylə baxmağa başladı.Kiçik hərflər onun eynəyində böyüyürdü.Bacım Nuray özü üçün fitnes yeməyi hazırlayırdı.Süddə üzən qabarcıqlar.Bunlarla bir dəri, bir sümük qalarsan.Elə bacımda, ət olmayan dəriyə sahib olmaq istəyir.Mən isə bu cəfəngiyyata daha tab gətirməyib, şokolad bankasın əlimə alıb, şirinlər dünyasına yol açdım.》

Nuray:- Ümid edirəm ki, ciddi səbəbə görə məni çağırmısız.Əks halda mən qayıdıram otağıma.

Miray:- Nuray it kimi inildəmə.Görək Ana-Ata nə deyəcək.

♥♥Tanı Məni♥♥Место, где живут истории. Откройте их для себя