★Mirayın məktəb sürprizi★

27 2 0
                                    

☆☆Bu hissə Fərruzun evindən bir parçadır.☆☆

                 ◆◆◆◆◆◆◆◆◆

Leysandan sonra çaylar sel olub daşır.Bəs insanı ağladan leysan nədir? -Ağrı!
Ya buludlar ağlayırsa, çəmənliklər gülür.İnsanlar ağlayanda kim gülür? Tək cavab: Təlxək.
Göz yaşı quruyurmu? -Duzlu göllər qurumadığı kimi!!
Gözün nuru nədir? -Göz yaşı.
Axan göz yaşının nuru nədir? -İnsan! Nurunu itirmiş göz gördünmü? Gördüm! Cansız bədəndə və zindan olmuş qəlblərdə.
Çalışın günəşinizi itirməyin.Yoxsa işıqlı sabahlara ümidiniz qalmaz.
O mənim nurum ola bilərdi.Amma onu mən zülmətə çevirdim.Bunun belə olmasını mən istədim.Kölgə olan insan işıqdan qorxmaz.Qaranlıq onun əkiz qardaşıdır.

Fərruz:- Miraydan bir xəbər var?

Fiko:- Bugün o ancaq dərsdə olub.

Fərruz:- İşivi təmiz apar.Çalış çox gözə çarpma.

Fiko:- Siz rahat olun.Sizdə mənim işimə şahidsiz ))) Bu işdə çox təcrübəliyəm.

Fərruz:- Sən mənim sadiq işçimsən.Bu sahədə sənə etibarım sonsuz.Mirayı gözdən buraxma.Gün ərzində onun getdiyi yerləri, kiminlə danışdığı, evinə kimlərin gəlib-getdiyi barədə məni açıqda saxla.Hər şeydən xəbərim olmalıdır.İndi gedə bilərsən.

Fiko:- Oldu Rəis.Nə lazım olsa, mən qulluğunuzda hazıram.

《Fiko otaqdan çıxdı.Fərruzun telefonu çaldı.》

Fərruz:- Hə Fərid.Nəsə öyrənə bildin?

Fərid:- Mən indi yoldayam.10 dəqiqəyə yanında olaram.Evdə danışarıq.

Fərruz:- Yaxşı gəl.

《Fərruz Mirayın qaldığı otağa qalxdı.Burda hər şey onu xatırlayırdı.Qapıdan asılan xidmətçi paltarı,çarpayıda yatan qutular, dolabda gizlənən ziyafət naxışı, tumbuda sürünən boyunbağı.O, səltənətini itirmişdi.İndi Qoca Qurd xatirələrin ətrafında fırlanırdı.》

Fərid:- Onu axtarırsan?

《Qapıda görünən Fərid ona yaxınlaşıb əlini çiyninə qoydu.O yaxşı bilirdi ki, Fərruzun Miraya qarşı hisləri bir mənalı deyil.O bunu inkar eləsə də, dəlisov qız onun içini zəbt etmişdi.Duyğulara yol verməyən, soyuqqanlı görünməyə çalışan Fərruz, daha əvvəlki tək təbii görsənmirdi.O özüdə bilmədən,  Mirayın axtarışındaydı.Onun səsi yox, dediyi sözlər, onun baxışı yox, üz mimikası, onun fiqurası yox, bədən jestləri bütün bunlar Fərruzda dərin iz buraxmışdı.Miray onun üçün saplağa düzülməmiş, ipə-sapa yatmayan bir inci idi.》

Fərruz:- Nə vaxt gəldin?

Fərid:- Bir az olar.İndi kişi kimi sualıma cavab ver! Miray sənin üçün bir məna daşıyır? Sən onu sevirsən?

Fərruz:- Yox.

Fərid:- Mən gördüyümə inanım ya deyilənə ???

Fərruz:- Boş- boş sözlərlə vaxtımı alma.

Fərid:- Onda mənim qarşımda daha mane yoxdur.))

Fərruz:- Nədən danışırsan?

Fərid:- Bir halda ki, Miray məsələsi sənin üçün bağlandı.Onda mən ona yaxın ola bilərəm.

Fərruz:- Yaxın deyəndə?

Fərid:- Mən məktəbdən çıxdım.

Fərruz:- Niyə?

Fərid:- Sabahdan Mirayın sinfində oturacam.Məni təbrik etməyəcəksən?

Fərruz:- Nə əldə etməyə çalışırsan?

♥♥Tanı Məni♥♥Место, где живут истории. Откройте их для себя