Gərgin idi...Çətinliklə nəfəs alırdı...Qorxurdu...
Zülmətin zindanlarında unudulmaq istəməzdi... Qapını açanda böyük izdihamın
kənarında özünə kiçik bir köşə seçib dayandı... Burdakı hər kəs ona yad gəlirdi... Eyni
həyata sahib olmaqlarına baxmayaraq... Kölgələr səltənətini idarə edən qaranlıq ruhlar
vardı.Üzləri ya da dodaqları yox idi.Sadəcə ölümün soyuqluğunu xəbər verən parıltılı
gözləri vardı... Qanunları pozan hər kəsin cəzası var... Bəs tam olaraq öz özlüyündə
nədi?!
Yüksək rütbəli gözətçilərdən biri izdihamdan uzaqda qoyulmuş kürsüsündən qalxdı...
Gülməli olsa da sakitlik yaradılmasını istədi. Qaranlıqlar səltənətinfə sükut hökm sürdüyü
bir vaxtda sakitlik istədi...
- Siz sizə verilən ikinci şansa layiq ola bilməyənlərsiniz. Qaydaları pozmaq sizin burdakı
yerinizi təhlükəyə atar və bunun cəzası var. İnsanların bizə etdiyi pislikləri bilə- bilə onların
dünyasına can atırsınız. Bunun cəzası olaraq burdakı hər kəs ölüm ekspressi ilə onların
yaşadığı dünyaya göndəriləcək. Sadəcə sağ qala bilənlər ...- nitqinə ara verdi- Sizin kimi
birisi daha var...Alov elementinə sahib biri ...İtkin ruh... Sağ qalanlar onu tapacaq... Və onu
bizə təhvil verəcək...Əgər istəsəniz mükafat olaraq həyatınızın geri qalanında bir insan kimi
insan ömrünü yaşaya bilərsiniz... Onların dünyasında qalma şansınız var...
Sevinməli idimi?...Nəyə görə?... Ölümün mütləq caynağından qurtulsa belə kimisə yenidən bu qaranlığamı məhkum etməli olduğu üçün?!
Burdan qurtulmaq üçün yeganə şans ölümdən keçir...Buna dəyərdimi?...
Bir saat sonra...
Boş dəhlizdə gəzirdi. Az öncə nə düşünmüşdü ki? Ölüm qatarından sağ qurtulacaqmış kimi adını niyə könüllülərin cərgəsinə yazdırdı ki? Həmişəki
kimi axmaq qızcığaz... Matt da sadəcə onu qorumaq üçün buna razı olmuşdu...Yəni onu sonsuz sükuta aparacaq? Sağ qala biləcəyinə inanırmı ki?
Bəlkə də ehtiyacı olan şey unudulmaqdı. Ya kölgələrdə boğulacaq ya da yeni həyatın əzablı yollarında zəncirlə qəfəsə bağlanacaq!...
Bağçaya çıxdı. Burda səs çox olmazdı. Amma bu dəfə sanki daha soyuq idi bura, daha təhlükəli. Stephanie uca , qurumuş bir ağacın budaqlarında
sığınıb qalmış qarğaya baxırdı.Sakitcə ona yaxınlaşdı. Bir az əvvəl etdiyi şey nə idi?! O burda xoşbəxt idi , heç vaxt insanların dünyasına getmək
istəməmişdi.İndi niyə həyatını təhlükəyə atsın ki?! Bir heç uğruna mı?!
- Nə düşündüyünü təxmin edə bilirəm. Getmək istəmirdim ta ki sən... Bu mənim seçimim idi. Yeni bir həyat istəyirəm. Səndən uzaqda , hər
şeyi unutmaq pis olmazdı...- Stephanie sükutu pozdu. İri gözləri ona baxırdı.
- Məni öpdün... Səbəbini...
- Hah - ah həmişə belə idin... Burdan getmək istəməyimin səbəbi də sənin fikirlərin idi. Sadəcə xoşbəxt olmağı bacarmırsan. Heç nə
düzəlməyəcək. Biz ayrıldıq və səbəbi də sənin məni önəmsəməməyin idi. Və səni öpmək... Bu mənim fikrim deyildi...- Stephanie əsəbi
görünürdü. Dediklərində haqlı idi. Bu onun günahı idi. Amma onu öpməsi..." Bu mənim fikrim deyildi..."
Bunu Stephanie ' dən soruşmaq istədi amma o artıq getmişdi...
Sabah önəmli gün idi. Matt onun yeganə dostu idi və belə zamanlarda sadəcə onun yanına gedə bilərdi. Otağının qapısını döydü içəridən Matt' in səsi
gəldi.
-Selene! Bura gəl...
Qapını açıb içəri girdi. Matt çantasını hazırlayırdı. Həmişəki kimi olduğundan daha sakit görünürdü. Ondan fərqli olaraq...
- Mən sadəcə... Stephanie ilə danışdım... Və... Bütün bunlar mənim günahımdı... Sənin o lənətə gəlmiş ölüm qatarı ilə getməyin, Stephanie ilə
öpüşməyim, ayrılmağımız...- Selene ağlayaraq Matt' in köksünə sığındı.Belə anlarda Matt ona doyunca ağlamağa icazə verərdi.
- Əslində Stephanie ilə öpüşməyinin kimin günahı olduğunu bilirəm...
Amma Selene bunu eşitməyəcək qədər üzgün və yorğun idi. Bir müddətdən sonra yuxuya getdi. Matt onu yatağa uzadıb pəncərələri açdı. Sabah
ölüm qatarı ilə səfər edəcəkdisə ölməzdən ay işığı qəbul etməkdən gözəl nə ola bilərdi ki?...
Və sonra da bütün bunlara səbəb olmuş yatmış Selene -bacısına baxdı.Bir gün ona bu gerçəyi demək istəyirdi. Amma əgər sabah ölsə idi Selene
bacısı olduğu gerçəyini Matt ' in ona yazdığı məktubdan öyrənməli idi. Məktubu çantasına qoydu...
ESTÁS LEYENDO
Train from shadow
Fantasía"Qorxuram" "Bilirəm" "Kim olduğumu bilsələr..." "Bu mümkün deyil.Onlar bizi ölü bilir."