Nə bir gözə baxaydım
Nə bir könül yaxaydım
Birdən yoxa çıxaydım
Heç var olmamış kimi
Ölümü gözləməmiş
Yolunu izləməmiş
Həsrətlə özləməmiş,
Heç yar olmamış kimi
Gedəydim yağış kimi
Hərbidə barış kimi
Nə qış olmamış kimi,
Nə qar olmamış kimi.
Bir ümid də sönəydi
Bir ağrı da dinəydi
Dünya yenə dönəydi
Nigar olmamış kimi..
Nigar olmamış kimi..
Hümbət İsmayılov
@humbett
ŞİMDİ OKUDUĞUN
"Şəkillərim və Şeirləri"
Non-FictionŞəkillərim və hekayələri' nin ikinci kitabıdır. Hər insanın çəkdiyi şəkillər onun xəyal dünyasını əks etdirir.Mən danışmağı sevməsəmdə şəkillərlə demək istədiyimi anladıram.Və bu kitabımda bu şəkillərimi sizinlə paylaşacağam. Gülümsə həyat dərdini ç...