★★Xatirələr üzə çıxır★★

33 2 5
                                    

Qəmər xanım qapı açarını tumbuya qoyub Toğrul bəyə sual dolu baxdı.Toğrul kişinin alt dodağı xəfifcə əsdi.İçi qarışan Qəmər ona kinayəli göz gəzdirdi.Daha tab gətirə bilməyib, bütün cizgilərini coşa   gətirən Toğrul kişi, özünü gülüşün axarına buraxdı.Qaşları tək qaş alan Qəmər ona tərəf dairə vurub dedi:- Sən bunu bilirdin?!!

Toğrul kişi:- Nəyi?

Qəmər:- Fərruzun sevgilisi olduğunu?

Toğrul kişi:- Bu normaldır.Subay oğlandır.Açığı, bu xəbərdən çox  tezliklə nişan olması xəbəri məni təəccübləndirdi.Daha doğrusu silkələdi.Zəlzələ olsa belə silkələnməzdim Qəmər.

《Kipriklərini baglayıb üzünü pəncərəyə çevirən Toğrul kişi səsizliyini pozmaq üçün boğazında düyümlənən boşluğu bir qurtum havanı içinə çəkməkdə gördü.Keçmiş xatirələr reysin axını tək ötdü qarşından.Bu yola dalmamaq üçün gözünü açıb Qəmərə tərəf çöndü》

Toğrul kişi: -Tamerlanla yaxın dostuq.Bir ananın iki oğlu qədəriq.Və məndən bu xəbəri gizlətməsi pisimə gəldi.

《Qəmər xanım əllərini yoldaşının çiyninə qoymaqla onun əyilməməsinə işarə elədi.O bilirdi ki, Tamerlan yoldaşı üçün qardaş əvəzidir.Toğrul kişi yetim böyümüşdü.Onun nə atası, nə anası vardı.Kiçik bir kənddə böyüyüb başa çatan Toğrul, 14 yaşı tamam olanda qocaman şəhərə gəlir.İlk günü vağzalda qurumuş oturacaqda gecələyən bu gənc oğlan, səhərin ilk şəfəqlərində oyanıb yeni həyatına yeni reyslər açmaqla xoş gəldin qapısına addım atır.Və hər şey bu qapıdan keçməklə başlayır.Daş daşıyır, təkər qaralayır, qır tökür.İsti bilmir, soyuq bilmir.Hər hərarəti bədənində çəkir.Hər çətin günlərin izini əllərinə həkk edir.Hər cızılan xətt onun yolunun davamına yönəldir.Fəhləlikdən kran işçisinə qədər böyüyən Toğrul, çox keçmir ki, balaca bir daxma alır.Bu daxma onu sərt yerdən yumşaq balışa, nəmli həyatdan canlı gözlərə, ulduzlardan yağan damlalardan isti ocağa qovuşdurur.Və beləcə o zəhmətkeş bir babacana çevrilir.Onun haqqında xəbərlər zavodda geniş vüsət alır.Bu xəbər zavodun böyüyünə Səfər dayıya çatanda o Toğrulu öz himayəsinə alır.Oğlu Tamerlanla bərabər yanında saxlayır.Çox keçmir Səfər dayı dünyasını dəyişir.Onun yoldaşı Toğruldan üz döndərir.Köhnə həyat geri dönür.Səhifələrdə itib batan Toğrulu Qəmər xilas edir.Onu yeni sətrə aparır.Beləcə onlar xoş, firavan həyat sürürlər.İki balaca qönçə qızları dünyaya gəlir.Bu hadisədən sonra illərin əməyindən bəhrə yığan Toğrul yeni evini satın alır.Bütün bu müddətcə o, Tamerlanla əlaqəsin kəsmir.Onlar bir-biriylə teleqramla yazışırlar.Onların dostluğu nə tökülən saçlarda, nə düşən yarpaqlarda, nə də keçən fəsillərdə bitir.Bucaqsız, köşksüz bir dostluq damıdır onların evi.》

Qəmər:- Məyus olma.Məndə onu özümə doğma bir insan bilirdim.Bəlkə də Miray haqlıdır.Biz onların təbəqələri deyilik.Üzümüzə hörmət xatirinə demir.

Toğrul ki:- Səninlə razı deyiləm.Burda başqa bir iş var.Onuda zaman göstərər.

Qəmər:- Sən deyən olsun.Bəs Mirayla Asya yeni qonşu qızını deyirəm.Onun  haqqında nə fikirdəsən? Onlar arasında üstü örtülü müharibə gedir.

Toğrul kişi:- Tək Mirayla iş bitsə...Nurayla Səmanın iti kəsən baxışlarını görmədin?! Bu qızı sevmədiyləri açıq ortada.

Qəmər:- Mənidə əlavə et.

Toğrul kişi:- Sən niyə?

Qəmər:- Ana ürəyi.Hiss edirəm ki, bu qız mənim qızlarıma təhlükədir.

Toğrul kişi:- Bəsdir səndə.Ürəyivi rahat burax.Daha belə pisimist fikirlərdən uzaqlaş.De görüm Elmira müəlliməylə əlaqə saxladın? Nurayın davamiyyəti, dərslərdə iştirakı necə gedir?

♥♥Tanı Məni♥♥Место, где живут истории. Откройте их для себя