Görəsən nə bişirir?
İndi görən nə yeyir?
Kimə baxıb danışır?
Ürəyində nə deyir?
Nə bəhanə gətirir,
yeməyi çiy bişəndə?
Düşündüyü mənəmmi
qaşıq yerə düşəndə?
Bəlkə əlindən düşüb
stola duz dağılır.
Mən yoxam, nə ürəyi
nə stəkan qırılır
Gecələri diksinib
yuxudan oyanırmı?
"Hər şey yaxşı olacaq"
Hələ də inanırmı?
Necə yatır oyanır?
Döyürmü gün üzünə?
Neçə yuxu danışıb
bu vaxtacan özünə?Elvin Paşa
ŞİMDİ OKUDUĞUN
"Şəkillərim və Şeirləri"
SaggisticaŞəkillərim və hekayələri' nin ikinci kitabıdır. Hər insanın çəkdiyi şəkillər onun xəyal dünyasını əks etdirir.Mən danışmağı sevməsəmdə şəkillərlə demək istədiyimi anladıram.Və bu kitabımda bu şəkillərimi sizinlə paylaşacağam. Gülümsə həyat dərdini ç...