★Nurayın oyanışı★

48 2 0
                                    

♥♥!!Bu hissə Mirayın evindən bir parçadır!!♥♥

《Mirayın evdən getməyin 3cü günü.Gün yeni açılıb.Səhər vaxtı.》

-Sabahın xeyir Nurlu balam.))

-Ana mənə Nuray ya da Nura çağır.Bilirsənki əzizləmələrdən xoşum gəlmir.Lap uşaq kimi səslənir.Artıq yetgin qızam.

-Ana üçün övlad həmişə uşaq olaraq qalacaq.Həmdə hara tələsirsən? Böyüyəndə kaş uşaq olardım deyəcəksən.İndi əl-üzünü yu gəl.Səhər yeməyi süfrədə.Dərsə gec qalma.

-Yaxşı Ana.

《 Səhər yeməyi masa ətrafında.Toğrul kişi və Qəmər xanım Nurayın gəlişini gözləyirlər》

-Salam Ata.Salam Ana.

-Salam Qızım.Gəl otur.

-Çirkin Ördək gəlməyib hələ?

-Kimi deyirsən?

-Ana kim olacaq.Bu evin qnomu. Miray xanımuşkanı.

-Qızım bəsdir.O sənin bacındır.Sizin aranızda soyuq müharibə nə vaxt qurtaracaq.Bizdə rahat nəfəs alacayıq.

-Heç vaxt Ana.Heç vaxt!

-Onu sakit burax Qəmər.De görüm dərslərin necə gedir?

-Maraqsız Ata.Oxumaq çox cansıxıcı işdir.

-İndi sənin gərək əlindən kitab düşməsin.Sən neyləyirsən??? Dövlət imtahanında mən oturacam sənin yerinə?

-Yaxşı fikirdi Ata. )))

-İndi sənin gələcəyin həll olunur.Oxu bizim üçün,öyrən özün üçün.Axı oxumağın nəyi pisdir? Yaxşı oxu ki, yaxşı fikirləşə biləsən.

-Xa..xa.. Ata mən model olacam.Modelikdə nə oxumaq? )))

-Səni bu fikirdən daşındıra bilmədik ki, bilmədik.Modellik daimi peşə deyil Qızım.

-Ata mən özümü yalnız o sahədə görürəm.

-Bax ki, sonra şikayətlənmiyəsən.

-Ata hər oxuyan alim olmur.Sən oxudun nə oldu?

-Qızım atanla bu nə cür danışmaqdır?

-Nədir Ana? Həqiqət gözünüzü deşir?

-Biz kimi böyütmüşük Toğrul kişi?

-Məni siz belə etmisiz.Mən sizin əsərinizəm.

-Kəs səsini.O sənin böyüyündür.Üzür istə atandan.

-Gözlə Qəmər.Qoy davam eləsin.

-Mən sənin aynada əksinəm Ata.

-Mən əksimi yox, qarşımda qızımı görmək istəyirəm.Nurayımı! Saçlarını keçi kimi yığan, al don geyinən, pambıqdan əli şirələnən, qaçıb oynayanda yıxılıb gülən və sonra "Ata gəl məni öp,sağalım" deyən qızımı istəyirəm.Mən canımdan can olan, kiçik əllərini əlimdən ayırmayan, "Ata gəldi" deyib sevincdən üstümə atılan qızımı istəyirəm.Sən və Miray.Sizlər mənim hər şeyimsiz.Sizlər mənə Tanrının bəxş etdiyi lütfüsüz, nemətisiz.Sizsiz bu evin nə barı olar, nə nübarı.
Mən günəşəmsə sizlər mənim al şəfəqlərimsiz.Mən Ayamsa sizlər mənim nurumsuz.Siz mənim iki gözüm, iki əlim və bütöv ürəyimsiz.Sizsiz mən yarıcanam.Sizlər məni tamamlayırsız.
Övlad qoxusu gələn hər ev cənnətdir.
Atalıq hissi.Bu hissin arzusunda olanlar, bu hissi yaşamayanlar və bu hissi yaşayıb doymayan insanlar tanıyıram.Bil ki, bir daha dünyaya gəlsəm yenə sizlərin Atası olmaq istəyərəm.Mənim mələklər qədər gözəl qızlarım! Siz mənə övlad qoxusunu qoxulayan Ata eşqini yaşatdız. Sən ağlayanda səndən çıxan o səsin təsiri mənim içimi dəlib yandırırdı qızım.Sənin ilk gülüşünü, ilk addımını və ilk sözünü eşidəndə sevincdən gözlərimdən yaranan qırışın izi hələdə üzümdədir.O qırışın yolu ürəyiməcən yol açıb.Gəl əlimi tut qoy qalan ömrümü o hissi doyunca yaşayım.Atalıq hissini məndən əsirgəmə qızım.

♥♥Tanı Məni♥♥Место, где живут истории. Откройте их для себя