Naməlumun Gündəliyi

22 4 0
                                    

Bu qədər olmazların içində belə var olmağ onun ruhunu sızladırdı...
Sanki həyatında yaşamalı olubda yaşamadığları onun yaxasını buraxmaq istemirdi.Özünü bu dünyaya o qədər uzaq hiss edirdi ki,sanki başqa birinə aid olan həyatı yaşayırdı və onun yaşamalı olduğu həyat da başqasına aid idi....
Gənc qız artıq yorulmuşdu gününə eyni yuxularla başlamaqdan artıq bir ildən çox idi ki,hər gün eyni yuxunu görürdü.Heç kimə heç nə danışmaq istəmirdi,çünki insanların sualları onu bezdirəcəkdi.O ümümiyyətlə insanlarla az danışırdı çünki onu dinlədiyi kimi anlayacaq sorğu sulasiz onu yormadan dərdinə sirrinə ortağ olacağ insanın varlığına inanmırdı .
Onun özünə də qəribə gəlirdi bu səssizliyi.Bir il əvvələ qədər hamıyla danışıb gülməyi bacaran,bir yerdə dayana bilməyən,hamıya pozitiv enerji verən gənc qız getmiş yerinə dinməz söylənməz,hər deyiləni edən bir qız gəlmişdi..

Yenə kefsiz yeni günə oyanmışdı güzgüyə baxmağı da tergitmisdi,artıq orda belə özünü görə bilmirdi.
Atası qızını belə görmək istəmirdi,amma əlindən də heçnə gəlmirdi.Psixoloqlar bu vəziyyətin keçici bir şey olduğunu desələr də artıq bir il idi ki Nərgiz belə gəzirdi.Bəzən evdə varlığı ilə yoxluğu bilinmirdi.
Atası bütün bunlara baxmayaraq qızıyla əvvəlki kimi danışır hətda bəzən o cavab verməsə belə davranışlarını dəyişmirdi.Hər gün səhər yuxudan ayılan qızının yanına gedərək saçlarına sığal çəkir yanağından öpdükdən sonra hal əhav tuturdu;
-Sabahın xeyir bu gün necəsən?Daha gümrah görünürsən.
Bu belə olmasada hər gün eyni cümlələri təkrarlıyardı.
Əvvəllər olsa Nərgiz qalxıb atasının yanaqlarını sıxar qucaqlayıb öpür atası bezənə qədər onu buraxmazdı.Sonra ayaq üstü nə isə yeyər gülə gülə evdən çıxardı .Bir yerdə dayana bilməzdi.Atasi indi qızının o halı üçün elə darıxırdı ki.Nərgiz anasını itirəndə belə bu qədər susqun,sakit olmamışdı .Atasına ayağa qalxmağa o kömək etmişdi,atasını bir an belə tək qoymamış ona təkliyi hiss etdirməmişdi.İndi olanlara isə heç kim bir izah verə bilmirdi.
Nərgiz yeməyini yedikdən sonra ayağa qalxıb atasına baxdı sonra quru bir sağ ol deyərək evdən çıxdı.
Nərgizin özünündə xoşuna gəlmirdi bu halı amma özündən asılı deyildi.Hər gün gördüyü yuxulardan bezmişdi.İnsanlardan buna görə uzaqlaşırdı.Axı insan bir il boyunca hər gün birinin fəryadı ilə necə oyana bilərdi....

You've reached the end of published parts.

⏰ Last updated: Feb 22, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Naməlumun Gündəliyi Where stories live. Discover now