#oyatmır

164 28 16
                                    

Daha adicə sözdü, daha adi xəbərdi

"O darıxır, hardasan?"

Bircə mən deyiləm ki, gör indi nə qədərdi
özünü səndən asan.

Gör nə qədər ümidlər, nə qədər ip asılır
yenə daş ürəyindən

Gör nə qədər yatanı azan səsi oyatmır,

Gör nə qədər çarəsiz ümid yığıb qayıtmır

Allahın ətəyindən.

Hərə bircə ev tikir xatirə kərpicindən,

Və bir gün ölü çıxır, o daxmanın içindən.

Lap istəsən and içim, bir az sənin canınçün,
bir az mənim canımçün.

"Darıxıram, əzizim" bunu ki, gizlətmirəm.

Bir də deyim biləsən, mən sənin olmadığın
yuxuya da getmirəm.

Səni də istəyirəm, sən yaşayan evi də,

O balaca qızı da, içimdəki divi də.

Gəzdiyin dəhlizi də sevirəm addım-addım

Bağışla çox danışdım, bağışla çox uzatdım

Ağrılarım səngiyib

bircə darıxmağım var.

Elvin Paşa

"Bu şeirdəki bir soz cəlb elədi diqqətimi....'Gör nə qədər yatanı Azan səsi oyatmır' hər Azan səsinə və Səlaya oyanıram mən "

"Şəkillərim və Şeirləri"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin