#heçnə

60 10 7
                                    

Mənə heç nə qalmadı,nə atamdan, nə anamdan,nə də sevdiyim adamdan

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Mənə heç nə qalmadı,
nə atamdan, nə anamdan,
nə də sevdiyim adamdan.
Özüm öyrətdim özümə
şeir yazmağı,
çay dəmləməyi
Bütün qəfəslərin
bir qapı yeri ümidi var.
Bütün qışların bahara çevrilmə həvəsi…
Ölümü deyirəm e,
ilk gözlərdə başlayır…
Əvvəl baxışları ölür adamın,
sonra bütün tanışları...
Məncə, bütün şüurundan vurulmuşları
tanımaq olar dırnağından.
İnsan özünü yeməyə dırnağından başlayır,
sonra da utanır barmağından...
Məndən heç nə qalmayacaq,
nə oğluma, nə qızıma,
nə də sevdiyim adama...
Oğlum şeir yazacaq,
qızım çay dəmləyəcək
və sevdiyim adam
məzarımın üstündə
dırnağını yeyəcək...

"Şəkillərim və Şeirləri"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin