Keçmişdən səhifələr

9 3 2
                                    


Hər hekayənin bir başlanğıcı var.Tanış olaq.Mənə Selene deyirlər amma bu gerçək adım deyil.Çoxumuz bura düşəndə bir çox şeyi unuduruq.Əslində hər şeyi unuduruq.Sadəcə səbəbini bilmədiyimiz hislər qalır.16 yaşındayam və 2 ildi buradayam.Bir az səssiz və soyuq birisiyəm.Görəsən əvvəlcə də beləydim?Xatırlamıram...Sadəcə qaranlığı və dənizin dərinliyini xatırlayıram...Bəs məni kim xilas elədi?

Bizi bura kölgələr gətirir və hamımızın burda olmasının səbəbi ümidsizlik və tərk edilməkdi.Bura gəlməyimizin səbəbi insanlar tərəfindən incidilməkdi.Səni həyatdan soyudacaq qədər qəlbini qırırlar  və sən çıxılmaz vəziyyətdə olanda kölgələr səni bura-Libriuma gətirir.Amma heç kim öz dəhşətli keçmişini xatırlamır.İronikdi.Biz insanlar kimiyik amma onlar bizim kimi deyil.Onlar zəifdi lakin cəsurdu.Biz güclüyük amma kölgələrdə gizlənirik.

İnsanlarla bizim dünyamızı ayıran sərhəd var və insanlar bu sərhəddən keçə bilməz.Əslində insanların dünyasına getməyin yeganə yolu...

-Selene!

Bu yeganə dostum Matt'di.

Bu yeganə dostum Matt'di

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Çoxdandı burdadı.Və burda güvənə biləcəyim yeganə insandı.Yəni əslində köhnə sevgilim Stephanie də var.Amma...Uzun məsələdi.

-Dünən elədiyin haqqında danışmalıyıq.-Səs tonunu aşağı saldı-Səni görə bilərdilər...

-Hər nəysə...Zəng çalınır...Getməliyəm...
Ordan uzaqlaşdım.Bunun haqqında nə deyə bilərdim ki?Həmişə problemlərim var idi və tək idim.Qaranlığın məğzi təklikdi.Bura soyuqdu və dəhşətlidi.Dostuma belə deyə bilməyəcəyim hislərim var.Qorxuram...Darıxıram...

Mən də insanlar kimi olmaq istəyirəm.Mənə kimin ne etdiyini bilmirəm amma nə edibsə vecimə deyil.Burdan xilas olmaq istəyirəm...

Biz də normal gənclər kimi məktəbə gedirik amma burda özümüzü qorumağı,döyüşməyi və öldürməyi öyrənirik.Bəlkə bir gün insanların dünyasına gedəndə intiqamımızı almaq üçün şansımız olar.Güclü olmalıyıq.

Sakitcə addımladı.Burada həmişə qəribə bir ölüm sükutu vardı.Ölümlə varlığın arasında qalmaq və hər gün bunu bilərək yaşamaq necə bir hisdi? Daxilən parçalamırmı səni?
Bəlkə də bu qədər can atdığın insanların səni qəbul etməməsi daha üzücüdü?Günəş üçün darıxmadınmı?Qaranlıqda bütün qorxularından gizlənə bilərsənsə niyə insanların yanına qayıtmaq istəyirsən?...

"Bu da Librium-kölgələrin başlanğıcı və sonu."

Biz kölgənin qoruyucularıyıq

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


Biz kölgənin qoruyucularıyıq.Onun əbədi sakinləri...
Güclüyük...Dözümlüyük...İradəliyik...Amma yenə də var olduğu belə bilinməyən dünyanın parçasıyıq...
Həyatım sonsuza qədər belə davam edəcək deyə düşünürdüm amma fikirlər həmişə doğru olmur...Bəlkə də insanların dünyasına qayıda bilərdim...Bəlkə mənə bu şansı verəcək insanı gözləməli idim...

Train from shadowDonde viven las historias. Descúbrelo ahora