#çaykənarı

40 5 5
                                    

Nə yaxşı ki, biz bir-birimizin hayatında varıq

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Nə yaxşı ki, biz bir-birimizin hayatında varıq

Sən təsəvvür et ki, mən yoxam, oturmusan danışmağa kimsən yoxdur.

-Bəs sən hardasan?

Mən yaxam.

-Belə olmur axı, - Ayı etiraz etdi.

Mən də elə düşünürəm, - Kirpi dedi. - Birdən də...
Birdən mən heç olmadım. Tək qalacaqsan. Nə edəcəksən?

Gələrəm sənin yanına.

- Hara?

- Necə yani hara? Evinə.
Gəlib deyərəm: "Kirpi, niyə bizə gəlmədin?" Sən də deyəcəksən.

- Axmaq! Əgər mən yoxamsa, nə deyə bilərəm?

Əgər evdə deyilsənsə, deməli, mənim dalımca gəlmisən də. Qaça-qaça qayıdaram evə.

Aaaa. Burdaymışsan? Va başlayaram...

-

Nəyə?

Deyinməyə.

- Nə üçün?

- Necə yəni nə üçün? Ona görə ki, sözləşdiyimiz kimi etməmisən

- Necə sözləşmişik ki?
Mən hardan bilim? Amma sən ya öz evində olmalisan, ya da ki, mənim evimdə.

- A mən heç yoxam. Anlamırsan?

- Axı sən burda oturmusan.

Mən indi oturmuşam da. Əgər mən heç olmasam, harda otura bilərəm?

- Ya mənim evimdə, ya da sənin evində.

Bu mən var olduğum halda belədir.

- Hə də, - Ayı dedi.

-Amma əgər mən heç yoxamsa?

- Deməli çayın kənarında oturub Aya baxırsan.

- Heç çayın kənarında da yoxam, bəs onda?

- Deməli, harasa getmisən, halə qayıtmamısan. Qaçıb bütün meşəni ələk-vələk edib səni taparam!

Tutaq ki, meşəni ələk-vələk eləmisən və tapmamisan.

Qaçıb qonşu meşəni axtararam.

- Orada da yoxam.

Dünyanın altını üstünə çevirərəm. Və taparam!

- Yoxam mən. Heç yerdə.

- Onda, onda.. Tarlaya qaçaram, Ayı dedi.

- Qışqıraram: "Kiiiiir-piiii...".
Və sən də eşidib hay verərsən:
"Aaaa-yıııı..." Belə.

Kitab Kirpi dumanda

"Şəkillərim və Şeirləri"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin