Mörfiylə Mauris binadan ayrılıb, həyətə park edilmiş tünd qara rəngli "Chrysler" markalı avtomobilə yaxınlaşdılar. Mauris sükan arxasında, Mörfi isə onun yanında əyləşdi. Avtomobili işə salaraq binaya məxsus həyətdən ayrılıb, Miçiqan ştatına uzanan avtomagistral qovşağına çıxdılar. Onları 4-5 saatlıq uzun səyahət gözləyirdi.
Yolboyu sürətlə şütüyüb keçən avtomobillər, yol kənarına yığılan yağış sularını səkiyə tərəf sıçradırdı. Hər 20 metrdən bir səkiyə dikilmiş gur parıltılı işıq dirəkləri, bir müddət sonra istifadəyə yararsız, köhnəlmiş işıq dirəkləriylə əvəz olunmuşdu. Yolun bir qədər sağ küncündəki tabloda isə qeyd olunmuşdu:
"MİÇİQANA XOŞ GƏLMİSİZ"
2 saat sonra gün doğacaqdı. Onlar isə maksimum sürətlə getsələr belə, verilən ünvana hələ 30 dəqiqəlik məsafə var idi. Mauris avtomobilini yol kənarındakı yanacaq doldurma məntəqəsinə park edərək avtomobildən endi. Mörfi avtomobilin ön oturacağını bir qədər arxaya çəkərək, şüşəni aşağı saldı və məntəqədə fəaliyyət göstərən hamburger dükanına girmək üzrə olan Maurisə bir qədər yüksək tonda:
- Mənimki bol barbekü soslu olsun, dostum..
Mauris, Mörfi və özü üçün verdiyi sifarişləri alaraq, kassaya yaxınlaşdı.
- 16 dollar 60 sent, cənab. - Kassir xanım incə səs tonuyla dilləndi.
Mauris 20 dolları vitrinin üzərinə qoydu. Kassir məbləğin qalığını qaytarmaq üçün siyirməni açdı. Daha sonra boylanaraq məntəqənin həyətinə park edilmiş avtomobilə baxdı. Bu sırada gülərüzlə dilləndi:
- Qəribədir...
Mauris təəccüblə kassir xanıma baxdı:
- Qəribə olan nə var ?!
- Yük maşını idarə etdiyinizi düşünürdüm.. - Kassir, alt dodağını aşağı endirib, qollarını havaya qaldırdı. Mauris gülümsəyərək soruşdu:
- Amerikada yük maşını idarə edənlər gombul olur, əzizim. Kənardan baxanda onlara bənzəyirəm ? - Mauris sinəsini önə verərək, əzələlərini şişirdi.
Səsli şəkildə gülən kassir, sözünə davam etdi:
- Xeyr, cənab. Sadəcə bu vaxtları ya yük maşını idarə edənlər bu məntəqəyə daxil olur, ya da ki qarətçilər..
- Bu halda qarətçi olmağı üstün tuturam - deyərək, gülərüzlə pulun qalığını cibinə qoydu və sağollaşaraq məntəqədən ayrıldı.
* * *
Günəş, üfüq xətti üzərində yavaş-yavaş qürub etməyə başlamışdı. Avtomobilin şüşəsindən içəriyə doğru vuran günəş şüaları, yuxuya yenicə getmiş Maurisin gözlərini qamaşdırırdı. Avtomobili köhnə silah deposunun bir qədər kənarında park edərək yuxuya getmişdi. Mörfi isə izlərində olduqları terroristin gəlməsini gözləyirdi. Əgər Ramal Zabihullahın sui-qəsd əməliyyatı uğurla baş tutsaydı, onlar uzun zamandır axtardıqları digər terroris Sarvar Hamidin də izinə rahatlıqla düşə bilərdilər. Mauris gözlərini bir qədər açıb, ətrafı nəzərdən keçirdi:
- Hələ heç kim gəlməyib ? - Mauris yuxulu halda dilləndi.
- Ünvanın doğru olduğuna əminsən ? - Mörfi tərəddüd içində soruşdu.
- Adım kimi əminəm. - Mauris özündən razı bir şəkildə başını yelləyərək, əsnədi. Daha sonra barmaqlarını şıqqıldadaraq söykənəcəyini arxaya itələdiyi oturacağını dikəldib, bir daha ətrafını gözdən keçirdi və qol saatına baxdı:
ŞİMDİ OKUDUĞUN
MUZDLU QATİL
Mystery / ThrillerTünd qəhvə hazırlayın, playlistinizdə Beethovenin "Moonlight" Sonatasını seçin və oxumağa başlayın. Əmin olun, qəhvəniz soyumadan bir nəfəsə oxuyub bitirəcəyiniz bir hekayə var qarşınızda. Cəhənnəmdən gəlib, sevdiklərinə cənnəti yaşadan insanın heka...