Hava qaralmışdı. Səmanın üzərindəki bulud topaları bu gecə də şəhəri şiddətli yağışa məruz qoyacaqdı. Soyuq duşdan yenicə çıxmış Mörfi, saçını qurulayıb, zala daxil oldu. Divara sabitlədiyi 6 rəsmdən digərinin daha üzərinə çarpaz şəkildə xətt çəkdi. Bu sırada Mörfinin diqqətini telefon səsi dağıtdı. " Sizin oxunmamış səsli mesajınız var. " Mörfi telefonun dəstəyini əlinə alaraq, mesajı səsləndirməsi üçün düyməyə basdı. - Hər vaxtın xeyir Mörfi... Bu mənəm, Evan. Ümid edirəm ki səni oyatmadım. Amma danışacağımız vacib məsələlər var. Görüşməliyik...
Mörfi özəl sifarişlərini telefonda danışmadığı üçün, yenidən mənzilinin qapısını çöldən bağlayıb, binadan ayrıldı. Evan, Mörfiylə uzun zamandır çalışan iş adamıdır. Odur ki Mörfi hansı ünvana üz tutacağını çox yaxşı bilirdi. Binanın mənfi mərtəbəsindəki özəl dayanacaqda Mörfinin üç ən sevdiyi motosikleti var idi. Onlar arasından tünd qara rəngli Harley Davidson motosikleti, bir qədər sonra Çikaqonun yollarında sürətlə hərəkətə düşmüşdü.
Az sonra Çikaqonun böyük iş adamlarından olan Evan, öz villasının üstü bağlı həyətində Mörfiylə üz-üzə oturmuşdu. Evanın qarşısında arabir qurtumladığı viski bardağı olsa da, Mörfinin qarşısında hər zamankı kimi tünd qəhvəylə dolu fincan var idi. Evan 35-40 yaşlarında, nisbətən ağarmış saçları uzanaraq burulmuş, gözaltları bir qədər qırışmış iş adamı idi. Dekorativ bitkilərə olan marağı, həyətində əkilmiş bəzəkli ağac növlərindən bəlli idi.
- Bu dəfəki işimiz daha əvvəlkilərinə bənzəmir, Mörfi.
Mörfi ironiyayla gülümsəyib, işinin peşəkarı olduğunu baxışlarından bildirdi.
- Yox, yəni demək istədiyim odur ki bu dəfəki işi qəbul etməkdə tərəddüd edə bilərsən. Bu tamamilə sənin seçimindir. Amma mənim səndən savayı güvəndiyim biri yoxdur.
- Məncə uzatmadan mövzuya keçək, cənab Evan. - Mörfinin birbaşa mövzuların bəhs edilməsindən yana olan xasiyyəti var idi. Detallara girməyi heç sevmirdi. Evan Braun, pencəyinin iç cibində saxladığı iki rəsmi və paketi Mörfinin önünə qoydu. Paketdə hər zamankından daha çox məbləğin olduğu onun həcmindən bəlli idi. Lakin rəsmlərdə təsvir olunan şəxslər görünüşə görə Mörfinin ürəyincə olmamışdı. Çünki onlardan birində qadın, digərində isə azyaşlı qız uşaq təsvir olunmuşdu. Adətən uşaqlar və qadınlar muzdlu qatillərin əksəriyyətinin hədəfi olmur. Evan mövzunu aydınlığa qovuşdurmağa çalışdı:
- Bu mənim qızımdır, Mörfi. Bu isə keçmiş həyat yoldaşım..
Mörfi bütün diqqətini, önündəki qəhvəyi saçlı qadının rəsmindən alıb, Evana yönəltdi.
- Mən uşaqları öldürmürəm, cənab.
- Yox, yox, yox... Sən məni səhv başa düşdün, Mörfi. O mənim qızımdır. Mən belə bir şeyi heç səndən istəmərəm də. Yoldaşımla ayrılanda, məhkəmə qızımın anasıyla qalmasına qərar vermişdi. O isə fürsətdən istifadə edib, məni qızımla ayırdı. Bir dəfə belə olsun üzünə səsini eşitməyimə də imkan verməyib.
Mörfi diqqətlə Evanı dinləyirdi. Evanın gözlərində danışdıqlarının gerçək olmadığını təkzib edən hiyləgər baxışlar var idi.
- Daha sonra isə öyrəndim ki, keçmiş yoldaşım kokain qəbul etməyə başlayıb. Xeyli zamandır aludəçisidir. O mənim qızıma təzyiq göstərir, Mörfi. O mənim həyatımı alt-üst edib.
Evan olub-bitənləri danışarkən Mörfinin bütün fikri rəsmdəki qadında idi. " Bu qadınnın həyatı boyu kokain istifadə etmədiyinə and içərəm " Mörfi özlüyündə düşünürdü. Evan isə danışmağa davam edirdi.
ŞİMDİ OKUDUĞUN
MUZDLU QATİL
Mystery / ThrillerTünd qəhvə hazırlayın, playlistinizdə Beethovenin "Moonlight" Sonatasını seçin və oxumağa başlayın. Əmin olun, qəhvəniz soyumadan bir nəfəsə oxuyub bitirəcəyiniz bir hekayə var qarşınızda. Cəhənnəmdən gəlib, sevdiklərinə cənnəti yaşadan insanın heka...