Həb
.
Yemək yedikdən sonra, ürəyi sıxıldığı üçün balkona çıxıb ətrafı gizlincə müşahidə etsə də, 4 ay əvvəl gördüyü oğlanı yaddan çıxara bilməyən Nailə nədənsə həmən vaxtı və elə o hadisələri çay içə-içə xatırlamağa başladı.Tahir əslində hadisələrin belə cərəyan edə biləcəyini fikirləşməmişdi, amma birdən yadına nəsə düşdü və dayanıb ciblərini axtarmağa başladı.
Cibindən nəsə çıxarıb ağzına atmaq isdəyirdi ki, bir kişi qəzəbli şəkildə "oyun oynamaq , ya da yemək yeyib - saqqız çeynəmək vaxtı deyil" deyərək, oğlanın əlindəki bilmədiyi kiçik paketi alıb, aşağılamaq məqsədilə qırağa tulladı.
Tahir çox pərt olmuşdu , amma səhv elədiyini də düşünmürdü.
Qapının ağzından tez içəri girərək , izdihamla içəriyə dolan insanların arasından həmən kişini tapa bildi.
Bu kişi isə, bir az həyəcanlı görsənirdi, tər-su içində idi və sifətindən narahatlıq sezilirdi.
Daha doğrusu, kişi Cərrah Natiq bəy idi və dünən bir xəstəsi əməliyyatdan sağ çıxmağı bacarmamışdı, bu vəziyyətdə isə haqqında cinayət işi başlana bilərdi.
Tahir isə Cərraha yaxınlaşıb, "bayaq tulladığınız paket -Ventolin- idi və .." deyərkən , Cərrah sözünü kəsib neçə ildir astma xəstəsi olduğunu soruşdu və özünün cərrah olduğunu, məmnunluqla onu müalicə edə biləcəyini deyib, vizitkasını ona uzatdı.
Oğlan isə vizitkaya baxaraq adı görməsilə bir neçə dəfə bu həkimin qəbuluna düşə bilməməsini xatırladı və qəfildən nəfəsi tez-tez tutulmaya başladı.
Cərrah bayaq atdığı həblər olmadan heç nə edə bilməyəcəyini anladı, amma xoşbəxtlikdən, bayaqdan söhbətə gizlincə qulaq asan Nailə öz qardaşının dərmanlarını uzadaraq, yardım göstərməyə çalışdı və Tahir isə bu hadisəni atlatdıqdan sonra, böyük minnətdarlıq bildirdi.
Cərrah sözə başlamaq istəyəndə isə, Tahir "4il yarım xəstəxanada yatmışdım, 2 ildir ki, sizin qəbulunuza düşə bilməmişəm və sonda anladım ki, ÜMİD YALNIZCA İŞGƏNCƏLƏRİ UZADIR" deyərək əlindəki vizitkanı təkəbbürlənmişcəsinə və minnətlə yerə tulladı və oradan uzaqlaşmağa cəhd göstərdi.
Cərrah isə oğlanın ardınca düşmək istədi amma zəng gəldi və Kişi cavab verməli olduğunu bilib, telefonu açdı, cinayət aktı açılmayacağı haqqında şad xəbər eşitdi və özünü həm də günahkar hiss etdiyindən sevinci qursağında qaldı, öz elədiklərinin 'bir anlıq cahillik' olduğunu xatırladı, amma hər şey gec idi.
Nailə isə oğlanın naümid olmasını xatırladıqca, ürəyi yamanca sıxıldı və stəkanın əlindən düşməsilə xatirələrdən oyanaraq, Qardaşına dərman verməli olduğunu xatırladı və 'bir anlıq cahillik' etməyəcəyinə söz verdi..
.
.
.
YOU ARE READING
Həb
Short StoryBəzən biz elədiyimiz hərəkətin fərqinə varmayıb "bir anlıq cahillik" edirik və hətta əlimizə düşən fürsəti də dəyərləndirməyərək "bir anlıq cahillik" etmiş sayılırıq. Gərək özümüzə və etdiklərimizə nəzarəti gücləndirək) Hərəkət və davranışlarımıza f...