Sən və mən

169 13 15
                                    

Bilmirəm nədəndir,qələmim susur
Artıq neçə vaxtdır dinmir,danışmır
Səni vəsf etməyə gəlincə işlər,
O mənə nə bir dost, nə də tanışdır!

Ardına baxmadan gedirsən məndən
De,niyə qınayım axı mən səni?
Onsuz da getməyib qalsaydın da sən,
Bir gün duyacaqdın vida səsimi!

Sanki mən dənizəm, sən isə səma
Uzaqdan baxanda qovuşurmuşuq
Dönüşüb balaca,şən uşaqlara
Xoşbəxtlik yolunu soruşurmuşuq...

İndi ayrı yollar,ayrı cığırlar,
İndi önümüzdə iki həyat var!
İndi ürəyimin dərinliyində
Sənli günlərimdən qalan arzular.

Bəlkə illər sonra qarşılaşacıq
O səssiz küçənin dar yollarında.
Mən yalnız olacam,sən isə yəqin,
Xoşbəxt bir ailənin şən qollarında!

Və birdən göz-gözə gələcəyik biz,
İllərlə o gözə həsrət qalmışıq.
Kim bilir, o itən günlərimizə
Nə qədər ağlayıb,yas saxlamışıq!

İndi içimizdə nə qədər söz var,
Neçə gün danışsaq,bitməyəcəkdir!
Beynimdə onlarca cavabsız sual,
Dönüb sənə tərəf dinməyəcəkdir!

Ayağım buz olub,güclə yeriyir,
Sən də heykəl olub tərpənməyirsən.
Bu an kiçik bir qız "Ata,gəl!" deyir
Tutub əllərindən səni səsləyir!

Bayaqdan beynimdə qaçan fikirlər
Öz qızı deyildir,yox,ola bilməz!
Bəlkə, bir qohumun,tanışın qızı?
O məni belə tez unuda bilməz!

İndi o fikirlər kül oldu artıq
Sən mənsiz həyata davam edirsən.
Tutub əllərindən kiçik qızının,
Yanımdan qızınla ötüb keçirsən...

Dönüb arxana da baxmadın o an
Mən isə dayanıb səni izlədim!
Getdiyin yollardan ayaq izini
Qəlbimdə kimsəsiz yerə gizlədim!

Artıq sakin olub ayrı yollara,
Ayrı məqsədlərçün biz tələsirik!
Sən öz ocağında xoşbəxt bir ata,
Mən isə sevimli,mehriban həkim!

Вы достигли последнюю опубликованную часть.

⏰ Недавно обновлено: May 16, 2018 ⏰

Добавте эту историю в библиотеку и получите уведомление, когда следующия часть будет доступна!

Sən və mənМесто, где живут истории. Откройте их для себя